Fevral 8, 2008 13:13
Qlobal İnkişaf Mərkəzi təşkilatının apardığı araşdırmalar nəticəsində dünyanı ən çox kirləndirən ölkələrin siyahısı müəyyənləşib.
“Center for Global Development” (Qlobal İnkişaf Mərkəzi) təşkilatının apardığı araşdırmalar nəticəsində dünyanı ən çox kirləndirən ölkələrin siyahısı müəyyənləşib. Araşdırmalara görə, dünya ekologiyasına ən çox ziyan vuran ölkə ABŞ, dünyanı ən çox kirləndirən xalq isə avstraliyalılardır. Atmosferə buraxılan karbon qazının adambaşına düşən həcminə görə, Avstraliya siyahıda ikinci yeri tutan Çini xeyli qabaqlayıb. İldə atmosferə adambaşına 10 ton karbon buraxan Avstraliyanı 8 tonla Amerika izləyir. Qeyd edək ki, araşdırmalara 50 minə yaxın elektrik stansiyası və 4 min firma cəlb olunub.
Davamı...