

Səkkizinci imam həzrət Rzanın (ə) şəhadəti münasibəti ilə bütün dünya müsəlmanlarına baş sağlığı veririk!
Davamı...
Kərbəla şəhidlərinin ərbəini münasibəti ilə...
Ustad Şəhriyarın İmam Hüseyn haqqında yazdığı şeirin hər beytində Aşura faciəsini anladan bir şəkil yerləşdirilmişdir.
Hüseynə yerlər ağlar, göylər ağlar,
Bətuli-Mürtəza Peyğəmbər ağlar.
Hüseynin nohəsin Dilriş yazanda ,
Müsəlman səhlidir ki, kafər ağlar.
Kor olmuş gözlərin qan tutdu Şimrin,
Ki, görsün, öz əlində xəncər ağlar.
Hüseynin köynəyi Zəhra əlində,
Çəkər qeyha qiyamət, məhşər ağlar.
Atanda Hərmələ ox, Kərbəlada,
Görəydin, düşmən ağlar, ləşkər ağlar.
Qucağında görəydin Ümmi-Leyla,
Atıb nəşi Əliyyi-Əkbər ağlar.
Başında kaküli Əkbər havası,
Yel ağlar, sünbül ağlar, ənbər ağlar.
Yazanda Ali-Taha nohəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.
Əli, şəqqül-qəmər, mehrab, tilit qan,
Qulaq ver məscid oxşar, mənbər ağlar.
Əlidən Şəhriyar sən bir işarə,
Qucaqlar qəbri, Malik-Əştər ağlar.

Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.
Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Imam həzrət Məhəmməd Baqir əleyhissalamın həyatını iki hissəyə ayırmaq olar:
1. Imamətdən qabaqkı 35 illik həyatı. (Həmin dövrdə imam Mədinədə yaşayırdı).
2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islam elm və biliklərini təbliğ etdiyi zamandır).
Davamı...İman dörd dirək üstündə dayanır: səbr, yəqin, ədalət, cihad. Səbr dörd qisim
dir: qovuşma həsrəti, qorxu, çəkinmək, hazır durmaq. Cənnətə qovuşmaq həsrəti olan (dünya) diləklərindən əl çəkər. Cəhənnəmdən qorxan haramlardan çəkinər. Dünyada çəkinən şəxs dünya müsibətlərini heçə sayar. Ölümə hazır olansa, xeyirli işlər görər.
Yəqin də dörd qisimdir: ağıllılıq, hikməti təfsir etmək, keçənlərdən öyüd almaq, keçənlərin yolunu izləmək. Bəsirət gözü açıq olana hikmət aydın olar. Hikməti açıq-aydın görən ibrət alar. İbrət alan isə keçmiş adamlar kimi hərəkət edər, dünyaya da aldanmaz.
Ədalət də dörd qisimdir: anlayışda dərinə varmaq, bilikdə dərin olmaq, aydın hökmlə qərar vermək, helmdə dirənmək. Kim anlayış sahibi olsa elmin dərinliyinə varar. Kim elmin dərinliyinə varsa hökmdə yol-iriz nə isə əldə edər. Helm sanlar arasında tərtəmiz yaşar.
Davamı...Əziz dostlar, Ustad Şəhriyarın İmam Əli (ə) haqqında yazdığı şeirinin hər misrasında İmam Əli haqqında çox çox gözəl olan şəkillər yerləşdirilərək Qədir Xum bayramı münasibətilə sizin kimi bütün gözəl insanlara hədiyyə edilmişdir.
Əli, ey hümayi-rəhmət, ələm eyləyən Xudanı!
O huima ki, sayəsində edər hifz masəvanı.
Könül, istəsən Xudanı biləsən, əlini yad et,
Tanıdım Əlini-vallah, tanıdım o dəm Xudanı.
İki dünyada fənadan bir əsər belə tapılmaz,
Əgər öz əlinlə asla, Əli çeşməyi bəqani,
Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm.
Qəzəb atəşində yoxsa külə döndərər cahani!
Gedib ey yazıq dilənçi, qapısını döy Əlinin,
Ki üzük verib şay eylər kərəmilə hər gədanı!
Əlidən savayı kimdən elə bir oğul doğulmuş,
Ki tanıtdıra cahanda şühədayi Kərbəlanı?
Edər əhd dosta qurban verə var-yoxunu, dostlar.
Fəqət, hansı dost Əlitək edər əhdinə vəfanı?!
Deyə bilmərəm xüdadır, bəşər ad verəm-xətadır,
Çağırım nə adla bilməm şəhi mülki Lafətanı?!
Qan axıriki gözümdən, tələs, ey nəsimi-rəhmət,
Onun astanından al, gəl mənə xaki-tutiyan.
O ümidlə ki, ayağın tozunu ziyarət etsin.
Qapına ürək sözümlə yola salmışam səbanı.
Sən, Əli qəzasovansan, biri dinlə binəvayıq,
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı!
Onun eşqi ilə neytək necə mən gəlim fəğanə
Ki, Lisani-qeyb «xoşdur edə vird bu nəvanı:
Gecə Sübhədək ümidim bunadır, səhər nəsimi
Verə aşina nəyami, edə şad aşinanı.
Qulaq as gecə o «Yahəq» quşuna ki, Şəhriyarə
Bilsən nə xoşdur açmaq gecə dosta məcaranı.
Onuncu İmam Əliyyən Nəqinin (ə) təvəllüdü
münasibəti ilə İmam Zaman (ə) ağanı, bütün müsəlmanları və xüsusi ilə siz əziz dostları təbrik edirik.
Əziz müsəlan bacı və qardaşlar, sizə zilqədənin son günündə 9-cu İmam hə
zrət Təqinin şəhid edilməsi münasibəti ilə baş sağlı verir və 12-ci İmamın zühurunun tezləşməsi ilə sizin və bütün dünya müsəlmanlarının çətinliklərinin həll olunmasını arzu edirik.
İmam Cavadın buyurdularından:
1. Bir kişi o hәzrәtin yanına gәlib, "mәnә nәsihәt ver" - dedi. Hәzrәt (ә) buyurdu: "Ürәyinin istәklәri ilә müxalifәt et. Çünki hәmişә Allahın nәzarәti altındasan."2. Günahından dönmәyәn vә tövbә etmәyәn günahkar, mәfrurdur. Allaha qarşı çıxan şәxs isə mәhv olmağa mәhkumdur.Davamı...