Reklam verin!

Dəvələr arasında gözəllik müsabiqəsi

Yazar: Admin @ Aprel 8, 2008 20:34

Dəvə

Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq dəvə gözəllik müsabiqəsi keçirilir.

Müsabiqə ölkədə keçirilən böyük festivalın bir hissəsidir. İndiyə kimi ölkədə belə bahalı və böyük tədbir keçirilməyib.

Müsabiqədə on minlərlə dəvə iştirak edir. Mükafatın dəyəri 9 milyon dollar və yüzlərlə avtomobildir.

Tədbir təşkilatçılarıınn dediyinə görə, bu, Ərəb Körfəzində ilk belə bir yarışdır. Mazayin Dhafra yaxud da Dəvələr festivalında Bəhreyn, Küveyt, Oman, Qatar və Səudiyyə Ərəbistanından olan dəvələr iştirak edəcək.

Müxtəlif yaş kateqoriyasına bölünəcək dəvələrə xüsusi münsiflər heyəti qiymət verəcək. Yarış hər bir dəvə sahibi üçün açıqdır. Amma dəvə həqiqətən də çins dəvə olmalıdır. Müsabiqə iştirakçıları sağlam və ayıbsız olmalıdırlar.

Festivala Əbu Dabi hökmdarı şeyx Məhəmməd Bin Zayed Ən-Nəhyan sponsorluq edir. Deyilənlərə görə, şeyx, ərəb mədəniyyətində əsas heyvan olan dəvəyə hörmət göstərmək, Ərəb Əmirliklərinin özlərinin milli mənliyini qorumağa kömək etməsini istəyir.

Körfəz ölkələrində dəvə qaçışları populayr idman növüdür. Lakin indi söhbət dəvə gözəlliyindən gedəcək. Bölgədə neft vəlvələsi başlamazdan çox-çox əvvəl dəvə bədavi tayfaları üçün böyük əhəmiyyət kəsb edirdi.

Səhranın gəmisi adlandırılan bu heyvan at və şahinlərlə bərabər varlılıq əlaməti hesab olunurdu. Festival təşkilatçıları səhra həyatı dəyərlərinin gələcək nəsillərə ötürüləcəyinə ümid edirlər.

Maraqlı məlumatlar | Şərhlər(1)
Baxış sayı: 159
Açar sözlər: dəvə camel 
Bookmark and Share

1
abilov yazıb:

salam

May 3, 2008 10:19


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha