Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Mart 2, 2008 14:44

  İNGİLTƏRƏ HÖKUMƏTİ POLİSLƏRİN ŞƏRİƏT DƏRSİ KEÇMƏSİ ÜÇÜN QƏRAR QƏBUL ETDİ

HİCAB-POLİS
Davamında daha ətraflı

Belə ki, polis olmaq istəyənlər üçün keçirilən tədris sisteminə, islam mədəniyyəti, şəriət və quran haqqında dərsliklər daxil ediləcək



 

 "Dunyabuilteni" saytının verdiyi məlumata görə, anqlikan kilsəsinin başpiskoposu dr. Rovan Villiamsın "müsəlmanların müraciət etmələri üçün şəriət məhkəməsinin yaradılmasının zəruri olmasını" bildirəndən sonra böyük müzakirələrin başlandığı bir zamanda, İngiltərədə yenidən bir şəriət məsələsinin tətbiqi ilə əlaqədar keniş müzakirələr başladı. İngiltərə hökuməti polislərə şəriət dərslərinin keçirilməsi haqda qərar verdi. Belə ki, polis olmaq istəyənlər üçün keçirilən tədris sisteminə, islam mədəniyyəti, şəriət və quran haqqında dərsliklər daxil ediləcək. "İngilis express" qəzetinin verdiyi məlumatda, hökumətin bu mövzu ilə bağlı olaraq 40 səhifəlik bir məlumat kitabçası hazırladığı bildirilmişdir. Qəzetdə müsahibə verən bəzi məmurlar, bu qərarı müsbət dəyərləndirərək, bu sahədə polislərin həm müsəlmanlar haqqında köklü bilgilərə həm də bəzi xurafatçılarla rahat mübarizə apara biləcəklərini qeyd etmişlər.
Qeyd edək ki, İngiltərə baş naziri Qordon Broun da bu qərarı dəstəkləmişdir.

 “Deyerler” AİN(www.deyerler.org)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com