Mart 27, 2008 14:31
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.
Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz dikən yoluna bica bir dənizdir, bir də mən.
.jpg)
Yetişdi toy axşamı,
Durun yandırın şamı.
Gəlinə bəzək vurun
Gəlir oğlan adamı.
Ay qız, toyun mübarək,
Oğlan, toyun mübarək.