ALLAHIN ADINI QADAĞAN EDƏN QƏRAR

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ TİBBİ ŞÜŞƏLƏRİN ÜZƏRİNDƏ ALLAHIN ADININ YAZILMASINI QADAĞAN EDƏN QƏRAR ÇIXARILMIŞDIR
Davamı...
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ TİBBİ ŞÜŞƏLƏRİN ÜZƏRİNDƏ ALLAHIN ADININ YAZILMASINI QADAĞAN EDƏN QƏRAR ÇIXARILMIŞDIR
Davamı...
Allah bütün bəndələrinin gizlicə ona etdiyi duaları eşidir və onları həyata keçirir
Əl-Muzill - Ya Muzill! Sənə boyun əyməm ən böyük sevincimdir! Sənin qapına gəlməyən sonsuz çarəsizliklər içindədir. Sənə möhtac olmam ən böyük şərəfimdir, cavabsız buraxma məni!
Zillətə salan mənasında işlədilir.
(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir! (Tövbə surəsi, 2)
Zillət, çarəsizlik Allahı inkar edənlərin düşdüyü dünya əzabının bir parçasıdır. Həyatlarını süni, yalnız başqalarına paxıllıq və acıq verərək yaşamaq insanlara verilən ən böyük əzabdır.
Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər! (Əz-Zumər, 26)
Həmin insanların həyatlarında ən böyük hədəfi başqa insanlar tərəfindən təqdir olunmaq, təriflənməkdir. Bu səbəbdən həyatlarını Allahı tərifləməklə deyil, özlərinə tərif toplamaqla yaşayırlar. Həmin insanları Cəhənnəmdə böyük əzab gözləyir.
(O gün) bir çox üzlər zəlil görkəm alacaq (Əl-Ğaşiyə, 2)