Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Aprel 10, 2008 18:38

  Rusiyada «Nurçular»ın dini fəaliyyətini qadağan etdilər

russiya
RF Ali Məhkəməsi onların fəaliyyətində dini ekstremizm əlamətləri görüb

Rusiya Federasiyasının (RF) Ali Məhkəməsi «Nurçular» beynəlxalq dini təşkilatının Rusiya ərazisində fəaliyyətini qadağan edib. Məhkəmə «Nurçular»ın fəaliyyətində dini ekstremizm əlamətləri görərək RF Baş Prokurorluğunun qurumun uyğun müraciətini təmin edib.

Rusiyanın «İnterfaks» agentliyi «Nurçular»ın əslən Türkiyədən olan Səid Nursinin ideyalarının təbliğatını apardığını bildirib. Səid Nursinin kitablarının rus dilinə tərcümələri 2007-ci iln may ayında Moskva şəhərinin Koptev rayonunun məhkəməsi tərəfindən ekstremist ədəbiyyatı sayılıb. Daha sonra Moskva şəhər məkhəməsi bu qərarı təsdiq edib və «Nurçular»ın ədəbiyyatının RF ərazisində yayılması qadağan edilib.

Rusiya agentliyinin məlumatına görə, «Nurçular» dini dözümsüzlük təbliğatı ilə məşğuldur və qanunsuz silahlı dəstələrlə əlaqə saxlayır.

Qeyd edək ki, Səid Nursinin ideyalarının təbliğatı aparılan kitablar Bakıda da geniş satılır. Bakıda əslən Türkiyədən olan iş adamlarının içərisində də nurçu görüşünün sahibləri var. /ANS PRESS/


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com