Dekabr 2, 2007 21:32
Kişi üstündür yoxsa qadın?
Sual: Bəzi insanların fikrincə, kişi qadından üstündür və ondan yüksək məqama malikdir. Lütfən, bu barədə İslam dininin nəzərini izah edin? Cavab: Bu yersiz əqidə və təfəkkürlər tarix boyu müxtəlif cəmiyyətlərdə az-çox meydana çıxmışdır. Bu növ fikir sahiblərinin əqidələrinə əsasən:A- Yaranış etibarilə kişi yüksək səviyyədə, qadın isə aşağı səviyyədə xəlq olunmuşdur.B- Qadın günah mənbəyidir. Onun vücudundan şər işlər və şeytani vəsvəsələr meydana gəlir. Kişinin yolunu azmasına səbəb də qadının vücudu və onun vəsvəsəsidir. Hətta Adəmin (ə) günaha düşərək cənnətdən çıxarılmasının ən mühüm amili, onun həyat yoldaşı Həvvanın vəsvəsəsi olmuşdur.C- Qadının mə`nəvi məqama yetişmək istedadı yoxdur və ruhani məqam kəsb etməkdə kişiyə çata bilməz. Davamı...


Sual: