Dekabr 15, 2007 11:29
Ən yaxşılar məlum oldu
Azərbaycan Güləş Federasiyası daxili yığıncağında 2007-ci ilin ən yaxşılarını müəyyənləşdirib. Afina olimpiadasının və Bakıda keçirilən sonuncu dünya çempionatının qalibi Fərid Mansurov ən yaxşı Yunan-Roma güləşçisi, yeniyetmələr arasında Avropa çempionatının qızıl, gənclərin dünya birinciliyinin bürünc mükafatçısı Cəbrayıl Həsənov isə ən yaxşı sərbəst güləşçi seçilib. Qadınlardan ibarət sərbəst güləş üzrə milli komandanın üzvü, dünya çempionatında Pekin Olimpiadasına vəsiqə qazanan Olesya Zamula ən yaxşı qadın güləşçi kimi fərqləndirilib. 2007-ci ildə Azərbaycanın ən yaxşı məşqçisi adını Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Elçin Cəfərov qazanıb.
Beynəlxalq dərəcəli referi Qərib Əliyev isə ən yaxşı hakim seçilib.
zaman
