Fevral 5, 2008 15:37
Sara səkkiz yaşında olanda ata-anasının söhbətlərindən anladıki, qardaşı ağır xəstədir və valideynlərinin onu həkimə aparmağa pulları yoxdur. Atası bu yaxınlarda işini əldən vermiş və qardaşını əməliyyat etdirmək üçün isə kifayət qədər pulu yox idi. Sara qapının astanasında atasının anasına yavaş səslə - Yalnız möcüzə oğlumuzu xilas edə bilər- dediyini eşitdi və narahat halda öz otağına gedib pulqabını sındırıb içindən çıxan qəpikləri əlinə yığıb saydı- yalnız beş dollar. Ehmalca arxa qapıdan çölə çıxıb iki küçə yuxarıda olan apteklərin birinə girdi. Piştaxtanın önündə durub əczaçının ona diqqət yetirməsini gözlədi. Lakin, əczaçinin başı digər müştərilərə qarışdığından ona diqqət yetirmirdi. Nəhayət, Saranın səbri tükənib dəmir pullari möhkəmcəsinə piştaxtanın üzərinə tökdü. Davamı...
Qəmər surəsi Məkkədə Hz. Məhəmmədə (s.a.v.) nazil olan 37-ci surədir. Surənin ilk ayətləri ayın bölünməsi möcüzəsindən bəhs etdiyi üçün Qəmər ismini almışdır. Peyğəmbərimizin möcüzəsi olaraq barmağının işarəti ilə ayı bölməsi, Qurani Kərimdən sonra ən böyük möcüzələrdən sayılmaqdadır. Xariqüladə olmaları ilə yanaşı zaman keçdikcə elm və texnologiyanın inkişaf etməsi nəticəsində Hz. Məhəmmədin möcüzələri öz elmi həqiqətlərini tapmaqdadır. Ayın möcüzəsi də bunlardan biridir. Qərb alimlərinin özləri belə bilmədən bu sahədə apardıqları elmi araşdırmalar, "Ayın bölünməsi" möcüzəsinin bir həqiqət olduğunu hər kəsə isbat etdilər. Zəğlul Nəccarın dilindən rəvayət olunan bu əhvəlatı olduğu kimi hörmətli oxucuların nəzərinə çatdırırıq.