TÜRKİYƏ HİCAB PROBLEMİNİ KÖKÜNDƏN HƏLL EDƏCƏK
Verilən məlumatlara görə yeni konstitusiyada universitetlərdə başörtüyünə olan qadağanın aradan qaldırılması məsələsi öz həllini tapacaqdır
"Haberler" informasiya portalının verdiyi məlumata əsasən, hicab problemini yeni konstitusiya vasitəsi ilə həll etmək istəyən AKP iqtidarı artıq bir müddət əvvəl 11 hüquqşünasın çalışmaları nəticəsində konstitusiya ilə bağlı başladıqları işləri yekunlaşdırmışlar. Hazırlanmış konstitusiyanı əvvəlcə baş nazir Ərdoğanın araşdırmasından sonra, qeyri hökumət təşkilatları, siyasi partiyalar və universitetlərin tanışlığı olmaları üçün təqdim ediləcək. Bu prosses AKP iqtidarı tərəfindən dekabr ayının ikinci ya da son həftəsində həyata keçiriləcək.
Verilən məlumatlara görə yeni konstitusiyada universitetlərdə olan başörtüyünə olan qadağanın aradan qaldırılması məsələsi öz həllini tapacaqdır. Xatırladaq ki, yeni konstitusiyanı parlamentdə təmsil olunan partiya liderlərinə baş nazir Ərdoğan özü görüşərək müzakirə edəcək.
