Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Mart 2, 2008 14:44

  İNGİLTƏRƏ HÖKUMƏTİ POLİSLƏRİN ŞƏRİƏT DƏRSİ KEÇMƏSİ ÜÇÜN QƏRAR QƏBUL ETDİ

HİCAB-POLİS
Davamında daha ətraflı
Davamı...
Fevral 24, 2008 19:00

  TÜRKİYƏDƏ BAŞÖRTÜSÜ ARTIQ RƏSMİ OLARAQ AZADDIR

Fevral 10, 2008 12:43

  Türkiyə parlamenti hicab haqqında qərar verib

Fevral 7, 2008 14:30

  Türkiyədə tələbə qızlara hicab qadağası götürüldü

Fevral 6, 2008 10:52

   Əməkdar artist Mehriban Xanlarova hicab taxdıqdan sonra üzünə bir çox qapıların bağlandığını bildirib

Mehriban XanlarovaƏvvəllər ancaq nənələrimizi başı örpəkli görərdik. İndi hər addımbaşı gənc hicablı qadınlara rast gəlmək mümkündür. Amma gənclər nənələrimiz qədər örpəyi baş üstündə gəzdirə bilirlərmi? ANS TV-nin mədəniyyət xəbərlərinin əməkdaşları bu mövzunu, başına örpək taxmış incə sənətin nümayəndələri arasında araşdırıb.

“Qan çıxmayan yerdən qan çıxarmayın. Allahla özüm bilərəm, başımı bağlayaram, bağlamaram. Mən sənət adamıyam” – deyə əməkdar artist Mehriban Xanlarova bildirib. Əməkdar artist Mehriban Xanlarova iki dəfə Həcc ziyarətində olub. Bir ara da başı bağlı gəzib. Hicab taxması böyük səs-küyə səbəb olub və aktrisa deyir ki, daha sonra bu səbəbdən üzünə çox qapılar bağlanıb.

Davamı...
Dekabr 30, 2007 20:40

  HİCABA TƏHLÜKƏ SOVUŞDUMU?

HicabXəbər verildiyi kimi, parlamentdə “Təhsil haqqında” yeni qanunun müzakirəsi gözlənildiyindən də gərgin keçib və layihə birinci oxunuşda qəbul edilib. Milli Məclis (MM) rəhbərliyi hicaba qadağa ilə bağlı müddəanın sənəddən çıxarılacağını bildirsə də, cəmiyyətdə bu yöndə şühbələr var.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu qəzetimizə açıqlamasında bildirdi ki, məsələ həllini tapıb və inanclı xanımlara hicabla bağlı problem yaradılmayacaq: “Parlamentdəki müzakirlər zamanı spiker Oktay Əsədov həmin müddəanın sənəddən çıxarıldığını söylədi. Hətta o, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyevə deputatları məlumatlandırmadığı üçün irad tutdu”.

Davamı...
Dekabr 27, 2007 20:49

  HİCAB TAXMAQ HƏR KƏSİN FƏRDİ SEÇİMİDİR

Məleykə Abbaszadə“Hicab taxmaq və ya taxmamaq hər kəsin fərdi seçimidir”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Təhsil haqqında” qanun layihəsində təhsil müəssisələrinə müəllim və şagirdlərin hicabla gəlməsinə qadağa qoyulmasına münasibət bildirərkən deyib.

O, Konstitusiyaya əsasən dinindən və irqindən asılı olmayaraq hər ölkə vətəndaşının təhsil almaq hüququnun olduğunu xatırladıb: “Bu məsələyə görə hansısa şəxsin təhsil hüquqlarını məhdudlaşdırmaq düzgün deyil. Bir qadın kimi hesab edirəm ki, Allaha inanan insan bununla əlaqədar heç bir ifadə və açıqlama verməməlidir.

 

Davamı...
Dekabr 13, 2007 14:42

  TÜRKİYƏ XANIMLARININ 70%-i HİCAB BAĞLAYIR

HİCABTürkiyənin yeni Konstitusiyasında hicablı xanımların problemi öz həllini tapır

Türkiyədə hicab bağlayan xanımların sayı artmaqda davam edir. Türkiyənin «Milliyət» qəzetinə istinad edən «İslam.ru» saytının verdiyi xəbərə görə, bu yaxınlarda «Konda» şirkəti tərəfindən aparılmış sosioloji sorğunun nəticələri buna sübut olmuşdur. Bildirildiyinə görə, sorğuda Türkiyənin 81 əyalətindən 41-ni təmsil edən 5289 respondent iştirak etmişdir.

Davamı...
Noyabr 14, 2007 15:07

  TÜRKİYƏ HİCAB PROBLEMİNİ KÖKÜNDƏN HƏLL EDƏCƏK

HicabVerilən məlumatlara görə yeni konstitusiyada universitetlərdə başörtüyünə olan qadağanın aradan qaldırılması məsələsi öz həllini tapacaqdır

"Haberler" informasiya portalının verdiyi məlumata əsasən, hicab problemini yeni konstitusiya vasitəsi ilə həll etmək istəyən AKP iqtidarı artıq bir müddət əvvəl 11 hüquqşünasın çalışmaları nəticəsində konstitusiya ilə bağlı başladıqları işləri yekunlaşdırmışlar. Hazırlanmış konstitusiyanı əvvəlcə baş nazir Ərdoğanın araşdırmasından sonra, qeyri hökumət təşkilatları, siyasi partiyalar və universitetlərin tanışlığı olmaları üçün təqdim ediləcək. Bu prosses AKP iqtidarı tərəfindən dekabr ayının ikinci ya da son həftəsində həyata keçiriləcək.

Davamı...
Noyabr 7, 2007 14:50

  Danimarkada müsəlman qadınlarının sayı çoxalmaqdadır

Danimarka İslam Şurasının sədri danimarkalı müsəlman qadınlarının sayının müsəlHicabman kişilərdən çox olduğunu qeyd edib.

Şhia news-in verdiyi məlumata əsasən, Danimarka İslam Şurasının sədri Şeyx Əbdulahid Person Səudiyyə ərəbistanən "əl-Mədinə" qəzetinə verdiyi müsahibəsində vurğulayıb  ki, bu ölkədə müsəlman qadınlarının çox olmasına səbəb onların İslam dinindən daha çox məlumata malik olmasıdır.

O, həm də demişdir: "Danimarkada İslam peyğəmbərini (s) təhqir edən və dünya müsəlmanlarının qəzəbinə səbəb olan  karikaturalardan sonra qadınların İslamı qəbul etməsi çoxalmağa başlamışdır".

Şeyx Abdulvahid Person əlavə edərək deyir:" Gündəlik olaraq çoxlu sayda danimarkalılar islamı tanıtdıran kitab və kitabçaları almaq üçün bizə müraciət edir və bir ay ərzində 10-15 danimarkalı İslam dininə tapınır".

O, Qurani-kərimin Danimarka dilinə tərcümə olunmasını xəbər verərək qeyd edir: " Bu iş danimarkalıların İslam dini ilə taniş olmasında boyük rol oynamışdır".



Yazılar cəmi: 10   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com