Həzrət Əlinin Qısa kəlamları - Nəhcul-bəlağədən
İman dörd dirək üstündə dayanır: səbr, yəqin, ədalət, cihad. Səbr dörd qisim
dir: qovuşma həsrəti, qorxu, çəkinmək, hazır durmaq. Cənnətə qovuşmaq həsrəti olan (dünya) diləklərindən əl çəkər. Cəhənnəmdən qorxan haramlardan çəkinər. Dünyada çəkinən şəxs dünya müsibətlərini heçə sayar. Ölümə hazır olansa, xeyirli işlər görər.
Yəqin də dörd qisimdir: ağıllılıq, hikməti təfsir etmək, keçənlərdən öyüd almaq, keçənlərin yolunu izləmək. Bəsirət gözü açıq olana hikmət aydın olar. Hikməti açıq-aydın görən ibrət alar. İbrət alan isə keçmiş adamlar kimi hərəkət edər, dünyaya da aldanmaz.
Ədalət də dörd qisimdir: anlayışda dərinə varmaq, bilikdə dərin olmaq, aydın hökmlə qərar vermək, helmdə dirənmək. Kim anlayış sahibi olsa elmin dərinliyinə varar. Kim elmin dərinliyinə varsa hökmdə yol-iriz nə isə əldə edər. Helm sanlar arasında tərtəmiz yaşar.
Davamı...

