Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Noyabr 24, 2007 20:44

  NAMAZIN HƏQİQƏTİ

namazMüəllim: Həqiqətən xalqın çoxu namazın əhəmiyyətini dərk etmir və ona görə də onun qədrini bilmirlər. Bə`zi şəxslər doğrudan da namaz haqqında çox az mə`lumat əldə edirlər, amma elə insanlar da var ki, bu haqda kifayət qədər mə`lumatlı olduğu halda haqqa boyun əymək istəmir, tənbəllik və səhlənkarlıq ucbatından mehriban Rəbbimizə ibadət etməkdən yayınırlar.

Şagirdlər: Nə üçün?


Müəllim: Uşaqlar! İndicə söyləyəcəyim sözlərə diqqətlə qulaq asın, çüuki öz Rəbbinə qarşı çıxıb, Onun əmrlərinə tabe olmayan şəxslər dünya və axirətdə bədbəxt aqibətə düçar olacaqlar. İnsanın batini aləmində daim iki növ çağırış və də`vət ona sanki istiqamət verir. Onlardan biri yaxşı işlərə, digəri isə günah və yaramaz işlərə də`vətdir. Mə`lum məsələdir ki, yaxşı işlərə və ibadətə çağırış haqq tərəfindən, ğünah və çirkin işlərə də`vət isə şeytan tərəfindəndir. İnsanın namaz qılıb-qılmaması da onun hansı növ çağırışa qulaq asmasından aslıdır.

Adətən şeytan, namaz qılmaq istəyən şəxslərə deyir:

«Hələ tezdir, qocalanda qılarsan», «namaz qılmaq çox çətindir, sən onun öhdəsindən gələ bilməzsən», «namaz qılsan, gör nə qədər işlərdən çəkinməli olacaqsan», «namaz qılsan, sənə gülərlər», «onsuz da Allah səni bağışlamayacaq, çünki sən bu vaxta qədər çoxlu günahlar etmisən» və s.

Mənim əzizlərim! Şeytanın hiylə və məkrləri bundan daha çox və rəngarəngdir. Biz onlara uymamalı və Allah-taala ilə yeganə rabitə yolu olan namazdan uzaq düşməməliyik. Namaz bir növ maşın mühərriklərinə enerji verən yanacaq kimidir. Yanacaq olmasa maşın hərəkət edə bilərmi?

Şagirdlər dedilər: Xeyr.

Müəllim: İnsan da belədir, namaz onun ruhuna enerji bəxş edən mə`nəvi qidaya bənzəyir. İnsan yemək yemədikdə xəstəliyə düşüb öldüyü kimi, namazı da tərk etdikdə, nəfsani xəstəliyə düçar olur və beləliklə də təfəkkür və batini aləmi ruhi böhran keçirir. Həqiqətən Allah-taala bizdən istəyir ki, namazdan faydalanmaq üçün onu dərk edək, onu təfəkkür və düşüncə ilə yerinə yetirək. Çox qəribədir ki, saatlarla, hətta bə`zən günlərlə vaxtını boş şeylərə sərf edən bir çox şəxslər güya namaz qılmağa vaxt tapa bilmirlər.

Namaz İslam dininin əməli hökmləri arasında vacib edilən əhəmiyyətli göstəriş olduğu kimi, qəbirdə soruşulan ilk sual da hesab olunur. Namazı tərk etmək, cəhənnəmə daxil olmağın əsas və ilk səbəblərindəndir.

Bu gün sizə namaz haqqında bir neçə ayə, əziz Peyğəmbərimizdən (səlləllahu ələyhi və Alihi və səlləm) və habelə Əmirəl-mö`minin imam Əli (əleyhis-salam)-dan bir neçə hədis söyləyəcəyəm. Mənə elə gəlir ki, danışacağım sözlərə diqqətlə qulaq assanız, namaz haqqında daha dolğun mə`lumat əldə edə bilərsiniz.

MÜBARƏK AYƏLƏR:

Allah-taala Qur`ani-kərimdə buyurmuşdur:

«(Ya Peyğəmbər!) Qur`andan sənə vəhy olunanı oxu və (lazımınca) namazı qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab e`tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!»

Qur`ani-kərimin digər ayəsində buyurulur:

Cəhənnəm əhlindən soruşarlar: «Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər: Biz (dünyada) namaz qılanlardan deyildlk.».

Elə buna görə də namaz dinin sutununa çevrilmişdir ki, o, qəbul olunsa, insanın digər əməlləri də dəbul olunar, əks təqdirdə sair əməlləri də rədd edilər.

HƏDİSLƏR:

1-Bir gün həzrət Peyğəmbər (səlləllahu ələyhi və Alihi və səlləm) müsəlmanlara buyurdu:

«Qapınızın kənarından (təmiz) su arxı axarsa və siz də həmən suda hər gün beş dəfə yuyunsanız, bədəninizdə olan çirkin yuyulub paklaşmasından sevinərsinizmi?!»

Müsəlmanlar dedilər: Bəli, ey Allahın elçisi!

Həzrət Peyğəmbər (s) buyurdu: «Gündəlik beş vaxt namaz da belədir.

Hər gün Allah qarşısında xalis niyyətlə dayanaraq, qıldığımız namazlar da bizim ruhumuzu, nəfs və ağlımızı beləcə saflaşdırır.»

2-Həzrət Əmirəl-mö`minin Əli (əleyhis-salam) buyurmuşdur:

«Namaza əhəmiyyət verib, onu qoruyun və çoxlu namaz qılıb onun vasitəsi ilə Allaha yaxınlaşın. Çünki  namaz Allah-taala tərəfindən müəyyən vaxtlarda mö`minlərə vacib olmuşdur.

Cəhənnəm əhlinin verəcəyi cavab həqqında eşitməmisinizmi?! Onlardan soruşarlar- hansı əməl sizi Cəhənnəmə gətirdi? Deyərlər: Biz dünyada namaz qılanlardan deyildik.

Namaz, gunahları ağac yarpaqları kimi yerə tökür.»

Gördüyünüz kimi həzrət Peyğəmbər (səlləllahu ələyhi və Alihi və səlləm) namazı insanın qapısı kənarından axan (təmiz) su arxına bənzətmişdir ki, insan hər gün beş dəfə o suda yuyunduqda, bədənində heç bir çirk qalmadığı kimi, beş vaxt qıldığı namaz da onun günahlarını aradan aparır.

Namazın əhəmiyyətini elə şəxslər dərk edərlər ki, onların gözlərini dünya malının zinəti, övlad, mal və digər şeylər örtməmişdir.

Allah-taala müqəddəs Qur`anda buyurur:

«O kəslər ki, ticarət, və alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…»

Allah-taala müqəddəs Qur`anda həzrət Peyğəmbərə (səlləllahu ələyhi və Alihi və səlləm) belə göstəriş verir:

«Əhlinə (Əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et…»

Beləliklə də o həzrət (s) ailəsinə namaz qılmağı göstəriş verir və özü də namaz qılmaqda səbirli olurdu.

Məhəmməd soruşdu: «Yarpaq töküldüyü kimi, günahları tökür» sözünün mə`nası nədir?

Müəllim: Yə`ni, payız vaxtı külək saralmış yarpaqları yerə tökdüyü kimi, namaz da sanki insan ruhunu silkələyərək onun günahlarını yerə tökür.

Həyatda günahsız insan tapmaq çox çətindir. Çalışmalıyıq ki, heç bir vaxt günah etməyək və əgər günah etmişiksə də, öz bağışlayan və mərhəmətli Rəbbimizdən onları əfv etməsini diləyək və namaz qılmaqla onları aradan aparıb, ruh və nəfsimizi saflaşdıraq.

DƏRSİN XÜLASƏSİ

1-İnsanların çoxu namazın qədrini bilmirlər;

2-Namaz insan ruhunun cilasıdır;

3-Namaz qılmayan çəxs, Allah qarşısında günahkardır. Şeytan belə şəxsləri aldadaraq onların öz Rəbblərinə sığınmasının qarşısını alır;

4-Allah-taala həqiqi namaz qılanı sevir, günahlarını bağışlayır və habelə onu hidayət edir.


1
Ədalət yazıb:

Mən Sizin yazdiqiniz bu sozleri cox bəyəndim və Sizin xeyirxah işlərinizə görə minnətdaram.Sizə bu işdə uqurlar arzulayiram.Təşəkkür edirəm.

Aprel 15, 2008 9:49

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com