EŞİDİLMƏSİ GƏRƏK OLAN SƏS

![]()
![]()
Amerikada sülhün tərəfdarı və müharibənin əleyhinə olanların C.Buş əleyhinə nümayişləri barədə xəbərlər alınmaqdadır
Son illərdə ABŞ-da və Avropada sülh tərəfdarlarının hərəkatı böyük potensial imkanlar əldə etmiş və güclənmişdir. Unutmaq olmaz ki, Amerika hökuməti “soyuq müharibə” boyu və ondan sonrakı dövrdə düşmən etmə siyasətini rəhbər tutaraq onu əhəmiyyətli bir məsləyə çevirməklə ikiqütblü siyasəti Amerika cəmiyyətində qabartmışdı. Amerikalilar bu siyasətlə, inqilab, kommunizmin yayılma təhlükəsi, azğınlaşmış islamofobiya, kütləvi qırğın silahları, terrorizmin yayılma təhlükəsi, İsrailin zərbəyə davamsızlığı müqabilində sabitliyə üstünlük vermək əvəzinə, dünyanın siyasi mənzərəsinə ikiqütblü səciyyə verməklə hərbi büdcənin artırılması, Amerika hərbçilərinin fasiləsiz olaraq dünyanın müxtəlif bölgələrinə göndərilməsi və müharibədə öndə getməyi Amerikanın xarici siyasətində və özünün milli mənafelərinin ifadə edilməsində prioritet kimi qələmə verməyə çalışıblar.
Unutmamalıyıq ki, onlar bu siyasətlə uzun illər dünya siyasətinin səmasını öz planlarını həyata keçirmək üçün zəbt etmişdilər. Bir gün Səddamı dəstəklədilər, sabahı günü kütləvi qırğın silahlarına qarşı mübarizə adı altında onu taxtdan saldılar. Başqa bir gün isə Həzrət Muhəmmədin (s) buyurduğu İslamın yayılmasının qarşısını almaq üçün “Taliban”ı dəstəklədilər, lakin çox keçmədi ki, onlara qarşı hərtərəfli müharibəyə başlayaraq onu məhv etdilər. Bir zaman Latın Amerikasındakı generallarla əməkdaşlığın genişləndirilməsinə dəstək verdilər, sonra isə demokratiya adı altında onları hakimiyyətdən kənarlaşdırmağa yönəlik əməliyyatlar hazırladılar. Lakin onlar heç vaxt bu suala cavab vermək istəmədilər ki, nə üçün terrorizmlə mübarizə variantı müqabilində müharibəni dəstəklədilər?
Terrorizm - bəzi xəstə siyasətlərə və ya bəzi bəşəri təriflərə verilən qeyri-insani təfsirlərə kor-koranə və biabırçı cavabdır. Şübhəsiz ki, bu xoşagəlməz, çirkin və qeyri-insani bir cavabdır. Hələ indiyəqə qədər dünyada ən ifratçı dini liderlər belə İlahi dinlərdə, o cümlədən xristianlıq, yəhudilik və islamda terrorizmin tövsiyə edilməsi və dəstəklənməsinə dəlalət edən hər hansı bir sübut taparaq ortaya qoya bilməmişlər. Lakin müharibə fenomeni də bu mənhus və mənfur terrorizm məfhumu qədər qorxulu, dağıdıcı və qeyri-insani xarakter daşıyır.
Axı nə etmək olar ki, bu gün dünya iki ifratçı qrupun əlində giriftardır. Bir tərəfdən humanizm, sabitlik və əmin-amanlıq iddiasında olanlar bəşəri problemləri müharibə ilə həll etmək fikrindədirlər, digər tərəfdən isə zorakı və kor terrorizm qeyri-bərabər və ədalətsiz dünya ilə mübarizənin yeganə yolu hesab olunur! Müharibə təbilinin çalındığı bir vaxtda müdrik insanlar və sülh tərəfdarları nə etməlidirlər? Bu cavabının verilməsi gərək olan ən mühüm sualdır. Bir sıra mütəfəkkirlər təkidlə dünyanın müharibədən, ekoloji tarazlığın pozulmasından, qadın və uşaqların hüquqlarının pozulmasından və irqçilikdən yorulduğunu qeyd edirlər. Bizim müştərək mirasımız olan Yer kürəsi və müştərək anlaşma nöqtəmiz olan mədəniyyət bütün dünyadakı insanları sülhə, dostluğa, dialoqa və insan kimi yaşamağa çağırır. Müharibələr zahirən yaramazlıqlara qalib gəlmək üçündür, lakin onun batinində insan ölümü kimi çoxlu çirkinliklər və mənfurluq gizlənmişdir. Bəşəriyyətin qurtuluşu üçün heç bir dərman insanlara ölümü rəva bilmir. Terrorizm və müharibə tərəfdarları bir dəmir pulun iki üzüdür – hər ikisi haqq-ədalətdən danışır, lakin ölüm onların ortaq mirasıdır.
Dünyada, xüsusilə də Amerika və İrandakı sülh tərəfdarları fəryadlarını daha da ucaltmalıdırlar, çünki müharibə və qarşıdurmalar nəticəsində sülh və dialoq tərəfdarlarının yuxusu ərşə cəkilmişdir. Təbillər çalınır, lakin bu dəfəki təbillər müharibəyə deyil, sülhə çağırır. İran hökuməti və xalqı dialoqun və problemlərin anlaşma yolu ilə aradan qaldırılmasının tərəfdarı olduğunu dəfələrlə elan etmişlər. Bu eşidilməsi gərək olan bir səsdir.
