Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Dekabr 21, 2007 13:37

  Azərbaycan islam dövlətlərinin «Mədəniyyət paytaxtı» olacaq

BakıAzərbaycan 2009-cu ildə islam dövlətlərinin «Mədəniyyət paytaxtı» olacaq.

«Mədəniyyətlərin və qitələrin körpüsü rolunu oynayan Azərbaycan bu dövrdə mədəniyyət paytaxtı kimi Bakıda bir sıra beynəlxalq tədbirlər keçirəcək», Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çərşənbə günü «GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə informasiya observatoriyası» veb-saytının təqdimat mərasimində bildirib.

Nazir məlumat verib ki, 2009-cu ildə Azərbaycanda kulturoloqların Birinci Beynəlxalq Forumunun, Beynəlxalq Teatr Festivalının, Turist Filmlər Festivalının keçirilməsi, həmçinin dünyada ən böyük xalça muzeyinin açılması kimi böyük tədbirlər nəzərdə tutulur.

Davamı...
Dekabr 4, 2007 19:58

  2009-cu il üçün Bakı İslam dünyasının mədəniyyət paytaxtı seçildi

BakıDay.az-ın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümmətov deyib: “ İslam Konfarası Təşkilatının üzvlərindən ibarət olan Mədəniyyət nazirlərinin  beşinci toplantısında 2009-cu Bakı İslam dünyasının mədəniyyət paytaxtı seçildi”.

O, əlavə edəərk deyib: “ Bu iclasda İslam konfaransı Təşkilatının  üzvləri olan mədəniyyət nazirləri arasında növbəti  İslam konfransının Bakıda keçirilməsi haqda qərar imzalanıb”.



Yazılar cəmi: 2   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com