“Şərqşünaslıq” sözü ingilis dilindəki “orientalizm” sözündən götürülmüş, şərq xalqlarınin dili və mədəniyyəti haqqında bəhs edən elmə deyilir.Hələ avropalıların “Aralıq” dənizini dünyanın orta nöqtəsi hesab etdikləri bir vaxtda, şərq dünyası bu dənizin şərqində yaşayan bütün xalqlara şamil edilirdi. Sonralar bu məfhum coğrafi sərhədləri keçib, Ərəbistan yarımadasının qərb hissəsinə və şimali Afrikaya da aid edildi, nəticədə isə ümumi şəkildə şərq-şünaslıq sözü ərəbşünaslıq və islamşünaslığa şamil oldu, hər-çənd ki, bu tədqiqatçılar şərqin özündən olsa belə, “şərqşünas” adlandılar.