Dünyanın maraqlı icadları

1. Özünü təmizləyən geyimlər; 2. Güllə keçirməyən paltar; 3. Zəng edə bilən bitkilər; 4.Yuxunu hiss edən avtomobil.
1. Özünü təmizləyən geyimlər: Bu ixtira yəqin ki, ən çox qadınları sevindirəcək. Hər halda paltar yumaq evdar qadınların bir nömrəli problemlərindən sayılır. Sözügedən geyimlər Amerika ordusu üçün nəzərdə tutulub. Xüsusi parçadan hazırlanmış bu paltarları həftələrlə yumağa ehtiyac yoxdur. Bu təkcə əsgərlər üçün deyil, subay kişilər üçün də gözəl xəbərdir. 2. Güllə keçirməyən paltar: Güllə keçirməyən geyim dedikdə, insanın ağlına həmişə polislərin geyindiyi qalın jiletlər gəlir. Ancaq artıq bu qədər qalın, ağır və kobud geyimlərə ehtiyac yoxdur. Heç kinorejissorlar belə, sözügedən geyimlərin belə sürətlə inkişaf edəcəyini düşünməmişdilər. Bu geyimlər güllə keçirmir, bıçaqlanmanın qarşısını alır, çəkisi isə cəmi 3 kiloqramdır.
3. Zəng edə bilən bitkilər: Nyu-York Universitetinin ərsəyə gətirdiyi sözügedən ixtira bitkilərin sahiblərinə zəng etməsinə imkan verir. Bitki susuz qaldığı vaxt yaddaşa qeyd edilmiş nömrəyə zəng vuraraq sahibini bundan xəbərdar edir. Əvvəlcədən hazırlanmış audio-yazı vasitəsilə bitkinin susuz olduğu bildirilir. Olduqca sadə görünən bu icad danışa bilməyən bitkiləri “başa düşməkdə” böyük rol oynayır.
4.Yuxunu hiss edən avtomobil: Araşdırmalar göstərir ki, avtomobil qəzalarının başlıca səbəblərindən biri də sükan arxasında yatmaqdır. Bunu nəzərə alan “Mercedes-Benz” firması sürücünün yuxusunu hiss edən avtomobillər istehsal etməyi planlaşdırır. Hələ təcrübə mərhələsində olan bu avtomobillərin yuxunu hiss etdikdən sonra sürücünü oyandırması qəzaların azalmasında böyük rol oynayacaq.
Zaman

www.takturk.blogfa.com
İyun 3, 2008 14:02