Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

İyul 15, 2008 19:36

  Əmirəlmöminin Əlinin (ə) mübarək mövludu münasibəti ilə hamını təbrik edirik.

Davamında bir çox şəkillər
Davamı...
Fevral 8, 2008 17:51

  Həzrət Əlinin Qısa kəlamları - Nəhcul-bəlağədən

İman dörd dirək üstündə dayanır: səbr, yəqin, ədalət, cihad. Səbr dörd qisimƏli (ə)dir: qovuşma həsrəti, qorxu, çəkinmək, hazır durmaq. Cənnətə qovuşmaq həsrəti olan (dünya) diləklərindən əl çəkər. Cəhənnəmdən qorxan haramlardan çəkinər. Dünyada çəkinən şəxs dünya müsibətlərini heçə sayar. Ölümə hazır olansa, xeyirli işlər görər.

Yəqin də dörd qisimdir: ağıllılıq, hikməti təfsir etmək, keçənlərdən öyüd almaq, keçənlərin yolunu izləmək. Bəsirət gözü açıq olana hikmət aydın olar. Hikməti açıq-aydın görən ibrət alar. İbrət alan isə keçmiş adamlar kimi hərəkət edər, dünyaya da aldanmaz.

Ədalət də dörd qisimdir: anlayışda dərinə varmaq, bilikdə dərin olmaq, aydın hökmlə qərar vermək, helmdə dirənmək. Kim anlayış sahibi olsa elmin dərinliyinə varar. Kim elmin dərinliyinə varsa hökmdə yol-iriz nə isə əldə edər. Helm sanlar arasında tərtəmiz yaşar.

Davamı...
Yanvar 4, 2008 0:32

  İmam Əlinin (ə) münacatı

Dekabr 28, 2007 13:23

  Əli Əli Mövla - Ərəb dilində

Dekabr 28, 2007 13:02

  Ya Əli (ə) - Fars Dilində

Dekabr 26, 2007 22:49

  Qədir Xum Bayramınız mübarək

Əziz dostlar, Ustad Şəhriyarın İmam Əli (ə) haqqında yazdığı şeirinin hər misrasında İmam Əli haqqında çox çox gözəl olan  şəkillər  yerləşdirilərək  Qədir Xum bayramı münasibətilə  sizin kimi bütün gözəl insanlara hədiyyə edilmişdir.

 

 

Əli, ey hümayi-rəhmət, ələm eyləyən Xudanı!
O huima ki, sayəsində edər hifz masəvanı.
Könül, istəsən Xudanı biləsən, əlini yad et,

Tanıdım Əlini-vallah, tanıdım o dəm Xudanı.
İki dünyada fənadan bir əsər belə tapılmaz,
Əgər öz əlinlə asla, Əli çeşməyi bəqani,


Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm.
Qəzəb atəşində yoxsa külə döndərər cahani!

Gedib ey yazıq dilənçi, qapısını döy Əlinin,
Ki üzük verib şay eylər kərəmilə hər gədanı!
Əlidən savayı kimdən elə bir oğul doğulmuş,

Ki tanıtdıra cahanda şühədayi Kərbəlanı?
Edər əhd dosta qurban verə var-yoxunu, dostlar.
Fəqət, hansı dost Əlitək edər əhdinə vəfanı?!
Deyə bilmərəm xüdadır, bəşər ad verəm-xətadır,
Çağırım nə adla bilməm şəhi mülki Lafətanı?!

Qan axıriki gözümdən, tələs, ey nəsimi-rəhmət,
Onun astanından al, gəl mənə xaki-tutiyan.
O ümidlə ki, ayağın tozunu ziyarət etsin.
Qapına ürək sözümlə yola salmışam səbanı.

Sən, Əli qəzasovansan, biri dinlə binəvayıq,
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı!
Onun eşqi ilə neytək necə mən gəlim fəğanə
Ki, Lisani-qeyb «xoşdur edə vird bu nəvanı:

Gecə Sübhədək ümidim bunadır, səhər nəsimi
Verə aşina nəyami, edə şad aşinanı.

Qulaq as gecə o «Yahəq» quşuna ki, Şəhriyarə
Bilsən nə xoşdur açmaq gecə dosta məcaranı.



Yazılar cəmi: 6   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com