Reklam verin!

AZƏRBAYCANDA İSLAM MALİYYƏSİ və ONUN RESPUBLİKADA PERSPEKTİVLƏRİ MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏK

Yazar: Admin @ Fevral 26, 2008 14:33

Maliyye

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) və İslam İnkişaf Bankı (İİB) 2008-ci il fevralın 27-28-də Bakı şəhərində “İslam Maliyyəsi və onun Azərbaycan Respublikasında perspektivləri” mövzusunda beynəlxalq seminar təşkil edəcəklər. Bu seminarda islam maliyyəsi və bankçılığın xüsusiyyətləri, faydaları, Azərbaycanda tətbiqi imkanları və perspektivləri müzakirə olunacaqdır.

      Tədbirdə İİB-nin eksperti Dr. Ausaf Əhməd, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin və Milli Bankın nümayəndələri, deputatlar, iqtisadçı-ekspertlər, bank mütəxəssisləri və iş adamlarının iştirakı nəzərdə tutulmuşdur.

 

Tədbir 27-28 fevral  2008-ci  il tarixində saat 9:40-dan -13:00-dək

“İrşad” otelinin iclas zalında keçiriləcək.

Xahiş edirik iştirakınızı təsdiq edəsiniz.

Əlaqələndirici şəxs Selcan Qurbanova. Tel/faks:  430 01 00, 430 57 57

office@marketing.az

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 92
Açar sözlər: islam maliyye bank işi 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha