Reklam verin!
AzeriBlog

Londonda hərraca çıxarılan köhnə Kəbə açarı 18.4 milyon dollara satılıb

kəbə-açarı


VII-ci əsrə aid Quran-i Kərim səhifəsi isə 4.8 milyon dollara alınıb

Londonda məşhur “Sotheby's” hərrac evində ilkin qiyməti 1 000000 $ ilə satışa çıxarılan 12-ci əsrə aid dəmir Kəbə açarı 18.4 milyon dollara satılıb. “The Times” qəzetinin verdiyi xəbərə görə, açarı əldə etmək istəyənlər arasında böyük rəqabət olub. 1179 -1180-ci illər arasında istifadə edilən 37 cm-lik açar Livanda xüsusi kolleksiyada saxlanılıb və Kəbənin 58 köhnə açarları arasında 2-ci ən köhnə açar sayılır. Digər açarlar isə Avropa və Orta Şərqdəki müxtəlif muzeylərdə saxlanılır.

Bundan başqa, hərraca çıxarılan VII-ci əsrə aid Quran-i Kərim səhifəsi isə 4.8 milyon dollara satılıb. Qeyd edək ki, hərracda İslam dövrünə aid 405 müxtəlif əsər satılıb. Satılan əsərlərin ümumi dəyəri isə 43 milyon dollar təşkil edib. "The Times" qəzetinin yazdığına görə, bu həftə “Sotheby's” və “Christie” hərrac evlərində İslama aid əsərlərin ümumi satış məbləği 65 milyon dollar olub. /ANSPRESS/

Baxış sayı: 449
Açar sözlər: kəbə açarı 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Admin

Gözəl məkanda hər şey gözəldir, bir alma yemək qədər!

Axtarış

Sorğu

Namaz qılırsınızmı?




Açar sözlər

şəkillər  gözəl  maraqlı  imam  islam  dini  iqra  ən  sevgi  şəkil 

Sayqaç

İndi blogda: 4
Keçən ayın hiti: 33436
Dünənki hit: 979
Bugünki hit: 285
Ümumi hit: 416261

AddThis Feed Button
Add to Technorati Favorites