Fevral 7, 2008 14:30
Türkiyədə tələbə qızlara hicab qadağası götürüldü

Türkiyə Böyük Millət Məclisinin 404 üzvü bu barədə Konstitusiya düzəlişinə səs verib
Türkiyə Böyük Millət Məclisi (TBMM) qadınların ali məktəblərdə hicab örtməsinə izacə verən Konstitusiya düzəlişini qəbul edib. Ölkədə ciddi mübahisələrə və müzakirələrə səbəb olmuş bu düzəlişin lehinə 404 millət vəkili səs verib. TBMM üzvlərindən 92-i isə qərara qarşı çıxıb.
Konstitusiya düzəlişində deyilir ki, hamının təhsil almaq hüququ var və bu hüququn həyata keçirilməsində heç kəsə qadağa qoyula bilməz. Bu, həm də o deməkdir ki, hicab örtən qadınlar ali məktəblərdə heç bir diskriminasiyaya məruz qala bilməz. Səsvermənin ikinci turunun şənbə günü keçirilməsi planlaşdırılır. Həmin gün hakim Ədalət və İnkişaf Partiyası ilə dünyəvi müxalifətçilər düzəlişlərin bir sıra detalları ilə bağlı razılığa gəlməlidirlər. /ANSPRESS/

Qardaş Türkiyə Dövlətində başörtüsü yasağının aradan qaldırılması bütün dünyadakı müsəlman qızlarının bu yasaqdan azad olması kimi qəbul olunur.Mən buna ancaq belə şərh verə bilirəm.
Mart 22, 2008 19:19