Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Fevral 16, 2008 12:46

  MÜSƏLMAN UŞAQLARI BAŞQALARINDAN YAXŞI OXUYURLAR

müsəlman uşaqlar

34 müsəlman məktəbində imtahan verən 11 yaşlı şagirdlərin 85%-i özlərinin Britaniyanın adi məktəblərində oxuyan həmyaşıdlarından 3% daha yüksək qiymət almışlar



 

    Keçən təhsil ilinin nəticələrinə görə də, Böyük Britaniyanın müsəlman ibtidai məktəblərində təhsil alan uşaqlar, adi məktəblərdə oxuyan öz həmyaşıdlarından daha yüksək müvəffəqiyyət səviyyəsi nümayiş etdirməkdə davam etmişlər.

    Belə ki, «IRNA» agentliyinə istinad edən «İslam.ru» saytının verdiyi xəbərə görə, bu barədə məlumatı Britaniyanın uşaqlar, məktəb və ailə məsələləri üzrə Departamenti bildirmişdir. Departamentin bildirdiyinə görə, 34 müsəlman məktəbində imtahan verən 11 yaşlı şagirdlərin 85%-i özlərinin Britaniyanın adi məktəblərində oxuyan həmyaşıdlarından 3% daha yüksək qiymət almışlar.

    «Muslim News» agentliyinin redaktoru Əhməd Versi müəyyən etmişdir ki, müsəlman uşaqları «kifayət qədər tədris ləvazimatı ehtiyatının və dövlət dəstəyinin olmamasına baxmayaraq» ingilis dilindən, riyaziyyatdan və təbiət elmlərindən yüksək bilik səviyyəsi nümayiş etdirmişlər. «…Və əgər müsəlman məktəbləri dövlət dəstəyinin himayəsində olsaydılar, onda bu göstəricilər daha da yüksək ola bilərdi», - deyə Ə.Versi qeyd etmişdir.

    Beləliklə, müsəlman məktəblilərinin aldıqları orta qiymətlər Britaniya məktəbləri üzrə olan orta qiymət səviyyəsindən ingilis dili predmeti üzrə – 6%, riyaziyyat üzrə – 13%, təbiət elmləri üzrə – 4% yüksək olmuşdur.

    Qeyd etmək lazımdır ki, 2007-ci ildə müsəlman məktəblərində 726 nəfər uşaq imtahan verirdi ki, bu da əvvəlki illərdən çoxdur. Belə ki, 2006-cı ildə müsəlman məktəblərində imtahan verən uşaqların sayı 2007-ci ildəkindən 134 nəfər az, 2005-ci ildə isə 239 nəfər az olmuşdur.

    MEHDİ ZÜLFÜQARLI
    «Dəyərlər»

1
Gunel yazıb:

Mehemmed peyqemberin gozel kelamlarindan biri de "oxumaq oxumaq yene de oxumaq"olmushdur.duzdir Ruslar bu kelami da ozunkuleshdirmek isteyerek Leninin adina cixartmishlar ancaq Alllaha shukur ki alinmadi. Allah butun insanlara zehin aciqliqi versin,butun insanlar pis emellerden uzaq dursun.Belke ziyali kutle ne qeder cox olsa insanlar bir o qeder bir birinin qanini tokmekden vaz kecerler.Allah butun ushaqlara tehsil almaqi qismet elesin cunki onlar bizim geleceyimiz ishiqli dunyamizdir eger tehsil almasalar bizler qaranliq dunyaya qerq olariq Allah qorusun.

Fevral 21, 2008 10:48

2
Admin yazıb:

Amin!

Fevral 21, 2008 15:06

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com