Dekabr 27, 2007 20:49
HİCAB TAXMAQ HƏR KƏSİN FƏRDİ SEÇİMİDİR
“Hicab taxmaq və ya taxmamaq hər kəsin fərdi seçimidir”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Təhsil haqqında” qanun layihəsində təhsil müəssisələrinə müəllim və şagirdlərin hicabla gəlməsinə qadağa qoyulmasına münasibət bildirərkən deyib.
O, Konstitusiyaya əsasən dinindən və irqindən asılı olmayaraq hər ölkə vətəndaşının təhsil almaq hüququnun olduğunu xatırladıb: “Bu məsələyə görə hansısa şəxsin təhsil hüquqlarını məhdudlaşdırmaq düzgün deyil. Bir qadın kimi hesab edirəm ki, Allaha inanan insan bununla əlaqədar heç bir ifadə və açıqlama verməməlidir.
Bu hisslər insanın daxilindən gəlir. İnamı olan insan yaşayış tərzi seçməkdə sərbəstdir və bu, onun fərdi seçimidir”. /APA/
