Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Fevral 4, 2008 20:08

  Ötən il Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 750 dini ədəbiyyata baxış keçirilib

Kitab

2007-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 750 adda dini ədəbiyyata baxış keçirilib. Dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 140 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. APA-nın xəbərinə görə, bu barədə DQİDK-də 2007-ci ilin yekunlarına həsr olunan müşavirdə məlumat verilib. Komitə sədri Hidayət Orucov son bir ildə əsas fəaliyyət istiqamətlərindən biri kimi aparılan maarifləndirmə işini yüksək qiymətləndirib: “Dini təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə ali dini təhsil müəssisələri ilə əməkdaşlığa başlanılıb, mövcud problemlər müzakirə olunub və müvafiq tövsiyələr verilib. Eyni zamanda ölkədə ali dini təhsilli mütəxəssislərin məlumat bankının zənginləşdirilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilib, ilahiyyatçı mütəxəssislərin, dinşünasların əməkdaşlığa cəlb olunmasına diqqət artırılıb və onların iştirakı ilə birgə tədbirlərin keçirilməsi istiqamətində təkliflər hazırlanıb”. /APA/


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com