Reklam verin!
AzeriBlog

Kolbasa sevənlərə ciddi xəbərdarlıq

Kolpasa


Gündə bir sosis və üç dilim bekon yeyən insanların bağırsaq xərçəngi xəstəliyinə tutulmaq risqi 20 faiz artır. Həftədə yalnız yarım kiloya qədər qırmızı ət, yəni mal-qara əti yemək məsləhət görülür.

Tədqiqatçılar aşkar ediblər ki, sağlam həyat tərzi, sağlam qida, günəş şüalarına qarşı kremlərdən istifadə etməklə, siqaret çəkməmək və alkoholun qəbulunu məhdudlaşdırmaqla xərçəng xəstəliyi hallarının təxminən yarısının qarşısını almaq olar.

Ümumdünya Xərcəng Tədqiqatları Fondu (WCRF) deyir ki, insanlara anlatmaq gərəkdir ki, emal edilmiş ətlə mütəmadi qidalanmaqla onlar risqə gedirlər.

Tibb aləmində hesab edilir ki, ağ ciyər xərçəngindən sonra insanların ömrünə ən çox bais olan bağırsaq xərçəngidir.

WCRF-dan professor Martin Vayzman (Martin Wiseman) deyir ki, xərçənglə emal edilmiş ətlə qidalanmağın arasında şübhəsiz əlaqə var.

Çəkilmiş və emal edilmiş əti saxlamaq üçün, adətən, hisə verir, duzlayır, konservləşdirir və bütün bunun üçün ona müxtəlif kimyəvi konservantlar əlavə edirlər. Misal kimi, saləmi, sosilər, müxtəlif növ kolbasalar, hisə verilmiş donuz əti, hamburqeri göstərmək olar.

Dünyada hər 20 nəfərdən birində bağırsaq xərçəngi qeydə alınır, bu xəstəlikdən hər il dünyada 16 min insan vəfat edir.

Yaxşı, bəs gündə nə qədər sosis yemək olar ki, sağlamlığa zərər dəyməsin?

Buna professor Martin Vayzman belə cavab verir: "Heç neçə dənə".

WCRF sağlamlığı təhlükə altına qoymamaq üçün həftədə yarım kilodan artıq qıırmızı ət yeməməyi və emal edilmiş istənilən ətdən hazırlanan bütün məmulatlardan vaz keçməyi məsləhət görür.

bbc

Baxış sayı: 563
Açar sözlər: kolpasa mal eti 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Admin

Gözəl məkanda hər şey gözəldir, bir alma yemək qədər!

Axtarış

Sorğu

Namaz qılırsınızmı?




Açar sözlər

şəkillər  gözəl  maraqlı  imam  islam  dini  iqra  ən  sevgi  şəkil 

Sayqaç

İndi blogda: 4
Keçən ayın hiti: 33436
Dünənki hit: 979
Bugünki hit: 283
Ümumi hit: 416259

AddThis Feed Button
Add to Technorati Favorites