Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Aprel 12, 2008 16:45

  Su üstündə qəribə bir ölkə

Qeribe ölke

Sakit okeanin cənubunda, Avstraliya yaxinliginda,

adalar üzərində yerləsən bir ölkədir Papua Yeni Qvineya. Ölkə ərazisinin böyük bir hissəsini Papua adasi təskil edir. Bu torpaqlara ilkin olaraq, 1512-ci ildə avstraliyalilar qədəm basiblar. 1660-ci illərdə hollandlar da bu torpaqlara gəlmis və burada öz hakimiyyətlərini qurmuslar. Daha sonra almanlar və ingilislər Papua Yeni Qvineyanin zəngin sərvətlərinə tamah salmis, burada istismar sistemlərini quraraq, ölkənin sərvətini talamislar. Hər gələn istismarçi da öz dilini, mədəniyyətini burada tətbiq etməyə, yaymaga çalismis, yerli xalqin hər cür maddi sərvətini isə gəmilərlə dasiyib aparmislar. Ingilislər və avstraliyalilar on minlərlə yerli əhalini kölə kimi satmislar. Satilan qvineyalilar bir qayda olaraq, əkinçilikdə, kənd təsərrüfatinda islədilmislər. Kölə ticarəti XX əsrin əvvəllərinə qədər davam etmisdir. Papua Yeni Qvineyada Vantok kültürü çox genis yayilmisdir. Vantok yerli dildə tək dil, tək agiz mənasina gəlir, yəni eyni dildə danisan insanlarin təskil etdiyi qrup. Eyni dildə danisan qəbilə insanlari bir-birinin tərəfini saxlayirlar. Bu ölkədə milli birlik anlayisi yoxdur, bu anlayisin yerini qəbilə təəssübkesliyi tutur. Hər kəs öz qəbiləsini sevir və öz qəbiləsinə mənsub insanlara yardim edir. Dünyada milli düsüncənin və millətçiliyin, bəlkə də, ən az inkisaf etdiyi və ya heç inkisaf etmədiyi ölkə axtarsaniz, bu, Papua Yeni Qvineyadir. Burada insan üçün aid oldugu qrup hər seydən daha önəmli, daha əhəmiyyətlidir. Vantoklar bir-biri ilə çox yardimlasirlar. Məsələn, Çinbu qəbiləsinin nümayəndələri ölkənin mərkəzi hissələrində və yüksək dagliq ərazilərdə yasayirlar. Ölkənin ən yüksək ərazilərində yasayan qəbilənin yeddi min üzvü var. Bu qəbilənin simvolu nizə hesab olunur. Kral tacsiz təsəvvür edilmədiyi kimi, bu qəbilənin nümayəndələri də nizəsiz agla gəlmir.
Pidgin dili burada ingilis dilindən sonra ən genis yayilmis dildir. Pidgin kirma ingilis dilinin təhrif olunmus variantidir. Yerlilər bu dildə danisirlar. Motu dili isə əsasən sahil zolaginda yasayan insanlarin danisdigi dildir. Papua Yeni Qvineyanin milli marsi belə, ingilis dilində yazilmisdir. Isgalçi dövlətlər dili, mədəniyyəti ilə öz varligini isgal olunan yerlərdə hiss etdirirlər. Təsəvvür edin ki, Papua Yeni Qvineyanin Konstitusiyasinda belə, ölkənin xristian dinini dasidigi yazilir. Halbuki əhalinin üçdə ikisindən çoxu xristian deyil və müxtəlif yerli inanclara mənsubdurlar. Papua ilə Indoneziya arasindaki sərhəd xəttinin uzunlugu 820 km-dir. Quru yolu ilə yeganə qonsu olan Indoneziyaya getmək üçün ya Sinqapurdan, ya da Avstraliyanin Kenz səhərindən keçməli olursan. Məsələnin bu cür çətinləsdirilməsini Avstraliya istəyir, çünki Avstraliya Indoneziya ilə Papua Yeni Qvineya arasinda əlaqələrin inkisafini arzulamir. 15 min Yeni Qvineya vətəndasi Avstraliyanin Kenz səhərində yasayir. Avstraliya hər fürsətdən istifadə edərək, bu ölkəni özünə baglamaga çalisir.
Küçələrdə agdərili
adamlar gəzmirlər
Siz səhərlərin küçələrində əl-qolunu yelləyə-yelləyə gəzən agdərili adam görə bilməzsiniz. Amma bu, heç də o demək deyil ki, Papua Yeni Qvineyada agdərililər yasamirlar. Almanlar və ingilislər də daxil olmaqla, bu ölkədə yasayan əcnəbilərin sayi 50 min ətrafindadir. Digər təcrübələrdən göründüyü kimi, Papua Yeni Qvineyada da isgalçi ölkənin nümayəndələri burani tərk etməyiblər. Həmin qərblilər küçələrdə gözə görünməsələr də, böyük ticari islərlə məsguldurlar. Həm də çoxlu miqdarda sərvət qazanirlar. Küçəyə çixmamalarinin səbəbi isə ən çox təhlükəsizlik məsələsi ilə baglidir. Çünki bu ölkədə agdərililərə rəgbət asagidir. əsrlər boyu isgal altinda inləyən və əsya kimi bazarda satilan qvineyalilar bu gün də o tarixi gerçəkləri unuda bilmir, fürsət düsdükcə əllərinə keçən agdərilidən qisas alirlar.
Moresbu limanina 1873-cü ildə Con Moresbu adli bir gəmi kapitani ilk dəfə yük gətirmisdir. Elə buna görə də həmin liman o kapitanin adini dasiyir. Sonra ətrafda yasayis məntəqələri insa edilmis, Moresbu adi səhərə də verilmisdir. Ölkənin paytaxti Port Moresbu dünyanin ən təhlükəli səhərlərindən biridir. Bir çox ölkələrdə müsahidə edildiyi kimi, burada da əhali son illərdə böyük səhərlərə axin eləməyə baslayib. Ölkədə issizlik bas alib gedir. Ona görə də kriminal hallar son illərdə çoxalib. Xüsusilə də, 1980-ci illərdən sonra bu məsələ daha genis miqyas alib. Avropalilar gəlmədən öncə, Port Moresbuda Motu və Koyitabo qəbilələri yasayirmislar. Onlar daha çox yamaclarda evlər tikər və kiçik evlərdə yasayarmislar. Son on illərdə isə səhərin mərkəzində çoxmərtəbəli binalar tikilməyə baslayib. Paytaxt Port Moresbunun ətrafinda böyüklü-kiçikli xeyli adalar var.
Insanlar dənizin
üzərində yasayirlar
Bəzi papualilar evlərini dənizin üzərində tikirlər. Bu ölkədə dirəklər üzərində tikilən evlərdən ibarət xüsusi yasayis məntəqələri var. Istər dənizin sakit vaxtlari olsun, istərsə də dalgali, firtinali günləri, onlar heç nəyə fikir vermədən dirək üzərindəki bu evlərdə həyatlarini davam etdirirlər. Baliqçiliq bu insanlar arasinda genis yayilib. Agac evlərdə yasayanlarin çoxu da qohumdur. Kiçik qayiqlarla dənizə çixan papualilarin ən böyük sevinci tutduqlari bir neçə baliqla geri dönmələri və onlari satib, axsam evə çörəkpulu aparmalaridir. Nə qədər mahir üzgüçü olsalar da, dalgali dənizdə bogulub ölən papualilarin sayi heç də az deyil.
Papua Yeni Qvineyada tez-tez rastlasdigimiz mənzərələrdən biri də bətəl nut çeynəyənlərdir. Qoza bənzəyən bu meyvənin yasil qabigini təmizlədikdən sonra içindən çixan çəyirdəyi çeynəməyə baslayirlar. əsl mənzərə də bundan sonra ortaya çixir. Nut çeynəndikcə agizda qizarir və agiz tamamilə qirmiziya boyanir. Nutu kalsiumla zəngin olan dəniz kələmi ilə yemək də burada adət halini alib.
Yol kənarinda tutuqusu satanlar diqqətinizi çəkəcək. Bu adamlar gecələr hündür agaclara dirmasaraq xəlvətcə orada yasayan tutuqusulari tutur və satirlar. Yol kənarlarinda, dəniz sahilində qaradərili çilin-çilpaq usaqlar da diqqətinizi çəkən mənzərələrdən biri olacaq.
Papua Yeni Qvineyaya yolu düsənlər mütləq xalq bazarini dolasmalidirlar. Bu bazarda görmədiyiniz çox mənzərələrin sahidi olacaqsiniz. Malaru bazari bu mənzərələrin daha çox sərgiləndiyi yerdir. Bir tərəfdə banan salximlari, bir tərəfdə çesid-çesid kartoflar, Hindistan qozu, ananas, manqo, qurudulmus və təzə baliqlar satilir. Bir sözlə, çox sey diqqətinizi çəkəcək. Bazarda ən çox tropik meyvə-tərəvəz satilir. Pistaxtalari bəzəyən bostan məhsullarinin çoxu ölkəyə xaricdən gətirilir. Bunun da səbəbi paytaxt ətrafinda əkinçiliyin inkisaf etməməsidir. Təbii ki, qiymətlər də çox yüksəkdir. əgər biz evə 2-3 kilo pomidor aliriqsa, bir qvineyali bazardan 2, ya 3 ədəd pomidor ala bilir. Marketlərdə pomidorun kilosu 6 dollardir. Bazari dolasdiqca bir tərəfdə agacin budagindan asilmis yelləncəkdə yatmis usaq, o biri tərəfdə malini satib yorgun düsərək pistaxtanin altinda yatan satici, digər yanda isə Avstraliyadan gətirilərək burada satilan ikinci əl paltarlar diqqətinizi çəkəcək.
Ölkədə havanin temperaturu orta hesabla müsbət 27 dərəcədir. Bəzi dagliq yerlərdə isə bu göstərici +20 dərəcəyə qədər düsür. Tropik iqlimə sahib olan Papua Yeni Qvineyada il ərzində havanin temperaturunda dəyisiklik çox da müsahidə edilmir. Burada bildiyimiz kimi, 4 fəsil yoxdur, sadəcə, yagmurlu və yagmursuz iki fəsil olur. Bəzi dagliq ərazilərdə nadir hallarda qar yagdigi müsahidə edilir. Günorta saatlarinda günəs daha yandirici olur. Ona görə də dükan-bazari dolasmazdan əvvəl gərək özünüzə çətir alasiniz. Yoxsa, günvurma sizi xəstələndirə bilər.
Küçələrdə qizil satilir
Səhərin küçələrində dolasarkən yol kənarlarinda “qizil alinir” yazilmis lövhələr diqqətinizi çəkəcək. Ölkənin zəngin təbii sərvətləri arasinda qizilin yeri çox yüksəkdir. Papua Yeni Qvineya zəngin qizil ehtiyatlarina malikdir. Qizil mədənlərinin 90 faizi əcnəbilərin, xüsusilə də, avropalilarin əlində cəmləsib. Küçələrdə külçə qizil alinib-satilir. Bu külçə-qizilin keyfiyyətini ancaq professionallar müəyyən edə bilərlər. əgər küçədə çox münasib hesab etdiyiniz qiymətə qizil alsaniz, mütəxəssisə göstərərək, onun 50 və ya 80 faizinin dəmir oldugunu öyrənib məyus olacaqsiniz. Ona görə nə qədər cəlbedici qiymətlər söylənsə də, küçədən qizil almaq məsləhət görülmür.
Papua Yeni Qvineya yoxsul, lakin gülərüzlü insanlarin yasadiqlari, zəngin, amma çox kasib bir ölkədir.        Saim Orhan

Zaman


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com