Mart 25, 2008 23:28
Ümmətin səndən umar yalnız şəfa, ya Mustəfa,
Eşqin ilə tez tapar dərdlər dəva, ya Mustəfa.
Ay günəşdən yox, Sənin sevgindən almışdır işıq,
Çün bütün aləmlərə sən sən ziya, ya Mustafa.
Sən uca Rəbbin cahan üzrə səxavət kanısan,
Mərhəmət etdin, kərəm qıldın rəva, ya Mustəfa.
Mərhəba olsun, məqamın ərşi-əladır Sənin,
Münisin olmuş həmən yerdə Xuda, ya Mustəfa.
Gər nəzər etsən tapar həllin bütün müşküllərim,
İltimasım var, kərəm et bir dua ya Mustəfa.
Mən itaət eylədim quranə, həm də İtrətə,
Sərvərim olmuş bütün Ali-əba, ya Mustəfa.
Məm kiməm vəsfin yazam, tərif edəm bir zülfünü,
Sən fəzilətlə dolu şah, mən gəda, ya Mustəfa.
Niyam Aqil