Qurban bayramı münasibətilə əfv fərmanı imzalanacağı gözlənilir
Bu ilin dekabr ayında Azərbaycan prezidentinin əfv fərmanı imzalayacağı gözlənilir. Bunu Ahüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, fərmanın müqəddəs Qurban bayramı münasibətilə imzalanacağı gözlənilir.
O deyib ki, hüquq müdafiəçilərinin və hakimiyyət nümayəndələrinin təmsil olunduğu İnsan Haqları üzrə İşçi Qrupun dekabrın 4-də keçiriləcək iclasında da əsas müzakirə gözlənilən əfv fərmanı ilə bağlı olacaq: “Əvvəllər İşçi Qrupun bir neçə toplantısı əfv fərmanı veriləndən sonra keçirilib. Qrupda təmsil olunan hüquq müdafiəçiləri buna etiraz etdikləri üçün bu dəfə iclasın əfv fərmanı imzalanması ərəfəsində keçirilməsi barədə qərar qəbul olunub”.
. Qənizadə onu da deyib ki, fərmanın 10-a yaxın xəstə məhbusa, cəzalarının böyük hissəsini çəkən şəxslərə şamil olunacağı da realdır: “Bu əfv fərmanında həbsdəki jurnalistlərin də adının olmasını və Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında Azərbaycan üçün problemlər yaranmamasını arzulayırıq”.
Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət Həsənova isə APA-ya açıqlamasında komissiyanın quruma fasiləsiz daxil olan müraciətlərlə bağlı müzakirələri davam etdirdiyini deyib: Əfv fərmanı imzalamaq isə cənab prezidentin müstəsna səlahiyyətidir”.
