Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Dekabr 12, 2007 19:42

  Allahın gözəl adları

Allahın gözəl adlarıAllah bütün bəndələrinin gizlicə ona etdiyi duaları eşidir və onları həyata keçirir

Əl-Muzill - Ya Muzill! Sənə boyun əyməm ən böyük sevincimdir! Sənin qapına gəlməyən sonsuz çarəsizliklər içindədir. Sənə möhtac olmam ən böyük şərəfimdir, cavabsız buraxma məni!
Zillətə salan mənasında işlədilir.
(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir! (Tövbə surəsi, 2)
Zillət, çarəsizlik Allahı inkar edənlərin düşdüyü dünya əzabının bir parçasıdır. Həyatlarını süni, yalnız başqalarına paxıllıq və acıq verərək yaşamaq insanlara verilən ən böyük əzabdır.
Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər! (Əz-Zumər, 26)
Həmin insanların həyatlarında ən böyük hədəfi başqa insanlar tərəfindən təqdir olunmaq, təriflənməkdir. Bu səbəbdən həyatlarını Allahı tərifləməklə deyil, özlərinə tərif toplamaqla yaşayırlar. Həmin insanları Cəhənnəmdə böyük əzab gözləyir.
(O gün) bir çox üzlər zəlil görkəm alacaq (Əl-Ğaşiyə, 2)



Əs-Səmii' - Ya Səmi! Yarına hər şey bəlli olan birinə yarın danışmağa nə ehtiyac var?! Fəryadım eşidilir açıq-aşkar, dilə gətirməyə nə ehtiyac var?! Dil avara, dodaq biçarə, paralanmağa nə ehtiyac var?
Eşidən mənasını verir.
İnsana şah damarından daha yaxın olan Allah hər şeyi gördüyü kimi də eşidəndir. Allah kainatdakı hər şeyi eşidir. Ucsuz-bucaqsız kosmosda böyük bir sürətlə hərəkət edən qalaktikaların, planetlərin, göy daşlarının səsini eşitdiyi kimi mikroaləmdə yaşayan və insanların görə bilmədiyi milyardlarla canlının da səsini eşidir. Çünki bütün onların Yaradanıdır.
(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: “Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!” (Əl-Ənbiya, 4)
Allah bütün bəndələrinin gizlicə Ona etdiyi duaları eşidir və onları həyata keçirir. Amma insanlara ən xeyirli olanları bəxş edir.
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. (Bəqərə surəsi, 286)

Əl-Basir - Ya Basir! Korluğuma koram, gördüyümə belə koram, göstərdiklərinə belə koram, vəd etdiyin cənnətinə belə koram. Sənin görmənlə görər bütün gözlər, aç gözlərimi!
Əla görən deməkdir.
İnsan bəzən, əsasən də tək qalanda, gizli bir iş görəndə, gizlənəndə onu heç kimin görmədiyini düşünür. Ona elə gəlir ki, istədiklərini edə bilər və bunu heç kim görməyəcək. Amma bu səhvdir. Çünki insanın unutduğu bir gerçək var? Allah hər şeyi görür. Tanrı insanın olduğu otağı, yaşadığı evi, evin yerləşdiyi şəhəri, şəhərin məxsus olduğu ölkəni, kainatı - hər şeyi görür.
Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! (Bəqərə surəsi, 110)

Əl-Hakəm - Ya Hakəm! Sən, varlıq ağacını köklərindən çıxarıb, qaranlıqdan vücuda gətirənsən. Sən bu qəlbimi bir nütfə kimi rəhmətinin rəhmində bəsləyib böyüdənsən, qəlbimə dəyən sızıntıları incə-incə söz eylə, yanaqlarıma dəyən göz yaşlarımı damla-damla rəhmət eylə, dodağıma dəyən hecələri dəstə-dəstə dua eylə!
Hökm edən, haqq-ədaləti bərqərar edən deməkdir.
Allah insanları yaradaraq pis və yaxşıları ayırd etmək üçün imtahan yeri olan dünyaya yerləşdirib. Onlara düzgün yolu göstərmək üçün isə Qurani-Kərimi göndərmişdir. Quran insanların qarşılaşdığı hər bir hadisədə çıxış yolu tapmaq və düzgün yola çatmaq üçün göndərilən yeganə mənbədir. Çünki Quran Allahın hökmlərini göstərən yeganə haqq kitabıdır.
Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! (Əl-Bəqərə surəsi, 114)

Əl-Ədl - Ya Ədl! Sənsən zülmə uğrayanların dayanacağı, Sənsən həzin qəlblərin sığınacağı, Sənin ədalətindir sığındığım, Sənin mizanındır güvəndiyim, nəfsimə zülm etməkdən qoru məni, ədalətinə razı eylə nəfsimi, əyrilməkdən qoru qəlbimi, rizana görə ölçüləndir məni, mizanında gözəl et aqibətimi, asand et sorğu-sualımı, hesab vermə incəliyi ilə yaşat məni, zülm etməkdən uzaq et məni, zülmə uğramaqdan qoru məni!
Adil olan, ədalətli əmr verən deməkdir.
Allah hökm verənlərin ən ədalətlisidir. Hər şeyi görən, eşidən və xəbərdar olan Allahın bütün işləri hikmətli və ədalətlidir. İnsanların həyatları boyu elədikləri mütləq dəyərləndiriləcəkdir. Zülm edənlərin zülmü, əlbəttə, qarşılıqsız qalmayacaq, insana bir tək gözəl sözünə görə belə mükafat veriləcək. Bütün bunların ən ədalətli qərarı axirət dünyasında veriləcək.
Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Əl-Maidə, 8)/İstiot/

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com