Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Dekabr 31, 2007 23:06

  Müvəqqəti nikah- Siğə

NikahMən bəzi saytlarda (bloglarda) bu haqda bir yazı gördüm. yadıma ayrı bir forumda rastlaşdığım yazı düşdü və onu sizlərə təqdim etmək istədim:

 Aqil :
Zina hər bir halda günahdır. Allah zinakar şəxsi asanlqıla bağışlamır.

Dərviş müəllim, əgər siz mənim yazdığım ismarışa diqqət yetirsəniz müvəqəti nikahın zina ilə əsaslı fərqlərinə işarə etdiyimi görərsiniz. Əgər siz bir əsaslı fərq görmürsünüzsə bu haqda fikir mübadiləsi apara bilərik. Və sonra Quranın və sünnənin bu haqda nəzərinə diqqət yetirəcək və məsələni daha da ətraflı şəkildə araşdırmağa çalışarıq.
Dervish: Aqil qardashim evvela salam . Bildiyimiz kimi Allah terefinden bashar ovladina 4 kitab gonderilib . Ve bu kitablar hansisa manafea qulluq maqsadile deyishdirilib , elaveler edilib . Allaha min shukurer olsun ki muqaddas kitabimiz orijinal shekilde oldugu kimi bize gelib chatib . Va man Quranda sige ile bagli hech bir melumata rast gelmemishem . Sigenin yaranma tarixine nezar salsaq islamin bir qolu olan shie teriqetinin yaranmasi ile eyni vaxta dushur . Demali bu " qanun " hansisa dini onderin ortaya atdigi bir fikirdir . Teesufler olsun ki bazi islam olkelerinde Kelimeyi shehadetimze de elavelar edilib . Bu ise bizim islami savadsizligimizdan ireli gelir .
Islamda choxarvadliliqla bagli bir qanun var amma muveqqeti " nigah " barede hech bir shey yoxdur . Siganin "qanunlarina " gore zovce erinin talagindan sonra bashqa birisiyle siga etdikden sonra erine yeniden geri done biler . Bunun ise na qadar dogru olub olmadigina san ozun qerar ver . Manim fikrime gelince yena deyirem bu islama vurulan lakadan bashqa bir shey deyildir . Mirza Ibrahimovun " Galacak gun " romanini oxusan uzdeniraq dini onderlerimizin ich alemina daha yaxindan balad olarsan . Calil Mammadquluzadenin de " Oluler " eseri yaqin ki sana chox tanishdir . Chalishacam ki sana esasli subutlar getirem . Man tez tez yaxinliqdaki mescidin imamila gorushurem , xahish edecam bu barede deliler gostersin .
Davamı...
Dekabr 31, 2007 16:30

  Dünya kinosu ekranında - 2007-ci ilin ən məhşur kinoları haqqında foto şəkillər

"300" kinosu
2007-ci ilin kinoları ilə tanış olun
Davamı...
Dekabr 31, 2007 12:26

  Ən böyük mirvari

Dekabr 31, 2007 12:08

  Əlini bəsdərəcək, yoxsa quyruq göstərəcək... Siçan Solub bəyin "ili" bizə nə vəd edir?

SiçovulQarşıdan gələn ilin Siçovul ili olduğunu çoxlarımız bilir. Amma az adam xəbərdardır ki, Çin təqvimində Siçovul ili 2008-ci ilin fevralın 7-də başlayıb 2009-cu ilin yanvarın 15-də bitəcək.
Siçovullar, o cümlədən astroloжi gəmiricilər müxtəlif olur. Şərq təqvimində də Dəmir, Su, Alov və Torpaq ünsürlü heyvanlar var. Ynsürlər də dövrü olaraq dəyişdiyindən, bizi "U-Szı" və ya "Torpaq Siçovulu" ili gözləyir.
Qədim Çin astroloqlarının dediklərinə görə, bu siçovul yerdən möhkəm yapışan, öz ərazisini son nəfəsinədək qoruyan, praqmatik, ağıllı, təmkinli, boş xəyallar qurmayan və hamıdan üstün olmağa çalışmayan məxluqdur.
Torpaq siçovulu yavaş olsa da, inadlı əməyi ilə varlanmağa çalışır, başqa siçovullar təki izafi risqə getmir. Bu gəmirici nəyin bahasına olursa-olsun, məqsədinə çatasıdır.
Çin təqvimində "Torpaq Siçovulu", Yaponiyada "Sarı Siçovul", Vyetnam təqvimində isə "İnadkar Siçan" ilində doğulmuş insanlar ətrafdakıların nəzərində ünsiyyətcil, mehriban və şən adamlardır.
Fəqət, bu təəsürat aldadıcıdır.

Davamı...
Dekabr 30, 2007 20:40

  HİCABA TƏHLÜKƏ SOVUŞDUMU?

HicabXəbər verildiyi kimi, parlamentdə “Təhsil haqqında” yeni qanunun müzakirəsi gözlənildiyindən də gərgin keçib və layihə birinci oxunuşda qəbul edilib. Milli Məclis (MM) rəhbərliyi hicaba qadağa ilə bağlı müddəanın sənəddən çıxarılacağını bildirsə də, cəmiyyətdə bu yöndə şühbələr var.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu qəzetimizə açıqlamasında bildirdi ki, məsələ həllini tapıb və inanclı xanımlara hicabla bağlı problem yaradılmayacaq: “Parlamentdəki müzakirlər zamanı spiker Oktay Əsədov həmin müddəanın sənəddən çıxarıldığını söylədi. Hətta o, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyevə deputatları məlumatlandırmadığı üçün irad tutdu”.

Davamı...
Dekabr 30, 2007 18:20

  HYATT REGENS-də QƏDİR XUM TƏDBİR

Dünən Bakının HYATT REGENS hotelinin Quba Qədir Xum-tədbirzalında İçərişəhər "Cümə" məscidinin dini icması "Dinin Kamillik Bayramı" adlı Qədir Xum bayram tədbiri təşkil etdi.

İslam-Azeri-nin müxbirinin tədbirdən verdiyi xəbərə görə tədbiri İçərişəhər Cümə məscidinin İmamcamaatı və Devamm sədri Hacı İlqar İbrahimoğlu açıq elan edərək bu barədə söhbət etdi.

Daha sonra Türkiyədən gəlmiş qonaqlar professor Huseyn Hatəmi və Kovsər təşkilatının təsisçisi Kadir Akaraz çıxış etdilər.

Əhli Beyt aşiqləri ilahi qrupu müxtəlif dini surudlar ifa etdi. Məclis iştirakçıları bu tədbirdən xoş hal oldular.

Bu il Qədir Xum bayramı Azərbaycanın bir çox yerlərində təşkil olundu.
Dekabr 29, 2007 12:31

  Bənazir Bhutto haqqında şəkillər

Dekabr 28, 2007 14:08

  Bir hədis Albert Einsteini necə heyrətə saldı?

Albert EinsteinHeç bir məzhəbdə belə dərin mənalı hədislərə rast gəlmək olmaz. Yalnız Şiə məzhəbinin məsum rəhbərləri "Nisbilik" nəzəriyyəsini öz kəlamlarında bəyan ediblər. Lakin, əksər alimlər bunu dərk etməyiblər.

Dahi fizik alimi Albert Einstein 1954-cü ildə alman dilində "Die Erklarung" adlı kitabını yazaraq İslam dinini bütn dinlərdən üstün tsayıb onu ən məntiqli bir din adlandırdı.

Bu yazı onun Ayətullah Burucerdiyə yazdığı gizli məktubudur.Einstein bu kitabda "nisbilik" nəzəriyyəsini Qurani-kərim ayələri, Nəhcul-Bəlağə və Biharul -ənvar kitablarında qeyd edilən hədislərlə tətbiq edərək yazır: "Heç bir məzhəbdə belə dərin mənalı hədislərə rast gəlmək olmaz. Yalnız Şiə məzhəbinin məsum rəhbərləri "Nisbilik" nəzəriyyəsini öz kəlamlarında bəyan ediblər. Lakin, əksər alimlər bunu dərk etməyiblər".

Davamı...
Dekabr 28, 2007 13:23

  Əli Əli Mövla - Ərəb dilində

Dekabr 28, 2007 13:02

  Ya Əli (ə) - Fars Dilində

Dekabr 28, 2007 9:05

  QӘDIRI-XUM

İmam Əli (ə)

Zilhəccə ayının 18-i cümə axşamı günü, Peyğəmbər (s) Cühfədən Xum vadisinə çatdığında Cəbrail Allahdan xəbər gətirdi ki, Әli (ə)-ı özündən sonra xəlifə tə᾽yin etsin.

Bu öhdəliyi yerinə yetirmək üçün həzrət (s) hamını çağırıb belə buyurdu: «Peyğəmbər sizinlə əhəmiyyətli bir mövzu haqqında danışacaq. Hamı gəlsin.» Minlərlə hacı o qızmar havada Peyğəmbəri (s) eşitmək üçün bir yerə toplaşmışdı. Peyğəmbər (s) namaz qılandan sonra, onun üçün düzəldilmiş xüsusi yerdə oturub buyurdu: «Həmd və səna Allaha məxsusdur. Ondan yardım dilər, Ona inanar və Ona təvəkkül edərəm... Mən şəhadət verirəm ki, Ondan başqa mə᾽bud yoxdur, Məhəmməd Onun qulu və Peyğəmbəridir. Ey camaat, mən sizin aranızdan gedəndə iki dəyərli şeyi, Qur᾽anı və Әhli-beyti, sizin üçün əmanət qoyuram. Onlar qiyamət günündə Kovsər hovuzunun başında mənə qovuşmayınca heç vaxt bir-birindən ayrılmayacaqlar. Buna görə də Qur᾽ana və Әhli-beytə bağlanın və onlardan heç vaxt uzaqlaşmayın ki, həlak olarsınız.»

Davamı...
Dekabr 27, 2007 20:49

  HİCAB TAXMAQ HƏR KƏSİN FƏRDİ SEÇİMİDİR

Məleykə Abbaszadə“Hicab taxmaq və ya taxmamaq hər kəsin fərdi seçimidir”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Təhsil haqqında” qanun layihəsində təhsil müəssisələrinə müəllim və şagirdlərin hicabla gəlməsinə qadağa qoyulmasına münasibət bildirərkən deyib.

O, Konstitusiyaya əsasən dinindən və irqindən asılı olmayaraq hər ölkə vətəndaşının təhsil almaq hüququnun olduğunu xatırladıb: “Bu məsələyə görə hansısa şəxsin təhsil hüquqlarını məhdudlaşdırmaq düzgün deyil. Bir qadın kimi hesab edirəm ki, Allaha inanan insan bununla əlaqədar heç bir ifadə və açıqlama verməməlidir.

 

Davamı...
Dekabr 27, 2007 20:31

  Dünyada Ən çox Ziyarət edilən müqəddəs məkan -İmam Rzanın hərəmi

İmam Rza (ə)

Forbes Traveler jurnalı dünyada ən çox ziyarət etdilən  müqəddəs məkanların adını açıqlamışdır. Bu mənbəyə əsasən, dünyada ən çox ziyarət edilən məkan İranın Məşhəd şəhərində yerləşən müsəlmanların 8-ci imamı İmam Rzanın müqəddəs hərəmidir. Beləki, il ərzində 12-20 milyon nəfər bu müqəddəs məkanın ziyarət etməyə gəlir.

Bu və digər müqəddəs məknaların şəkilləri əsasında qısa olaraq sizə məlumat verirmək istərdik:

Davamı...
Dekabr 27, 2007 19:19

  Qədir Xum haqqında foto və video reportajlar

Dekabr 27, 2007 12:21

  İmam Əli ibn Əbutalib

İmam Əli (ə)Peyğəmbərin (s) doğma əmisi oğlu, dünya və axirət xanımı həzrət Fatimənin ömür-gün yoldaşı Әli (ə)-ın barəsində ətraflı söhbət açmaq çox çətindir. Bütün tədqiqatçılar tərəfindən «Zatul-əb᾿ad», yə᾿ni müxtəlif cəhətlər sahibi adlandırılan Әli (ə)-ın şəxsiyyəti o qədər əhatəlidir ki, bir dəstə onun ədalətinə tab gətirməyib onu kafir adlandırmış (xəvaric firqəsi), başqa bir dəstə isə onun fəzilətləri qarşısında heyran qalıb ona Allah demişlər (Әliallahilər-ğulat firqəsi). Әlişünaslığı bir mə᾿rifət meyarı kimi təsəvvür etsək, insan zəkası bu vahidin başlanğıc və son nöqtəsi arasında öz acizliyini etiraf etmək məcburiyyətində qalır.

Әli (ə)-ın adının bu günə qədər yaşaması onun ilahi bir həqiqət olduğunu açıq şəkildə isbat edir.

Davamı...
Dekabr 26, 2007 22:49

  Qədir Xum Bayramınız mübarək

Əziz dostlar, Ustad Şəhriyarın İmam Əli (ə) haqqında yazdığı şeirinin hər misrasında İmam Əli haqqında çox çox gözəl olan  şəkillər  yerləşdirilərək  Qədir Xum bayramı münasibətilə  sizin kimi bütün gözəl insanlara hədiyyə edilmişdir.

 

 

Əli, ey hümayi-rəhmət, ələm eyləyən Xudanı!
O huima ki, sayəsində edər hifz masəvanı.
Könül, istəsən Xudanı biləsən, əlini yad et,

Tanıdım Əlini-vallah, tanıdım o dəm Xudanı.
İki dünyada fənadan bir əsər belə tapılmaz,
Əgər öz əlinlə asla, Əli çeşməyi bəqani,


Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm.
Qəzəb atəşində yoxsa külə döndərər cahani!

Gedib ey yazıq dilənçi, qapısını döy Əlinin,
Ki üzük verib şay eylər kərəmilə hər gədanı!
Əlidən savayı kimdən elə bir oğul doğulmuş,

Ki tanıtdıra cahanda şühədayi Kərbəlanı?
Edər əhd dosta qurban verə var-yoxunu, dostlar.
Fəqət, hansı dost Əlitək edər əhdinə vəfanı?!
Deyə bilmərəm xüdadır, bəşər ad verəm-xətadır,
Çağırım nə adla bilməm şəhi mülki Lafətanı?!

Qan axıriki gözümdən, tələs, ey nəsimi-rəhmət,
Onun astanından al, gəl mənə xaki-tutiyan.
O ümidlə ki, ayağın tozunu ziyarət etsin.
Qapına ürək sözümlə yola salmışam səbanı.

Sən, Əli qəzasovansan, biri dinlə binəvayıq,
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı!
Onun eşqi ilə neytək necə mən gəlim fəğanə
Ki, Lisani-qeyb «xoşdur edə vird bu nəvanı:

Gecə Sübhədək ümidim bunadır, səhər nəsimi
Verə aşina nəyami, edə şad aşinanı.

Qulaq as gecə o «Yahəq» quşuna ki, Şəhriyarə
Bilsən nə xoşdur açmaq gecə dosta məcaranı.

Dekabr 26, 2007 21:22

  Qedir xum

Dekabr 26, 2007 11:42

  TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ HİCABIN QADAĞAN OLUNMASI MİNLƏRLƏ İNSANI TƏHSİL HÜQUQUNDAN MƏHRUM EDƏCƏK

HicabDini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) Azərbaycanın «Təhsil haqqında» yeni qanun layihəsində qadınların baş örtüyündə dərsə gəlməsinin qadağan olunmasına etirazını bildirir.

«Qanunun bu şəkildə qəbul olunacağına inanmaq belə istəmirik. Əgər hicab təhsil müəssisələrində qadağan edilərsə, minlərlə insan təhsil almaq, dini etiqadına uyğun görünüşə malik olmaq kimi bəşəri hüquqlardan məhrum ediləcək»-deyə DEVAMM-ın rəhbəri  İlqar İbrahimoğlu çərşənbə axşamı «Trend»ə açıqlamasında bildirib.

Davamı...
Dekabr 25, 2007 15:23

  IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI

İMAM ƏLİYYƏN NƏQİ Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin mə᾽murları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Qur᾽anı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Qur᾽an oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bə᾽zən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.

Mütəvəkkilin anası imam Hadinin zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.

DAVAMINA BURADA BAX

Dekabr 25, 2007 15:04

  İmam Əliyyən Nəqinin mövludu



Yazılar cəmi: 134    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com