“Dörd dördlük”. Bu günlərdə Türkiyədə işıq üzü görən Azərbaycan nasirlərinin əsərlərindən ibarət toplu belə adlanır. Türkiyə türkcəsində “mükəmməl dördlük ” anlamına gələn kitaba 80-90-cı illər Azərbaycan poeziyasını təmsil edən nasirlərdən Əlabbasın, Aslan Quliyevin, Nəriman Əbdülrəhmanlının və Fəxri Uğurlunun hekayə və povestləri daxil edilib.
Bunlar Azərbaycan oxucusuna da yaxşı tanış olan “Mərənd ölüsü”, “Gəlin”, “Gözəl”, “Həbsxanadan qaçmış cani”, “Keçmiş döyüşçü və oğlan”, “Dönəlgə”,"Şeyx Sənan", “Leylinin məcnunuğu” və digər nəsir nümunələridir.
Əsərlərin türk dilinə Aişə Nəbili və Xanəmir Telmanoğlu çeviriblər. Şərqşünas, filologiya elmləri doktoru, professor Əsgər Rəsul kitaba yazdığı təqdimatda təkcə 80-90-cı illər nəsrinin deyil, eyni zamanda tərcümələrin də fərqli məziyyətlərini önə çəkib.
“Ufukötəsi” nəşriyyatında işıq üzü görən topluda müəlliflərin bioqrafyası da yığcam halda verilib.
Zülfiyyə SAKİTQIZI







