Reklam verin!

İmam Hüseyni (ƏS) yad etmək nə üçün vacibdir?

Yazar: Admin @ Fevral 11, 2008 14:26

İmam Hüseyn

İmam Hüseyn şəxsiyyəti barədə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir

Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənmirik? Əvvəldə göstərdiyimiz ümumi sualın təhlilindən qarşıya çıxan ikinci məsələ budur ki, Aşura hadisəsini yad etmək heç də yalnız sinə vurub ağlamaq, şəhəri, məscidləri qara örtüyə bürümək, əzadarlıq etmək və bütün işləri buraxıb səhərdən axşama qədər mərasimlərdə iştirak etməkdən ibarət deyil. Bunun nəticəsi bir çox işlərə, xüsusilə də iqtisadi sahəyə zərər vurur.

Halbuki bu mərasimləri digər şəkildə də təşkil etmək olar. Bu mərasimlərin kütləvi şəkildə keçirildiyi ölkələrdə xalqın əksəriyyəti müvəqqəti olsa da, iqtisadi və maddi məsələlərlə az maraqlanır və bu tədbirlərə daha artıq diqqət yetirir. Belə bir halda insanlar bu hadisəni iqtisadi, maddi zərər və mənafelər baxımından araşdırıb qiymətləndirirlər. Mümkündür ki, hələ kifayət qədər dini anlayışı və məlumatı olmayan bir yeniyetmə belə fikirləşsin:

Bu kimi mərasimlər iqtisadiyyata və maddiyyata zərər vurur, istehsal azalır, vaxt itirilir. Gecələri sübhə qədər əzadarlıqla məşğul olduqda isə səhəri gün iş görməyə qüvvə qalmır. Ardıcıl olaraq iki ay bu hadisənin anılması cəmiyyətin iş rejimində fasilələr yaradır, ümumi göstəricilərin faizi aşağı enir. Halbuki Məhərrəmliyin xatirəsini başqa yollarla da yad etmək olar. Məsələn, bu məqsədlə elmi yığıncaqlar, dəyirmi masalar, yubiley və seminarlar da təşkil etmək olar.

Əzadarlıq etmək təkcə ağlayıb-sızlamaq, baş-gözünə döyməkdən ibarətdirmi? Bir toplantı kifayət etmirsə, bir neçə yığıncaq təşkil olunsun, konfranslar keçirilsin. Məgər hər hansı bir hadisənin yad edilməsi üçün hökmən camaat başına-sinəsinə vurmalı, özünə əziyyət verməlidir?Aşura hadisəsi və İmam Hüseyn əleyhissəlamın xatirəsinin yad edilməsinin faydalı olduğunu, cəmiyyətimizə müsbət təsirini qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər məhz bu şəkildə keçirilməlidir?

Bu sualın cavabı birinci sualdan daha çətindir. Cavab budur ki, əlbəttə, şəhidlər sərvəri İmam Hüseyn əleyhissəlamın şəxsiyyəti barədə belə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu kimi yığıncaqlar indi də keçirilir; o həzrətin adı ilə bağlı müxtəlif səviyyəli elmi söhbətlər olunur, tədqiqatlar aparılır və xalq da bunların nəticələrindən istifadə edir. Bu kimi fəaliyyətlərin davam etdirilməsi lazımlı bir işdir.

Amma Aşura hadisəsindən yetərincə faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də görülməlidir? Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji nöqteyi-nəzərdən diqqət yetirməli, onların şüurlu rəftarlarına təsir edən amillərin yalnız dərketmə, yoxsa ictimai davranışlardan ibarət olmasını araşdırmalıyıq. Bir qədər diqqət etsək görərik ki, bizim rəftar və davranışlarımızda daha çox iki növ təsiredici amil mühüm rol oynayır.

Birincisi, dərketmə amili olub, insana müəyyən mövzunun başa düşülüb qəbul edilməsində kömək edir. Təbii ki, nəzərdə tutulan mətləbin elmin hansı sahəsinə aid olmasından asılı olaraq, ona uyğun əqli, təcrübi dəlillər və ya digər yollardan istifadə edəcəyik. Şübhəsiz, dərketmənin bizim davranışlarımızda böyük təsiri vardır. Amma etiraf etmək lazımdır ki, bu üsul yeganə təsirgöstərici amil deyildir. Rəftar və davranışımızda dərketmə amilindən daha çox təsirli olan digər amillər də mövcuddur.

Belə amilləri ümumilikdə təhrikedici hisslər, başqa sözlə desək, duyğu hissləri, meyillilik, qəlbi yönəlmə və ya instinkt adlandırırlar; bunlar daxili, psixoloji amillər olub, davranışlarımıza əsaslı təsir göstərən məsələlərdəndir. Fərdi və ya ictimai olmasından asılı olmayaraq, gündəlik rəftar və davranışlarımıza diqqət yetirsək görərik ki, təsirinə daha çox məruz qaldığımız amillər əsas etibarı ilə təhrikedici amillərdir.

Əvvəla, hər hansı bir işi görmək üçün insanın daxilində həmin işə qarşı maraq, şövq və həvəs olmalıdır. İkincisi, həmin işin yerinə yetirilməsi üçün qarşıya məqsəd qoyulmalıdır. “Bu işin faydası nədir?”, “Necə görülməlidir?” və bu qəbildən olan digər səbəblər dərketmə amilləridir. Bu amillər təcrübə yolu ilə və ya məntiqi dəlillərlə diqqətlə araşdırılıb öyrənilməlidir. Amma hər hansı bir işin icra edilməsi üçün təkcə məqsədin və təsiredici amillərin bəlli olması kifayət etmir./İSTİOT/

İslam | Şərhlər(0)
Baxış sayı: 117
Açar sözlər: imam hüseyn aşura əzadarlıq 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha