«Təqvaın insanın həyatına, mənəvi inkişafına, vücudi durumuna, ümumən insanın sonuncuna nə kimi təsirlər etdiyini ötən bəhslərdə artıq bir qədər araşdırdıq, - deyə İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu növbəti cümə xütbəsinə başladı, - müəyyən etdik ki, təqvanın insanın həm yaşayışına, həm də aqibətinə taleyüklü təsiri vardır. Bəhslərdən aydın oldu ki, insanların diqqət etməməklə, çox da fərqinə varmamaqla səciyyələnən yaşayış tərzi – onların nəticəsiz, uğursuz, faydasız həyat sürmələrinin başlıca səbəbidir. Allah Təala cəmi insanları bu aqibətdən xilas etsin, inşəallah!».
Allah buyuran həqiqi hidayət yoluna çıxmaq istəyən təqvaya malik olmalıdır. Bu xüsusiyyətə sahib çıxmadan hər hansı inkişafdan, tərəqqidən söhbət gedə bilməz. Həmin bu təqva xüsusiyyəti eyni zamanda alilik və kəramətin şərtidir; həmin bu xüsusiyyət başqa vasitələrlə əldə edilə bilinməyən bir tanımanın – haqqı batildən ayıra bilməyin dərkini insana nəsib edər. Həmin bu cəhət insanın hər bir çətin vəziyyətdən çıxa bilməsini təmin edər. Bununla yanaşı, təqva bir mübarək xüsusiyyətdir ki, insana gözləmədiyi yerdən ruzunun yetişməsinə səbəb olar. Uca Allahdan duamız budur ki, bu xüsusiyyəti əldə etməyi və həyatımızda tətbiq etməyi cəmi iman əhlinə qismət etsin!
İns
anın yaşayışında, durumunda Allah Təalanın buyurduğu məsələlərə riayət etmənin, Allahın çəkindirdiyi məsələlərdən çəkinməyin əhəmiyyəti taleyüklü bir səciyyə daşıyır. Bu sifətləri özündə ehtiva edən keyfiyyətə təqva deyilir. Ötən bəhslərdə qeyd etdik ki, təqva olan yerdə hidayət var, doğru yola çıxış var. Təqvadan bəhrələnmədən, Allahın istədiyi yaşam tərzini yaşatmadan, Allahın çəkindirdiklərindən çəkinmədən insanın hidayət nurundan pay aparması qeyri-mümkündür. Təqva bir başlanğıc haldır, bir zəruri və kafi durumdur ki, insan ona sahib çıxsa – həqiqi həyat yaşayar.
Tanımanı, seçməni nəsib edir? Haqq axtaran hər bir insanı düşündürən digər qrup suallar ona aiddir ki, necə etsin ki, istənilən şəraitdə, istənilən vəziyyətdə çıxış yolu tapmaq bacarığı əldə etsin? İstənilən durumda, ağla gələn və gəlməyən vəziyyətdə arxayın olsun ki, oradan çıxa biləcək?
Davamı...