Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Dekabr 30, 2007 20:40

  HİCABA TƏHLÜKƏ SOVUŞDUMU?

HicabXəbər verildiyi kimi, parlamentdə “Təhsil haqqında” yeni qanunun müzakirəsi gözlənildiyindən də gərgin keçib və layihə birinci oxunuşda qəbul edilib. Milli Məclis (MM) rəhbərliyi hicaba qadağa ilə bağlı müddəanın sənəddən çıxarılacağını bildirsə də, cəmiyyətdə bu yöndə şühbələr var.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu qəzetimizə açıqlamasında bildirdi ki, məsələ həllini tapıb və inanclı xanımlara hicabla bağlı problem yaradılmayacaq: “Parlamentdəki müzakirlər zamanı spiker Oktay Əsədov həmin müddəanın sənəddən çıxarıldığını söylədi. Hətta o, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyevə deputatları məlumatlandırmadığı üçün irad tutdu”.


İ.İbrahimoğlu Bakı şəhərində dini geyimlərin və əşyaların satışını həyata keçirən dükanların bağlanması ilə bağlı mətbuatda yer alan xəbərlərə də münasibətini açıqladı: “Belə hallar baş verdikdə insanlar müvafiq müdafiə tədbirləri görməlidirlər. Dini etiqadına görə kimlərinsə fəaliyyəti məhdudlaşdırılırsa, həmin şəxslər insan haqları təşkilatlarına müraciət edə bilərlər. Biz bu məsələdə onların müdafiəsində dayanmağa hazırıq”.


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com