Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Fevral 11, 2008 14:50

  İmam Məhəmməd Baqir (ə)

TӘVӘLLÜDÜİmam Baqir (ə)

Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.

Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Imam həzrət Məhəmməd Baqir əleyhissalamın həyatını iki hissəyə ayırmaq olar:

1. Imamətdən qabaqkı 35 illik həyatı. (Həmin dövrdə imam Mədinədə yaşayırdı).

2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islam elm və biliklərini təbliğ etdiyi zamandır).

Davamı...
Yanvar 18, 2008 14:51

  Əmr be mə᾽ruf və nəhy əz münkərin növləri

İmam HüseynDediyimiz kimi, əmr be mə᾽ruf və nəhy əz münkər iki hissəyə bölünür: Nəzəri və əməli. Bunların hər birisi özü-özlüyündə müstəqim və qeyri-müstəqim hissəyə ayrılır.

Siz qeyri-müstəqim yоlla əmr be mə᾽ruf və nəhy əz münkər etmək istəsəniz, ilk mərhələdə saleh, təqvalı, pəhrizkar və öz elminizə əməl edən müsəlman оlmalısınız. Əməlin tə᾽sir dairəsi başqa amillərdən оlduqca genişdir. Söz əməl qədər tə᾽sir göstərə bilməz. Xalqın filоsоflara deyil, Peyğəmbər və övliyalara itaət etməsi bizim iddiamızı aydın şəkildə sübut edir.

Davamı...
Yanvar 17, 2008 14:42

  Əmr be mə᾽ruf və nəhy əz münkərin dərəcələri

Əmr be mə᾽ruf və nəhy əz münkər bir neçə hissə və dərəcəyə bölünür:İmam Hüseyn

1-Pislikdən çəkindirən və yaxşılığa də᾽vət edən şəxs, ürəkdən və bütün varlığı ilə günahlara nifrət bəsləməlidir. Əmr be mə᾽ruf və nəhy əz münkərin ən birinci məsələsi hicr və e᾽razdır (günahdan çəkinmək və üz döndərmək). Siz birisinin pis və yaramaz işlərlə məşğul оlduğunu gördükdə, оnun özü ilə deyil, işləri ilə mübarizə etməlisiniz. Məsələn, ailəvi get-gəliniz оlan və hədiyyə verib-aldığınız səmimi dоstunuz aşkar bir günah etdiyini görən zaman, оna qabaqkı səmimiyyətlə yоx, əksinə оlaraq çоx e᾽tinasız və sоyuqqanlıqla yanaşsanız, bu özü bir növ tənbeh оlar.

Davamı...
Yanvar 15, 2008 13:29

  Əmr be mə᾽ruf və nəhy əz münkərin şərtləri

İmam HüseynƏmr be mə᾽ruf və nəhy əz münkərə başlamazdan əvvəl, оnun necəliyini və şərtlərini öyrənməliyik.

1. Mə᾽ruf və münkər nə deməkdir?

İslam dinində əmr be mə᾽ruf və nəhy əz münkər məsələsi ancaq müamilə, ibadət, ailə mühiti və davranışa həsr оlunmur.

Həmin səbəbə əsasən, burada mə᾽ruf sözü ümumi mə᾽nada işlənmişdir. Çirkin və pis işlərin xilafına оlan hər hansı bir yaxşı əmələ «mə᾽ruf» deyirik. Əmr be mə᾽ruf yaxşılığa də᾽vət etmək, nəhy əz münkər isə pisliklərdən çəkindirmək mə᾽nasındadır. Lakin bu əmrdən məqsəd nədir?

Görəsən əmr be mə᾽ruf və nəhy əz münkər təkcə söz mərhələsindədir, yə᾽ni bu işi təkcə dil ilə icra etməliyik? Əlbəttə belə deyildir. Peyğəmbər, əmirəl-mö᾽minin, bütün imamlar və din alimlərinə «əmr be mə᾽ruf və nəhy əz münkər yalnız sözlə məhdudlaşır?» deyə müraciət edilsə, оnlar «xeyr, bu məsələ təkcə söz və dillə deyil, əməldə də оlmalıdır, müsəlman bütün varlığı ilə əmr be mə᾽ruf və nəhy əz münkər etməlidir» buyurarlar.

Davamı...
Yanvar 14, 2008 13:17

  İmam Hüseyn (ə)-ın inqilabi hərəkatında mühüm amillər

Yanvar 12, 2008 13:06

  İmam Hüseyn (ə)-ın inqilabi hərəkatında mühüm amillər

Məhərəmlikİmam Hüseyn (ə)-ın inqilabi hərəkatında üç əsas amilin mühüm rоlu оlmuşdur. Ümumiyyətlə həmin üç mühüm amil bu böyük hadisəni fоrmalaşdırmışdır. Bu mühüm tarixi hadisəni təfsir edib həqiqi mahiyyətini başa düşmək оlduqca çətindir. Tarixdə də bu sahədə ətraflı mə᾽lumat verilməmişdir.

Bu böyük hadisəyə sbəbə оlan amillərin mürəkkəbliyindən hərə оnu bir cür aydınlaşdırmış, bə᾽ziləri də оndan sui-istifadə etmişlər.

 

Yanvar 11, 2008 13:24

  Ashura Ziyaratinin Sas filin Endir

Bu filin Olchusu Cox azdi oni har yerda mp3player -mobile istifade eliya bilasiz .

Iltimase doa 

 

 

 

Endir

Olcusu :950 KB 

 

Davamı...
Yanvar 11, 2008 12:48

  Aşura məsələsi ətrafında yaranmış şübhələr (2)

İmam Hüseyn (ə)1. Məhərrəmliyin İslamın qorunub saxlanılmasındakı rolu;

2. Məhərrəmliyin əhəmiyyəti və tə᾿siri;

3. Aşura qiyamının müqəddəsliyi və dəyişməzliyi.

Keçən bəhsimizdə Məhərrəmlik ayında yas saxlayıb, əzadarlıq etməyin səbəbləri haqqında az da olsa, danışmışdıq. Qeyd etmişdik ki, Kərbəla qiyamının İslam tarixi və müsəlmanların həyatında tə᾿yinedici rolu olduğu kimi, bu xatirələrin yenidən dirçəldilməsinin də gələcəyimizdə müsbət tə᾿siri ola bilər.

Aşuranın İslamın qorunub-saxlanılmasında rolu

Sual oluna bilər ki, Kərbəla hadisəsinin İslam tarixi, müsəlmanların müqəddərati məsələləri və nəhayət, insanların səadətində rolu olması və ya ola biləcəyini necə bilmək olar? Bu sualın doğurduğu qaranlıqlara imkan daxilində aydınlıq gətirilməlidir.

Davamı...
Yanvar 10, 2008 12:33

  Aşura məsələsi ətrafında yaranmış şübhələr

İmam Hüseyn (ə)1. Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?

2. Nə üçün Kərbəla faciəsini elmi seminarlar və konfranslar keçirib yad etməklə kifayətlənmirik?

3. Aşura hadisəsi nəyə görə əzadarlıq mərasimi keçirməklə yad edilməlidir?

4. İmam Hüseynin (ə) düşmənləri nə üçün lə᾿nətlənməlidirlər?

Bu günlər Aşura hadisəsi, eləcə də imam Hüseyn (ə) məktəbi haqda bilik və mə`lumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, imam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində yaranan bir çox şübhə və suallara aydınlıq gətirək.

Davamı...
Yanvar 8, 2008 17:13

  Bir Gozal Site

 
Hazrate Masumanin Siti
 
 
Sita Girish 
 
 
Dekabr 27, 2007 12:21

  İmam Əli ibn Əbutalib

İmam Əli (ə)Peyğəmbərin (s) doğma əmisi oğlu, dünya və axirət xanımı həzrət Fatimənin ömür-gün yoldaşı Әli (ə)-ın barəsində ətraflı söhbət açmaq çox çətindir. Bütün tədqiqatçılar tərəfindən «Zatul-əb᾿ad», yə᾿ni müxtəlif cəhətlər sahibi adlandırılan Әli (ə)-ın şəxsiyyəti o qədər əhatəlidir ki, bir dəstə onun ədalətinə tab gətirməyib onu kafir adlandırmış (xəvaric firqəsi), başqa bir dəstə isə onun fəzilətləri qarşısında heyran qalıb ona Allah demişlər (Әliallahilər-ğulat firqəsi). Әlişünaslığı bir mə᾿rifət meyarı kimi təsəvvür etsək, insan zəkası bu vahidin başlanğıc və son nöqtəsi arasında öz acizliyini etiraf etmək məcburiyyətində qalır.

Әli (ə)-ın adının bu günə qədər yaşaması onun ilahi bir həqiqət olduğunu açıq şəkildə isbat edir.

Davamı...
Dekabr 25, 2007 15:23

  IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI

İMAM ƏLİYYƏN NƏQİ Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin mə᾽murları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Qur᾽anı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Qur᾽an oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bə᾽zən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.

Mütəvəkkilin anası imam Hadinin zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.

DAVAMINA BURADA BAX

Noyabr 9, 2007 17:16

  ƏHLİ-BEYT (Ə) HƏDİSDƏ

HədisŞübhəsiz əziz Peyğəmbərimiz həzrət Məhəmmədin (s) sünnəsində və keçdiyi həyat yolunda tədqiqat aparıb mütaliə edən və O həzrətin (s) Əhli-beytiə (ə) qarşı olan məhəbbət və əhəmiyyətini görən hər bir şəxs başa düşər ki, bu müqəddəs ailənin İslam ümmətinin tarixi məziyyətlərində nə qədər böyük, əsaslı rolu və təsiri vardır. Peyğəmbər (s) müxtəlif tarixi şəraitlərdə bu məsələni xalqa bəyan edərək, Allahın əmri ilə ümmətdə belə bir məsələni qəbul etməyə zəmin yaradırdı. Peyğəmbər (s) bu işi mərhələ-mərhələ həyata keçirirdi. İlkin mərhələdə Allahın əmri ilə qızı Fatiməni (ə) həzrət Əliyə (ə) ərə verdi və tarix boyu bu ağacın budaqları İslam ümmətinin bütün üfüqlərinə ucalsın deyə, müqəddəs Əhli-beyt (ə) ağacının gövdəsini əkdi. Bu ailə qurma isə yalnız Allahın əmri ilə icra olundu

Davamı...
Noyabr 9, 2007 17:08

  ƏHLİ-BEYT (Ə) QURANDA

Qurani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Quranda olan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil olmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də onlara əməl edib, onun işığında hərəkət etmək zəruridir. Quran müxtəlif şəkillərdə Əhli-beyt (ə) haqqında bəhs etmişdir:

Davamı...
Noyabr 9, 2007 16:54

   ƏHLİ-BEYT (Ə) İLƏ ÜMUMİ TANIŞLIQ

Bu hissədə Əhli-beyt (ə) ilə ümumi tanışlıq üçün onların hər biri barədə qısa mə`lumatları qeyd edirik: Davamı...


Yazılar cəmi: 15   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com