Fevral 20, 2008 22:14
SEVGİNİN FƏLSƏFƏSİ

Və ya Şərqdən də, Qərbdən də uca...
Günümüzün ümman məlumat dünyasında, təbii ki, istədiyin mövzuların heç də hamısını izləyə bilmirsən. Amma bir sıra yazarlar var ki, onların yazılarını izləmək çox maraqlı olur və imkan daxilində bunu etməyə çalışıram. Hörmətli jurnalist Şahvələd Çobanoğlu məhz belə yazarlardandır. Onun proses və fenomenlərə qeyri-standart və düşüncəli yanaşması xoş təəssürat yaradır və marağa səbəb olur. Hörmətli Şahvələd bəyin “Şərqin sevgi dərsi” yazısındakı tezislərlə tanış oldum. İlk olaraq, bəndeyi-həqirin fikrinə belə fəlsəfi yanaşdığına görə təşəkkürlə yanaşı, bu mövzu ətrafında bəzi tezislərimin təfsilatı ilə bölüşməyi faydalı bildim.
“Valentin günü” ətrafında gedən mübahisələr, əslində dəyərlər ətrafında bir fikir savaşıdır. Çox təəssüflər olsun ki, Qərbin demokratiya, texnoloji inkişaf, insan haqları, azad seçki, ictimai fəallıq və bu kimi mütərəqqi mövzularının varidatındansa, əslində mahiyyətində və fəlsəfəsində gerçək ülvi hisslər durmayan bir çox anlaşılmaz və beşinci-onuncu dərəcəli mövzular idxal olunur ki, bu da nəinki mütərəqqi dəyişikliklərə səbəb olmur, əksinə, öz surroqat mahiyyətinə görə həqiqi dəyişiklər üçün hazır olan qəlibləri tutur və qəbuli-tərəqqi prosesini əngəlləyir. Bunların arasında görkəmli yeri bayram və digər təqvim tipli brendlər tutur. Bu təkcə bayram, ailə, insani münasibətlər müstəvisində yanlış və qeyri-konstruktiv ab-havanın yaranmasına səbəb olmur və bununla kifayətlənmir. Əslində söhbət, Qərbin modernitə dövründə kifayət qədər zinhara gəldiyi və nəticədə ekzistensional-vücudi böhran yaşadıqlı bir durumun, bilərəkdən, ya bilməyərəkdən “kanalizasiya borusu” ilə ötürülməsindən gedir.
Təbii ki, sevginin milli və ya qeyri-millisi olmur, amma onun da İlahi və şeytani olmasını kimsə inkar edə bilməz. Və söhbət heç kimlərinsə bu və ya digər bayramı keçirib-keçirməməsindən də getmir. Söhbət, dünən “sovetləşmə” adı ilə bir yabançı “mədəniyyətin”, bu gün “qərbləşmə” adı ilə bir başqa yad “mədəniyyətin” sırınmasından gedir.
Sevginin, eşqin kökündə kamala doğru yönəlişlə bağlı insanın bir fitri hissi durur. Olur ki, bu kamalların zahiri nümunələri, misdaqları fərqlənir. Lakin əslində məhz kamal kriterilərinə görə, insanların sevgi və eşq cəhətləri müəyyənləşir. Dəqiq formulə etsək, kimi sevdiyini de, kimin eşqindən yandığını söylə, sənin kim olduğunu və kamal sisteminin nədən ibarət olduğunu söyləyim.
Əslində bu mənada sevgi və eşq insanları daima hərəkətə gətirən bir haldır. Bu kamal koordinatına görə, kimisi yalnız zahirlə sevir, kimisi isə batinlə zahirin harmonik tamlığına görə sevir. Kimisi nəfsinin qulu olmasını sevgi və eşq adlandırır, kimisi nuraniyyət təcəllisi olan bir ilahi rəhmət olaraq sevir və aşiq olur. Kimisi əldə etmək üçün və müvəqqəti nəfsani ödəniş üçün sevir, kimisi sevgidə vücudi bir tamlıq və harmonik bir qovuşmadan vəcd halınadək yüksəlir.
Burada sevgi ilə bağlı qısa qeydlərimi etdikdən sonra bir daha vurğulamaq istərdim ki, mənim üçün şərqli və ya qərbli anlamı yoxdur. Mənim üçün - İNSAN anlamı var. Mənim üçün vahid fitrətə malik olan İNSAN var. Mənim üçün bu fitrətdən qaynaqlanan mübarək nemət - kamala doğru yönəliş var. Mənim üçün kamallar koordinatının ən ali zirvəsi - Uca Allah var. Zatən hər bir varlığın kamal mənbəyi olan Uca Allah...
Daima kamala yönələn insan bu koordinat sistemindən qəflətdə olduqda, bu kamalların nümunələrini süni kamallarla səhv salır. Ən aliyə yox, ən şiddətliyə yox, ən davamlıya yox, gerçəkdə müvəqqətisinə aludə olur. Süni qüdrətlərin, süni zahiriyyətlərin aludəçisinə çevrilir insan. Amma bu duyğuları həqiqətdə ödənmir. Zatən ödənə də bilməz. Sonsuzluğa can atan bu kamala doğru yönəliş məhdudu ilə, müvəqqətisi ilə, natamamı ilə necə ödənə bilər ki?! Ödənəməz təşnəliyi...
Əksinə - vurnuxaraq, sona qədər süni əvəzləyicilərin torunda olaraq, öz dəyərini anlamaz və ziyana tam uğramış bir halda tərk edər bu dünyanı. Amma gerçək kamalı tanıyan və ona yönələn insanın sevgisi - kamillik yolçusunun sevgisi, eşqi sonsuza qovuşduran bir sevgi, ülvi bir sevgidir. Bu sevgi zati mayasında ən yüksək kamala ittisaldadır və bağlantıdadır.
Söylədiklərimin nə şərqliliyə, nə qərbliliyə aidiyyəti var. Söylədiyimin insana aidiyyəti var. Amma bu da bir gerçək həqiqətdir ki, sevginin cövhəri olan irfani-təsəffüv duyğusu Şərqdə heç də Qərbdən az cilalanmayıb. Və bu mənada söylənilib ki, Qərbdən dəxi sevgi varidatına əsla luzum yox...
Dərs demək də bu mənada ki, bu gün dünya irfani-təsəffüvü Şərqdən öyrənir. Bir Mövlanə misalı burada yetər...
Zatən burada sonu görünməyən dialoqa da başlamağı mənasız görürəm. Şərqi və Qərbi kim təmsil etməli: Şərq və ya Qərb diktatorları, ya Şərq və Qərb namuslu insanı... Şərqin ya Qərbin eybəcərləri, ya Şərqin ya Qərbin namusluları...
Zatən mənim üçün insan var...O insan ki, hər yerdə özü olaraq qalır və qalacaq... Məhz insan...
İnsan olmayanda, hörmətli Şahvələd bəyin ibarəsincə desək, nə “Şərqibaycan”ımızda, nə “Qərbibaycan”ımızda sevgi dəyər olacaq. Necə ki, “Səddam Əbu-Qureyb”ində olduğu kimi, “Buş Əbu-Qureyb”ində də sevgi dəyər olmadı...
İnsan olanda isə harada olması o qədər də önəmli deyil.. Yetər ki, insan olsun...
***
Bir neçə kəlmə də AZADLIQ haqqında...
Əslində azadlıq “hüdudsuzluq” demək deyil, nəfsdən, stereotiplərdən, doqmalardan, komplekslərdən AZAD olmaqdır... Və əfsuslar ki, bu baxımdan nə qoca Şərqin, nə də qoca Qərbin öyünmək üçün xüsusi durumu yoxdur.
Bu mənada da gerçək Azad İnsan harada olsa, kimə istəsə öz yaşayışı ilə dərs deyər və deyir də...
Məhz Azad İnsan - şərqlilikdən də, qərblilikdən də üstün olan!

Hacı İlqar İBRAHİMOĞLU
/Yeni Musavat/
/Yeni Musavat/