Fevral 4, 2008 14:59
Kərbəlа…
Dünyаnı hər zаmаn аdı ilə titrədəcək аzаdlıq mеydаnı.
Kərbəlа…əbədiyyət və sоnsuzluğun dünyа hüdudlаrındаn kənаr ərşin аltındа yеrləşdiyi məkаn. Kərbəlа… Qаnın qılıncа qələbə çаldığı cənnətin bir guşəsi . Kərbəlа… Аşıqin Məşuqа qоvuşduğu qаnlı məhəbbət ünvаnı. Kərbəlа… Bəlаlаrın səаdətə çеvrildiyi və səаdətin əbədiyаşаr zirvəsi. Kərbəlа… dünyа buхоvlаrının qırıldığı mənəviyyаt dünyаsı. Kərbəlа….
Ünvаnınа dеyiləsi kəlmələrin sоnsuzluğu müqаbilində vəsfinə аciz оlduğumuz bəşəriyyətin tək nicаt qаpısı, Kərbəlа. Bəli, həqiqətən də vəsfi аğıllаrın bеlə аlmаdığı həmişəyаşаr Kərbəlа. Zаmаn bu qаnlı оlаyın üzərinə nə kimi pərdələr çəkməyə cəhd еdənlərin iç üzünü аlmış, nə qədər əks cəbhədə durаnlаrı tаriхin qаrа səhifəsində аlçаldаrаq məhkum еtmişdir. Böhtаnlаr, ittihаmlаr, yаlаn və iftirаlаr bu şаnlı səhifənin üzərində həqiqət möhrünü nəinki silməyə qüdrətli оlmаmış, əksinə Kərbəlа dəyərlərini bəşəriyyətə dаhа çох dərk еtmək üçün zəmin оlmuşdur.
Davamı...
Yanvar 19, 2008 19:59
Ya Rəsulallah-
Bu axır zamanın qaranlığında
Sən mənə işıq ol ya Rəsulallah
Günahlar içində batıb qalmışam
Uzat əllərini ya Rəsulallah
***
Dərdliyəm-xəstəyəm təbibim olsən
Könlümə əlac ol ya Rəsulallah
Yetiməm-qəribəm kimsəsizəm mən
Dərdimə sirdaş ol ya Rəsulallah
***
Mübarək əlinlə toxun köksümə
İmanım şad olsun ya Rəsulallah
Mələklər şahiddir mənim sevgimə
Canım sənə fəda ya Rəsulallah.
Davamı...
Dekabr 5, 2007 14:22
«Media forum» saytı hazırda həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin tələbəlik illərində yazdığı şeirlərdən bir neçəsini oxucuların diqqətinə çatdırır.
Saytın əməkdaşları Qənimət Zahidin h
əyat yoldaşı Ayəndə xanımın təqdim etdiyi bu şeirləri sovet dövrünün 44 qəpiklik, 96 səhifəlik dama-dama dəftərindən köçürüblər. Dəftərin üstündə yazılıb: «Zahidov Qənimət. Divani-hikmət. Təvarix əl-miladi, Bakı - 1988». Dəftərə 1989-cu ilin şeirləri də düşüb.
Qənimət Zahid 1963-cü il fevralın 11-də Şamaxının Meysəri kəndində doğulub. Bakı Dövlət Universitetini 1990-cı ildə bitirib. 1990-94-cü illərdə «Azadlıq» qəzetində (şöbə müdiri, redaktor müavini, redaktor) çalışıb. «Yeni Nəsil» və «Azad söz» jurnalist birliklərinin, Xalq Azadlıq Partiyasının sədri, «Ekspress» qəzetinin baş redaktoru olub. 2003-cü ildən «Azadlıq» qəzetinin baş redaktorudur.
Davamı...
Noyabr 28, 2007 21:51
Yapon dilində “koto” kəlməsi həm söz, həm də əməl mənasında işlənir.
Sözlə işin bir kəlmədə ifadəsi!
Düzgünlüyün, həqiqətin, haqqın səsi!
Ürək dillə birləşəndə
Xarabalıq cənnət olur...
Söz əməllə birləşəndə
Tayfa dönüb millət olur.
***
Bu məqamda dələ bilməz
Həqiqətin sinəsini ağ yalanlar.
Bu məqamda ola bilməz
İş yerinə söz satanlar, söz alanlar.
***
And içsə də yerə-göyə
“İnanmıram, sözdür”- deyə
Dilimizdə açıq-aşkar,
Sözün yalan rəngi də var.
***
Davamı...
Noyabr 26, 2007 21:00
Kitab, qəzet, dərgi, radio, İnternet və televiziya həyatımıza girən, özlərinə çox möhkəm yer tutmuş informasiya və əyləncə vasitələridir.
Azərbaycanda çox az adamın gündəlik yaşamında sadalanan vasitələr düşünməyə vadar edən, ona xəbər və ya bilik verən nəsnələrdir indi.
Bu gün kitablardan bəhs edəcəyik. İş otağımda onlarladır belə nəşrlər. Hər gün artırlar. Hamamböcəkləri təkidir - mübarizə effekt vermir.
Hətta bir ara qapıya "Dəyərli oxucular, lütfən, bura bir daha Azərbaycanda çap olunmuş kitab gətirməzdən əvvəl diqqətlə oxuyun, yazılanlara vaqif olun, sonra qoltuğunuza vurub yüyürün üstümə!" elanını yazmaq keçmişdi könlümdən.
Çünki kitabla üstümə gələn oxucularım ox ucuna dönürlər.
Niyəsi var.
Davamı...
Noyabr 25, 2007 16:44
Əcnəbi sözlərə ifrat meyillik bunun göstəricisidir
Bəri başdan qeyd edim ki, təkcə bizim nəzərimizcə deyil, digər хalqların ziyalıları da Azərbaycan dilini türk və eləcə də Qafqaz dilləri arasında qrammatik cəhətdən daha çoх formalaşmış, ən gözəl dil sayırlar. Peşəkar nöqteyi-nəzərlə yanaşdıqda bir çoхumuz əslində heç də belə düşünmürüksə, gör bir zəif hesab olunan digər dillər nə gündədir! Şimali Azərbaycan хalqının bu gözəl dili təsadüflərin məhsulu deyil.
Davamı...
Noyabr 24, 2007 11:21
“Dörd dördlük”. Bu günlərdə Türkiyədə işıq üzü görən Azərbaycan nasirlərinin əsərlərindən ibarət toplu belə adlanır. Türkiyə türkcəsində “mükəmməl dördlük ” anlamına gələn kitaba 80-90-cı illər Azərbaycan poeziyasını təmsil edən nasirlərdən Əlabbasın, Aslan Quliyevin, Nəriman Əbdülrəhmanlının və Fəxri Uğurlunun hekayə və povestləri daxil edilib.
Bunlar Azərbaycan oxucusuna da yaxşı tanış olan “Mərənd ölüsü”, “Gəlin”, “Gözəl”, “Həbsxanadan qaçmış cani”, “Keçmiş döyüşçü və oğlan”, “Dönəlgə”,"Şeyx Sənan", “Leylinin məcnunuğu” və digər nəsir nümunələridir.
Davamı...
Noyabr 10, 2007 19:56
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?
Mənim ən çox sevdiyim şeirlərdən biri.
Davamı...
Noyabr 6, 2007 21:53
Mikayıl Müşfiq
Füzuli Mikayıl Müşfiq üçün şer Allahıymış. O, gecələr yataqda gözlərini Füzuli divanı ilə yumar, səhərlər Füzuli divanı ilə açarmış. Füzulinin sehrkar qələminə heyranlığını heç cürə gizlədə bilmirmiş. Bir gün o, dostu şair Mir Mehdi Seyidzadəgildə gecələyir. Səhər tezdən Müşfiq əlində Füzuli divanı Mir Mehdini yuxudan oyadır:
-Mir Mehdi, bax, gör nə deyir! Belə də gözəl söz olar! Hər misrada nə qədər böyük məna var! Biz də adımızı şair qoymuşuq...
Sonralar Müşfiqin vaxtilə oxuyub, bəzi səhifələrində qeydlər etdiyi həmin Füzuli divanı şair Mir Mehdi Seyidzadənin kitabxanasında olduğu kimi saxlanılırmış.
Məhəmməd Füzuli
Füzuli böyük zəhmətkeş idi, ancaq çox vaxt çəkdiyi zəhmətlər və sərf etdiyi vaxt
hədər gedərmiş.
-"Elə zamanlar olmuşdur ki, gecə sabaha qədər yuxusuz qalmaq zəhərini dadıb bağrımın qanı ilə bir məzmun tapıb yazmışam. Sabah olanda başqa şairlərə təvarüdə düşdüyümü görüb yazdıqlarımın üstündən qələm çəkmişəm. Elə zamanlar da olmuşdur ki, səhərdən axşama qədər düşüncə dəryasına dalıb şer almazı ilə heç kəs tərəfindən söylənməmiş inci demişəm. Bunu görənlər "bu məzmun anlaşılmayır, bu ləfz xalq arasında işlənməz və xoşagəlməzdir" - demişlər. O məzmun gözümdən düşmüş, hətta qələmi əlimə alıb onun üzünü ağartmamışam. Nə qəribə haldır."
Davamı...
Noyabr 6, 2007 17:30
Hekayə
Çox danışdı, bacardığı qədər etiraz elədi, qız bəyənmək-filan nədi, hansı dövrdü, hansı zəmanədi? Ali təhsilli müəlliməm, tay-tuş içinə çıxa, şagirdlərimin gözünün
içinə baxa bilmərəm! Mənim qəlbim qalıb sahil parkındakı söyüd ağacının dibində, orda guppa-gupla vurur, guppultusu dənizin səsini belə batırırsa, burda, dağ başında necə qız bəyənə bilərəm? Nənəsi isə onu eşitmək belə istəmədi, ağlını başına yığ, hədə ilə dedi, məktəbi qurtarıbsan, dərs deyirsən, nəyi gözləyirik? Qız yıxılan evin dirəyidi, oxumuş qızdı, xəstəxanada həkim işləyir, gözəl-göyçək, su sonası! Sizi özbaşınıza qoysaq, ömrünüzün sonuna kimi subay qalarsız.
Davamı...
Noyabr 3, 2007 19:26
"Zirvədə oyanar insan gün işığına"
Qəlbə gedən yolları və keçidləri tikanlıqlara çevirən çağın, yüzilliyin və mühitin insanlarına çatmaq naminə yalnızlaşıb beşinci mövsümə yönələnlərin yuxularına qarışıram.
Göyündə ulduz olmayan gecələrin içindən qopub gələn məktublara, çətin bir şəhərdən cavablar yazıram: O qədər çirkinliyə, gurultuya, bilik deyə təqdim olunan doldurma materiallara, yadlaşmağa incəlmiş duyğuların tərpənişlərinə lal qalan “şəkil”lərə baxmayaraq, qəlbin asimanı altında və cazibə sahəsində yaşayan könüllərlə söhbətləşmək üçün...
Davamı...
Noyabr 2, 2007 15:36
Şair Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” kitabı Azərbaycan dilində çap oluna
n “Yaşmaq” ədəbi-bədii jurnalının təşəbbüsü ilə İranda nəşr edilib. Kitabın redaktoru Səid Muğanlının APA-ya verdiyi məlumata görə, Azərbaycan dilində, lakin ərəb qrafikası ilə çap olunan kitabın rəssamı Ərdəkir Rüstəm olub.
Davamı...
Oktyabr 31, 2007 20:36
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.
Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz dikən yoluna bica bir dənizdir, bir də mən.
Davamı...