Mətbuat Şurası İslam Universitetinə müraciət etmək fikrindədir
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası (MŞ) və “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşkilatçılığı ilə “Media və din” mövzusunda Dəyirmi Masa keçirildi. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, son 2,5 ay ərzində qəzetlərdə apardıqları monitorinq nəticəsində jurnalistlərin dini sahədə baş verən olaylara heç də həmişə sayğılı yanaşmadığı aydınlaşıb.
MŞ sədrinin sözlərinə görə, qələm əhli cəmi 17% halda ilkin mənbədən yararlanıb. Çıxışçı bu problemlərin aradan qaldırılması üçün təmsil etdiyi qurumun dini mövzuda yazan jurnalistlərin biliklərinin artırılması məqsədilə İslam Universitetinin nəzdinə yazarlar üçün kurslar təşkil etməyi planlaşdırdığını dedi.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə monitorinq nəticələrinin onu təəccübləndirmədiyini söylədi.