Reklam verin!

PAPANIN "ETNİK MÜSƏLMANLARI" XAÇ SUYUNA SALMASI KATOLİKLƏRİN ÖZÜNÜ DƏ ŞOKA SALMIŞDIR

Yazar: Admin @ Aprel 5, 2008 21:33

Pap

Roma Papası 16-cı Benediktin pasxa gecəsi "etnik müsəlmanları" xaç suyuna salması nəinki müsəlmanları, həm də katolikləri şoka saldı. Fransadakı katolik kilsənin İslam dini ilə münasibətlər üzrə məsulu Kristof Ruku bu əlaqədə bildirmişdir: "Mən başa düşmürəm ki, axı, niyə bu şəxslər öz şəhərlərinin kilsəslərindəki keşişlər tərəfindən xaç suyuna salınmadılar"

    Papa 16-cı Benedikt, Mehdi Əllamə adlı İslam dininə böhtanlar atan və İsrail təcavüzünü müdafiə edən bir misirli Romada pasxa ibadətində xaç suyuna salmışdı. Vatikan televiziyası birinci sırasında əyləşən Əllaməni böyük formatda nümayiş etdirmişdi.

     Olacaq mərasim haqqında məlumat Vatikan tərəfindən, pasxa ibadətindən ən azı bir saat qabaq verilmişdir. Mərasimin şəkilləri camaatın diqqətini cəlb etdi və mətbuatda birinci səhifədə yer aldı.

     Müsəlman ziyalıları, hər şeydən əvvəl, misirlinin xristian olması səhnələrinin yayınlaması üçün çox təcüblənmişdilər. "Bütün bu teatr Papanın İslam üzrə bəzi müşavirlərinin məqsəd və planlarına qarşı səmimi heyrət yaradır"- deyə İordaniya krallığının İslam strateji tədqiqatlar mərkəzinin direktoru Arif Əli Hayid xristianlarla dialoqa çağıran 138 nəfər İslam aliminin adından bildirmişdir. O, Vatikanın bu hərəkətini provokasiya kimi qiymətləndirmişdir. (İslam.ru)

“Deyerler” AİN (www.deyerler.org)

Maraqlı şəkillər | Şərhlər(0)
Baxış sayı: 177
Açar sözlər: pap müsəlmanlar din islam 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha