Reklam verin!

Bakıda iki "Ay" olacaq

Yazar: Admin @ Fevral 23, 2008 14:36

BINA

Bakıda "Bədirlənmiş Ay Körfəzi" və "Aypara Sarayı" adlı iki göydələn inşa ediləcək. Cənubi Koreyanın "Heerim Architecs" şirkəti dünyada ilk dəfə olaraq çoxmərtəbəli bina tikintisi konsepsiyasını və belə tikililərin memarlıq üslubunu dəyişərək paytaxtımızda analoqu olmayan kompleks inşa etmək niyyəitindədir.
Şəhərin Şərqə mənsub olduğunu vurğulamaq üçün "Bədirlənmiş Ay Körfəzi" (Full Moone Bay) və "Aypara" sarayının da yer alacağı "Kaspi Plyus" (Caspian Plus) kompleksləri Bakı buxtasının qərb və şərq künclərində inşa ediləcək.
Layihənin maraqlı cəhəti odur ki, indiyədək yalnız Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilən inşaat texnologiyası Bakıda təkrarlanacaq. Belə ki, Dubaydan sonra Bakı, dəniz sahilində göydələnin inşası üçün süni ada yaradılacaq ikinci şəhər olacaq.
"Ay" binaları Bakı buxtasına girişdə yaradılacaq və qonşu olacaq iki adada tikiləcək.
"Bədirlənmiş Ay Körfəzi" faktiki olaraq yumru disk və yuxarı künclərindən birində dəlikli binadır. Ecazkar memarlıq həlli sayəsində binanın görünüşü ona hansı tərəfdən baxıldığından asılı olaraq dəyişəcək. Məsələn, şimaldan baxılanda bina parlaq şüşə göydələn, şərqdən yastı və yuxarı küncü dəlik dairə, qərbdən - üçkünclü hündür bina, cənubdan isə bədirlənmiş aya oxşayacaq.

express

Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 93
Açar sözlər: gözel bina ay 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha