Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Aprel 14, 2008 19:16

  İmam Həsən Əsgərinin Mövludu

Mart 16, 2008 13:58

  İmam Həsən Əsgərinin (ə) şəhadəti münasibəti ilə bütün müsəlmanlara baş sağlığı veririk

 

İmam Həsən Əskəri

Davamında daha ətraflı

Davamı...
Fevral 17, 2008 15:06

  "Əhli beyt" yeni addımlarla - Müsahibə

Qurub haqqında bir sayt: www.ehlibeyt.biz

Davamı...
Fevral 11, 2008 14:50

  İmam Məhəmməd Baqir (ə)

TӘVӘLLÜDÜİmam Baqir (ə)

Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.

Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Imam həzrət Məhəmməd Baqir əleyhissalamın həyatını iki hissəyə ayırmaq olar:

1. Imamətdən qabaqkı 35 illik həyatı. (Həmin dövrdə imam Mədinədə yaşayırdı).

2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islam elm və biliklərini təbliğ etdiyi zamandır).

Davamı...
Fevral 4, 2008 14:41

  Qiyamət sorğusunda Pеyğəmbər (s) nəslindən olmağın faydası varmı?

şəfaət

 İslam pеyğəmbəri Həzrəti Muhəmmədin (s) layiqli nəvəsi, dördüncü İmam Zеynul-abidin (ə) buyurur: «Allah Təala cənnəti, Həbəşi qul da olmuş olsa Ona itaət еdən salеh əməl sahibləri üçün yaradıb. Cəhənnəmi isə, Qurеyş övladı da olmuş olsa Ona itaətdən boyun qaçıranlar üçün xəlq еdib.» Mominun surəsinin 101-ci ayəsində buyurulur: «Sur çalındığı gün artıq onların arasında hеç bir qohumluq əlaqəsi qalmaz və bir-birilərindən kömək istəməzlər.»
Davamı...
Yanvar 4, 2008 0:32

  İmam Əlinin (ə) münacatı

Dekabr 28, 2007 13:23

  Əli Əli Mövla - Ərəb dilində

Dekabr 28, 2007 13:02

  Ya Əli (ə) - Fars Dilində

Dekabr 26, 2007 22:49

  Qədir Xum Bayramınız mübarək

Əziz dostlar, Ustad Şəhriyarın İmam Əli (ə) haqqında yazdığı şeirinin hər misrasında İmam Əli haqqında çox çox gözəl olan  şəkillər  yerləşdirilərək  Qədir Xum bayramı münasibətilə  sizin kimi bütün gözəl insanlara hədiyyə edilmişdir.

 

 

Əli, ey hümayi-rəhmət, ələm eyləyən Xudanı!
O huima ki, sayəsində edər hifz masəvanı.
Könül, istəsən Xudanı biləsən, əlini yad et,

Tanıdım Əlini-vallah, tanıdım o dəm Xudanı.
İki dünyada fənadan bir əsər belə tapılmaz,
Əgər öz əlinlə asla, Əli çeşməyi bəqani,


Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm.
Qəzəb atəşində yoxsa külə döndərər cahani!

Gedib ey yazıq dilənçi, qapısını döy Əlinin,
Ki üzük verib şay eylər kərəmilə hər gədanı!
Əlidən savayı kimdən elə bir oğul doğulmuş,

Ki tanıtdıra cahanda şühədayi Kərbəlanı?
Edər əhd dosta qurban verə var-yoxunu, dostlar.
Fəqət, hansı dost Əlitək edər əhdinə vəfanı?!
Deyə bilmərəm xüdadır, bəşər ad verəm-xətadır,
Çağırım nə adla bilməm şəhi mülki Lafətanı?!

Qan axıriki gözümdən, tələs, ey nəsimi-rəhmət,
Onun astanından al, gəl mənə xaki-tutiyan.
O ümidlə ki, ayağın tozunu ziyarət etsin.
Qapına ürək sözümlə yola salmışam səbanı.

Sən, Əli qəzasovansan, biri dinlə binəvayıq,
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı!
Onun eşqi ilə neytək necə mən gəlim fəğanə
Ki, Lisani-qeyb «xoşdur edə vird bu nəvanı:

Gecə Sübhədək ümidim bunadır, səhər nəsimi
Verə aşina nəyami, edə şad aşinanı.

Qulaq as gecə o «Yahəq» quşuna ki, Şəhriyarə
Bilsən nə xoşdur açmaq gecə dosta məcaranı.

Dekabr 9, 2007 21:38

  İmam Cavadın (ə) vəfatı

Əziz müsəlan bacı və qardaşlar, sizə zilqədənin son günündə 9-cu İmam həİmam Cavadın hərəmizrət Təqinin şəhid edilməsi münasibəti  ilə baş sağlı verir və 12-ci İmamın zühurunun tezləşməsi ilə sizin və bütün dünya  müsəlmanlarının çətinliklərinin həll olunmasını arzu edirik.

İmam Cavadın buyurdularından:

1. Bir kişi o hәzrәtin yanına gәlib, "mәnә nәsihәt ver" - dedi. Hәzrәt (ә) buyurdu: "Ürәyinin istәklәri ilә müxalifәt et. Çünki hәmişә Allahın nәzarәti altındasan."2. Günahından dönmәyәn vә tövbә etmәyәn günahkar, mәfrurdur. Allaha qarşı çıxan şәxs isə mәhv olmağa mәhkumdur.

 

Davamı...
Noyabr 8, 2007 19:09

  İsa Peyğəmbər diridirmi?

Həzrət İsa (ə)Həzrət İsa (ə) möhkəm dəlil və sübutlarla bir çoxlarını öz dininə gətirdi. Onun bu təsirli dəvətlərini muşahidə edən yəhudilər hakimiyyət və dünyəvi mənafelərinin təhlükədə olduğunu hiss edib bu ilahi peyğəmbəri qətlə yetirmək fikrinə düşdülər.

Bu arada, yəhudilər İsa peyğəmbərin ardıcıllarından biri olan Yəhuda adlı şəxsi yoldan çıxarıb, o Həzrətin harda olduğu yeri öyrəndilər. Onlar İsanı (ə) yaxaladıqdan sonra onu öldürəcəkləri haqqında düşündükləri zaman Allah öz peyğəmbərinin imdadına çatıb, onu heç kəsin əli çatmayan göy aləminə apardı.

Davamı...


Yazılar cəmi: 11   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com