Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Fevral 20, 2008 22:14

  SEVGİNİN FƏLSƏFƏSİ

Dekabr 11, 2007 11:09

  Şeyxülislama atılan daşlar

Allahşükür Paşazadə Rusiya ilə yanaşı, Azərbaycanda da tanınan Heydər Camalın mövqeyi və gördüyü işlərə kəskin antipatiyam olsa da, adam günlərin birində ağıllı söz dedi: "Azərbaycanda şiəlik hədəfə alınıb".
Şiəlik dedikdə sadəcə, ölkədəki şiələr nəzərdə tutulmalıdır: Camal belə düşünsə də.
Zira Azərbaycan da Miladdan sonrakı ilk əsrlərdə Ön Asiya olduğu təki, unikal dini dözümlülük və insanların bir-birlərinini seçimləri ilə, seçimsizliyinə sayğı bəslədiyi məkandır. Azsaylı müsəlman ölkələrindənik ki, burada sünni-şiə ikitirəliyi və qarşıdurması yoxdur. Bilaəks, şiələr sünnilərin, sünnilər də şiələrin məscidlərində namaz qılıb ibadət etməyi qayət normal hal sayırlar. Bu, onların əqidə və ya inam zəifliklikləri, etiqadlarının səbatlı və inanclarının kamil olmamalarıyla yox, anlayışları və həyat şərtlərindən süzülüb gələn dünyagörüşləriylə bağlıdır.
Azərbaycanda indiyədək sünni və şiələr arasında münaqişə olmayıb. Və çətin ki, olsun. Zira burası sünninin qatı şiə, şiənin də sünnilik etdiyi məkandır.
Məğzə bunca uzun müqəddimə ilə ölkə mediasında baş alıb gedən və əksəriyyəti yetərincə səthi, əksər hallarda demaqogik olan növbəti teoloжi yazını ortaya qoymaq deyil.
Məram hədəfə götürülmüş adamdan bəhs etməkdir.


Davamı...
Dekabr 2, 2007 18:38

  TÜRKİYƏDƏ "İSLAMOFOBİYA" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

İSLAMOFOBİYAXatırladaq ki, konfransın açılışını Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan edəcək


"Dünya Bulteni" informasiya saytının verdiyi xəbərə görə, "İslam Dünyası Vətəndaş Cəmiyyəti Təşkilatları Birliyi" dekabrın 8 və 9-da İstanbulda "İslamofobiya" mövzusunda beynəlxalq konfrans təşkil edəcək. Verilən məlumatlara əsasən, konfransa yerli elm və ictimai xadimlərndən əlavə  dünyanın bir çox ölkələrindən 150-dən artıq tanınmış ziyalılar, alimlər dəvət almışlar.
Davamı...
Noyabr 15, 2007 22:08

  RADİKAL DİNSİZ CƏRƏYANLAR

KənanOnlar Azərbaycan üçün uzun saqqallı, gödək balaqlılardan daha təhlükəlidirlər Azərbaycan hüquq-mühafizə orqanları radikal dini cərəyanlara qarşı geniş həbslər kampaniyası başladıb. Artıq son iki ayda ölkənin müxtəlif bölgələrində, o cümlədən Sumqayıt və Bakıda onlarla radikal görüşlü dindar həbs olunub. Rəsmi məlumatlarda göstərilir ki, xarici ölkələrdən gələn emissarların təsiri altında olan bu qruplaşmaların ölkədə sabitliyi pozmaq, xarici ölkə səfirliklərinə, dövlət idarələrinə qarşı terror-təxribat cəhdinin qarşısı alınıb.
Ölkə ictimaiyyəti, o cümlədən adətən hakimiyyətin addımlarında tənqidi məqamları qabardan əksər müstəqil və müxalif mətbuat orqanları bu əməliyyatları dəstəklədi. Əlbəttə, o da unudulmamalıdır ki, xarici ölkələrdən “idxal” olunan din pərdəsinə bürünmüş bu tip radikal qurumların Azərbaycan xalqı və dövləti üçün təhlükə yaratması ilə bağlı ilk xəbərdarlıqlar da məhz müstəqil mətbuatda yer alıb. Təbii ki, hakimiyyətin bu qüvvələrə qarşı tədbirləri, cinayətin qarşısının alınması təqdir olunmalıydı və oldu.

Davamı...
Noyabr 8, 2007 19:28

  Nəyə nail olmuşuq?

QardaşyanaYaxin qohumlarımızdan biri həmişə xəbərlər proqramlarını diqqətlə izləməyə çalışırdı. Demək olar ki, heç vaxt bu fürsətləri əlindən qaçırmazdı. Onun bu hərəkəti ilk baxışda müsbət hal kimi dəyərləndirilə bilər. Çünki, bu vətandaş, yaşadığı və onu əhatə edən başqa ölkələrin taleyinə biganə qalmır və bütn bunlar haqqında məlumat toplamağa çalışır və özünü də bu dairə əhatəsində olanlardan biri hesab edir. Lakin, yaxın qohumum xəbərləri qeyd etdiyim prinsip əsasında izləmirdi. Onun bir hədəfi vardı:Sabahı gün izlədiyi bu xəbərləri öz dostlarına danışıb özünü zəmanədən agah, savadlı, dönyagörüşlü bir şəxs kimi tanıtdırsın.

Davamı...
Noyabr 8, 2007 14:29

  «ƏHSƏN, ARKADAŞ!»

türk ordusu«İTAƏTSİZLİK VƏ TƏCAVÜZKARLIQ QILINCI ÇƏKƏN ŞƏXS HƏMİN QILINCLA ÖLDÜRÜLƏR.» İMAM ƏLİ (Ə)
Hər səbrin bir son həddi olur. Kiminin səbri dar, kimininki də geniş olur. Məsələn, biz azərilərin səbri olduqca çoxdu. Artıq neçə illərdir ki, torpaqlarımızın bir hissəsini «bağışlamışıq» ermənilərə, heç qımıldanmırıq da. Səbr edirik. Nə xəbərdi? Neçə əsirlərdi bu dünya var, hələ bir Allah bilir Qiyamətə qədər nə qədər də olacaq. Amma bəzən belə düşünməyənlər də olur. Onlar artıq səbr edə bilmirlər. «Onlar» deyirəm, amma dərhal «onlar da elə bizik də» söyləyənlər tapılacaq. Yox, qardaşlar. Onlar - türklər - biz deyilik. Çünki artıq türk ordusu, türk xalqı, türk kəndlisi və fəhləsi təngə gəlib. Neçə illərdir ki, davam edən ara-sıra toqquşmalar, terror aktları, quldur hücumları kürd separatçılarını cəzasızlıqlarına əmin etdi. Necə də əmin olmasınlar? Axı Türkiyə hökumətinin bütün səylərinə baxmayaraq, İraq ərazisində yerləşən terrorçulara «gözün üstə qaşın var» deyən tapılmırdı. Bu da olduqca maraqlı bir detaldı.
Davamı...
Noyabr 7, 2007 20:01

  «VURMA, BAŞA SAL!»

MöminSon günlər məmləkətimizdə ən müzakirə edilən məsələ şübhəsiz ki, həyata keçirilən növbəti antiterror əməliyyatıdır. Təfərruatına varmaq fikrində deyilik - bu barədə çox yazılıb, çox nəql edilib. Sadəcə olaraq bəzi düşüncələrimizlə bölüşmək istəyirik.
     Terror adı gələndə, əksər vətəndaşlarımız dərhal «vahhabilər gəlir» deyə düşünür. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən isə hər şeyin nəzarətdə olduğunu deyillər. Lap «Ələddinin sehirli çırağı» kinofilmindəki kimi: «Bağdadda sakitlikdi». Amma faktlar başqa şeydən xəbər verir. Ən azından bir nəfər dünyasını dəyişib. Nə üçün, necə, haqq və ya nahaqq - bu tamamilə başqa mövzunun söhbətidir. Əsası odur ki, bir ailədə faciə baş verib.

Davamı...
Noyabr 6, 2007 22:22

  Oxucular haqqında

 Fatmahüseynli@yahoo.com

Fatma HüseynliBir neçə gün bundan əvvəl yazarımız Qan Turalı ilə söhbət edirdim. Sözarası ondan soruşdum ki, gündə neçə məktub alırsan? O da ayda iki dənə olur dedi. Mən də buna təəccübləndim. Bu yazıda isə təəccübümü fikrə çevirəcəyəm.
Qan Turalı məndən fərqli olaraq iki ildir mediadadır, “Azadlıq” və “525-ci qəzet»lərinin yazarı olub və özü də normal yazır. Nəyə görə ona az məktub gəlir, mənə çox? Vəfa Cəfərovadan soruşdum, ona da çox gəlirmiş. Amma uşaqların dediyinə görə, Xaliq Bahadıra, ümumiyyətlə,  məktub yazan yox imiş. Xaliq Bahadır Azərbaycan publisistikasının ən yaxşı yazarlarından biridir. O yaşda bu qədər aqressivliyi, fədakarlığı saxlamaq, deyəsən, elə bircə Xaliq bəyə nəsib olub. Amma o, heç oxuculardan məktub almırmış. 

Davamı...
Noyabr 4, 2007 14:34

  BULUDLARIN ÜSTÜNDƏN...

...gumbultu ilə yerə...
“Yuxuların gerçəkləşməsinin ən yaxşı yolu oyanmaqdır”
S.M.Pover

Kim deyir ki, qısqanclıq ikili münasibətləri korşaldır, onu yorur? Çoxlarından soruşsanız, qısqanclığın modern ilişgilərin düşməni olduğunu, ibtidai hiss kimi insanların həyatına girdiyini iddia edəcək. Hərdən məşhurların verdiyi müsahibələrə baxıram, eyni fikirləri tutuquşu kimi təkrarlayırlar: “Həyat yoldaşımla bir-birimizə güvənir və əsla qısqanclıq etmirik”...
İcazə verin, həmin o müsahiblərin səmimiyyətinə şübhə edim. Neyçün ki, bir-birini qısqanmayan tərəflərin münasibətlərinin artıq öldüyünə inananlardanam. Məncə, həmin ilişgilərin dadı-duzu qalmayıb, cütlüklər sadəcə, məcburiyyətdən həyatlarını birgə keçirirlər.

Davamı...


Yazılar cəmi: 9   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com