Reklam verin!

MƏHƏMMƏD PEYĞƏMBƏRƏ(S) QARŞI HƏQARƏT DANİMARKANI QARIŞDIRDI

Yazar: Admin @ Fevral 18, 2008 12:09

qarşıdurma

Ölkənin eyni vaxtda bir neçə şəhərində çaxnaşmalar başlayıb 


Danimarkada İslam peyğəmbərinə qarşı təhqiredici karikaturaların bəzi qəzetlərdə təkrar dərci ölkədə güclü çaxnaşmalara səbəb olub. Paytaxt Kopenhagendə və başqa yaşayış məntəqələrində müsəlmanlardan ibarət mühacirlər iki gündür küçələrə çıxaraq avtomobillərə, zibil yeşiklərinə və dükanlara od vurur. Polisin onlara müdaxiləsi nəticəsində qarşıdurma yaranıb, aksiya iştirakçıları polisə yandırıcı maye dolu şüşələr və daşla hücum ediblər. 50-dən çox adamın həbs edildiyi bildirilir. Ötən gecə müsəlmanlar Kopenhagendə məktəb binasına da od vurublar.
Çaxnaşmaların karikaturaları dərc edən Hollandiyaya keçməsi də istisna deyil. Məhəmməd Peyğəmbəri (s) təhqir edən karikaturlar Danimarka qəzetlərində bir neçə gün əvvəl bu karikaturaların müəllifi olan rəssama qarşı sui-qəsd planlarının üstünün açılmasından sonra dərc edilib. Qəzetlər bu təxribatçı addımı rəssamla həmrəylik üçün atdıqlarını elan ediblər. Lakin bu, ölkədə yaşayan müsəlmanların güclü etirazlarına səbəb olub. Xatırladaq ki, sözügedən rəssamın çəkdiyi şəkillər 2005-ci ildə bir çox müsəlman ölkələrində ciddi etirazlara səbəb olmuşdu. O vaxt “əl-Qaidə” rəssamın barəsində ölüm hökmü çıxarıb və onun başına mükafat təyin edib.
Danimarkanın son addımı ilə bağlı İran bu ölkədən rəsmən üzr istəməyi tələb edib. Lakin BBC-nin məlumatına görə, Danimarka üzr istəməkdən imtina edib və ölkə parlamentinin üzvlərinin Tehrana səfəri təxirə salınıb. Bundan əvvəl Danimarka parlamneti öz nümayəndə heyətini İrana göndərərək karikaturaların təkrar dərcini pislədiyini Tehrana çatdırmaq istəyirdi. Deputatların səfərinin təxirə salınmasını Danimarkanın xarici işlər naziri də müdafiə edib. “Təkcə biz üzr istəməli deyilik. Əgər kimsə söz azadlığının olmamasına, insan haqlarının pozulmasına və demokratiyanın olmamasına görə üzr istəməlidirsə, bu, elə İranın özü olmalıdır”-deyə iqtidarda olan Sosialist Partiyasının lideri Villi Sovndal bildirib.
Bildirilir ki, 10 danimarkalı deputatın səfəri fevralın 18-dən başlanmalıydı. Fevralın 15-də isə İran parlamenti Danimarkanın qanunverici orqanına məktub göndərərək, karikaturanı yenidən dərc etmiş 17 qəzetə görə üzrxahlıq çağırışı edib. İranın parlament üzvlərinin fikrincə, üzrxahlıq İran əhalisini inandıra bilər ki, danimarkalı deputatlar İslam dininə qara yaxılmasının iştirakçısı deyillər.

Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 94
Açar sözlər: qarşıdurma karikatura islam peyğəmbəri 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha