ƏHLİ-BEYT (Ə) HƏDİSDƏ
Şübhəsiz əziz Peyğəmbərimiz həzrət Məhəmmədin (s) sünnəsində və keçdiyi həyat yolunda tədqiqat aparıb mütaliə edən və O həzrətin (s) Əhli-beytiə (ə) qarşı olan məhəbbət və əhəmiyyətini görən hər bir şəxs başa düşər ki, bu müqəddəs ailənin İslam ümmətinin tarixi məziyyətlərində nə qədər böyük, əsaslı rolu və təsiri vardır. Peyğəmbər (s) müxtəlif tarixi şəraitlərdə bu məsələni xalqa bəyan edərək, Allahın əmri ilə ümmətdə belə bir məsələni qəbul etməyə zəmin yaradırdı. Peyğəmbər (s) bu işi mərhələ-mərhələ həyata keçirirdi. İlkin mərhələdə Allahın əmri ilə qızı Fatiməni (ə) həzrət Əliyə (ə) ərə verdi və tarix boyu bu ağacın budaqları İslam ümmətinin bütün üfüqlərinə ucalsın deyə, müqəddəs Əhli-beyt (ə) ağacının gövdəsini əkdi. Bu ailə qurma isə yalnız Allahın əmri ilə icra olundu
İslam peyğəmbəri (s) Əhli-beytini öz hədislərində bəyan etmişdir. Bu rəvayət və hədislər həddindən artıq çoxdur. Biz bunların yalnız, bir neçəsini qeyd edəcəyik. Əgər oxucular bunları diqqətlə mütaliə etsə, Allahın və Peyğəmbərin (s) Əhli-beytə (ə) olan dərin məhəbbət və ehtiramını, bu münasibətlərin əsil hədəfini başa düşəcəklər. Bu hədəfin əsas prinsipləri, millət heyrət və çıxılmaz vəziyyətlərdə qaldıqları zaman hidayət etmələri, problem və çətinliklərdən xilas etmələri, parçalanıb dağıldıqları zaman xalqın birləşməsində mərkəzə çevrilmələridir.
Bu dediklərimizin hamısı hədislərdə aydın şəkildə öz əksini tapmışdır. Bəzi hədislərdə Peyğəmbər (s) Əli (ə) və Fatimənin (ə) övladlarını öz övladları və öz nəsli kimi təqdim etmişdir.
Əziz Peyğəmbərimiz (s) bu mənanı ümmət üçün dəfələrlə zikr etmişdir.
Peyğəmbər (s) bütün münasib şəraitlərdə Əhli-beytin (ə) məqam və rütbələrini bəyan edirdi ki, ümmət onlara diqqət yetirərək məhəbbətlərini ürəklərində bəsləsinlər və onların yolunda hərəkət etsinlər.
Burada Əhli-beyt (ə) barədə nəql olunmuş bir sıra hədisləri sizə təqdim edirik:
SƏQƏLEYN HƏDİSİ
Əziz Peyğəmbərimizin (s) dönә-dönә ümmәtinә tapşırıdığı әn mühüm vәsiyyәti «Sәqәlәyn» olmuşdur. Sәqәlәyn әrәb sözü olub, iki ağır şey mәnasını daşıyır. Hәzrәt Peyğəmbər (s) bu sözü, «Quran» vә «Әhli-beyt» haqqında işlәtmiş vә onları iki ağır әmanәt kimi ümmәtinә tapşırmışdır. Hәzrәt Peyğəmbərin (s) bu mәzmunlu hәdisi «Sәqәlәyn» hәdisi adı ilә mәşhur olmuş vә istәr sünnü, istәrsә dә şiә mәzhәblәrinin mötәbәr hәdis kitablarında e`tibarlı hәdislәr cәrgәsindә nәql olunmuşdur.
Qurani-Kәrim ilә Әhli-beyt (әlәyhimus-salam)-ın ağır (әmanәt) adlanmasında üç nәzәriyyәni qeyd etmәk olar:
Birinci nәzәriyyә: Quran vә Әhli-beytin (ә) göstәrişlәrinә qulaq asıb, onlara әmәl etmәk çәtin olduğu üçün, onlar sәqәlәyn-yә`ni iki ağır (әmanәt) adlanmışlar.
İkinci nәzәriyyә: Quran vә Әhli-beytә (ә) «Sәqәlәyn» deyilmәsinin fәlsәfәsi, onların böyük vә uca mәqama layiq olmaları ilə bağlıdır.
Üçüncü nәzәriyyә: «Sәqәlәyn» sözünün kökü “sәqәl” sözündәndir. «Sәqәl» isə sәfәrә çıxan şәxsin yükü deməkdir. Buna әsasәn, sәadәt vә insaniyyәt zirvəsinә çatmaq istәyәn hәr bir şәxs, bu iki ağır әmanәtlә birgә olmalı vә onların göstәrişlәrinә uyğun hәrәkәt etmәlidir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur:
«Həqiqətən mən (Allah tərəfindən) dəvət olunmuşam və yaxın vaxtlarda (o dəvəti) qəbul edəcəyəm, (yəni, dünyadan gedəcəyəm). Bir halda ki, sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-taalanın kitabı (Quran), digəri isə mənim itrətimdir. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır, itrətim isə mənim Əhli-beytimdir (ə). Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki (əmanət) Cənnət hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra onlarla necə rəftar edəcəksiniz».[1]
Şafeinin əl-İthafu bihubbil-əşraf kitabında oxuyuruq:
Müslim, Termezi və Hakim öz kitablarında Zeyd ibn Ərqəmdən ravayət ediblər ki, (bir gün) Peyğəmbər (s) bizim aramızdan qalxıb xütbə oxudu və Allaha həmd-səna etdikdıən sonra belə buyurdu:
Ey insanlar! Mən də bir bəşərəm və yaxın vaxtlarda Rəbbimin eiçisi (ölüm mələyi) mənim yanıma (canımı almağa) gələr və mən də ona cavab verərəm (dünyadan köçərəm). Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyuram. Onlardan birincisi nur və hidayət olan Allahın kitabı (Quran)-dır. Bəs Allahın kitabını tutun və ana sarılın». Sonra buyurdu: «Digəri isə mənim Əhli-beytimdir (ə). Sizdən istəyirəm ki, onların barəsində düşünərkən və rəftar edib, Allahı yaddan çıxarmayasınız».[2]
Digər bir hədisdə Cabir ibni Әbdullah əl-Әnsari nәql edir ki, hәzrәt Peyğəmbər (s) buyurmuşdur:
“Ey camaat! Mәn sizin aranızda elә bir şey qoyub gedirәm ki, onlara tabe olsaz, heç vaxt yolunuzu azmayacaqsınız: Allahın kitabı vә mәnim Әhli-beytim».[3]
Əllamə şeyx Məhəmməd Cavad Bəlaği «Alaur-Rəhman fi təfsiril-Quran» kitabında belə yazır:
Səqələyn hədisi hamı tərəfindən qəbul edilən hədisdir. Onu sünni qardaşlarımız da öz kitablarında yazmış və bu hədisi Peyğəmbərin (s) özündən eşidən səhabələrdən belə rəvayət etmişlər. Səqələyn hədisini Həzrət Peyğəmbərdən (s) eşidib nəql edənlər:
1.Əmirəl-möminin Əli ibn Əbi Talib (ə).
2.Abdullah ibn Abbas.
3.Əbuzər Ğəffari.
4.Cabir Ənsari.
5.Abdullah ibn Ömər.
6.Hüzəyfə.
7.Zeyd ibn Ərqəm.
8.Əbdürrəhman ibn Ovf.
9.Zəmirə Əcləmi.
10.Amir ibn Leyla.
11.Əbu Rafe.
12.Əbu Hüreyrə.
13.Abdullah ibn Həntəb.
14.Zeyd ibn Sabit.
15.Ümmü Sələmə.
16.Ümmü Hani.
17.Xəzimə ibn Sabit.
18.Səhl ibn Səd.
19.Ədi ibn Hatəm.
20.Əqəbə ibn Amir.
21.Əbu Əyyub Ənsari.
22.Əbu Səid Xüdri.
23.Əbu Şüreyh Xüzai.
24.Əbu Qüdamə Ənsari.
25.Əbu Leyla.
26.Əbu Heysəm.
Bu hədisi Əbu Nəim İsfahani Mənqəbətul-mütəhhərin kitabında müxtəlif sənədlərlə Cübeyr ibn Mütəm, Ənəs ibn Malik və Bərra ibn Azibdən, Müvəffəq ibn Əhməd də Ömər ibn Asdan nəql etmişlər. Sünni qardaşlarımızın tək-tək hədis kitabları olar ki, bu hədis orada nəql edilməmiş olsun. Hədis kitabları yazılmağa başlayan vaxtdan bu günə qədər bu hədis neçə-neçə səhabələr tərəfindən rəvayət olunmuşdur. Hətta, bəzi kitablarda iyrimiyə yaxın səhabənin adı çəkilərək bu hədis nəql olunmuşdur. Bəzi kitablarda isə sənədsiz və qısa şəkildə nəql edilmişdir.
O, daha sonra öz sözlərinə əlavə edərək belə yazır:
Bizim alimlərimiz də bu hədisi müxtəlif sənədlərlə İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə) və İmam Rza (ə) və onlar da öz babalarından və nəhayət həzrət Peyğəmbərdən (s) rəvayət etmişlər. Digər sənədlərlə də Əmirəl-möminin (ə), Ömər, Übəyy, Cabir, Əbu Səid, Zeyd ibn Ərqəm, Zeyd ibn Sabit, Hüzeyfə, Əbu Hüreyrə və digərləri onu Peyğəmbərdən (s) rəvayət etmişlər.[4]
Bu hədis zahiri baxımdan Quran və Əhli-beyti (ə) bir-birində birləşdirdiyi kimi, mənəvi baxımdan da bunların arasında vəhdət olduğunu izah edir. Çünki, Qurandan sonra, müsəlmanların müraciət edəcəkləri mənbə, Əhli-beytdir (ə). Eyni halda Quranı onlardan daha ətraflı başa düşən bir kimsə yoxdur.
SƏFİNƏ HƏDİSİ
Səqəleyn hədisi, Əhli-beyti (ə), Quranın məna və həqiqətlərini, hikmət və s. bəyan edən şəxslər kimi tanıtdırdı. Səfinə hədisi isə onların müsəlmanlar üçün nicat gəmisi və qurtuluş yolu olduqlarını müəyyən edir. Bu hədisdə izah olunur ki, hər kim bu gəmidən istifadə etməzsə və onunla birgə hərəkət etməzsə, şübhə yoxdur ki, günah və azğınlıq dəryasında bataraq məhv olacaqdır. Eyni zamanda Əhli-beytin (ə) nicat gəmisinə minməyən şəxs, insanları hidayət və mənəiyyat sahillərinə aparan ilahi rəhbərləri rədd edir və bununla da özünün əbədi bədbəxtçilik dənizində boğulmasına razı olur.
Əbu Nəsim öz sənədi ilə Səid ibn Cübeyr və ibn Abbasdan belə rəvayət edir: Peyğəmbər (s) buyurdu:
Mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Hər kim ona minsə, nicat tapar və hər kim ondan üz döndərsə məhv olar».[5]
Hakim bu hədisi öz Müstədrəkində (2-ci cild, səh-343) nəql etdikdən sonra demişdir: Bu hədis Səhihi Müslim nöqteyi nəzərindən düzgün bir hədisdir.
Bu hədis Ənəs ibn Malikdən də bu şəkildə rəvayət edilmişdi: Həzrət Peyğəmbər (s) buyurmuşdur:
Mən və mənim Əhli-beytim Nuhun gəmisi kimiyik, hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə həlak olar.
Süyutu də bu hədisi Dürrül-mənsur kitabında aşağıdakı ayənin təfsirində nəql etmişdir:
«Biz (Bəni İsrailə) bu qəsəbəyə girin dediyimiz zaman, onlara söylədik ki, oradan arzuladığınız şeyləri yeyin. Qəsəbənin qapısından girən zaman səcdə edin və «İlahi, bizi bağışla» söyləyin ki, biz də sizi bağışlayaq».[6]
Süyuti bu ayənin izahında ibn Əbi Şeybədən, o da həzrət Əlidən (ə) belə izah edir:
«Həqiqətən biz (Əhli-beyt) bu ümmətin içərisində Nuhun nicat gəmisi və Bəni İsrailin məğfirət qapısı (bağışlanma qapısı) misalındayıq».[7]
Bu hədisi Müttəqi də Kənzül-ümmal kitabında (6-cı cild, səh-216) bu şəkildə nəql etmişdir:
Mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Kim ona minsə xilas olar və hər kim ondan üz döndərsə həlak olar. Mənim (Əhli-beytim) Bəni-İsrailin məğfirət qapısına bənzəyər.
Qeyd etmək lazımdır ki, bu hədisi Təbərani də Əbuzər Ğəffaridən nəql etmişdir.
AMAN HƏDİSİ
Bu hədis də öz növbəsində həzrət Peyğəmbərin (s) Əhli-beytinin (ə) müsəlmanlar arasında olan mahiyyətini izah edir. Hər hansı bir millətin ən təhlükəkli məsələsi, onun siyasi-etiqadi məsələlərdə ixtilaf və təfriqələrlə üzləşməsidir. Həzrət Peyğəmbər (s) də öz ümmətinin gələcəkdə belə vəziyyətlərə düçar olmaması üçün və yaxud bu kimi şəraitlərdən çıxış yolu tapmaları üçün xüsusi bir layihə hazırlamışdır. O layihə Allahın əmri ilə ümməti Əhli-beytə (ə) tərəf sövq etdirmək və onların ətrafında birləşdirməkdən ibarət idi. Öncə söylədiyimiz hədislərdə Əhli-beyt (ə), «nicat gəmisi» və «bağışlanma qapısı» kimi təqdim edildi. İndi söyləyəcəyimiz hədis isə Əhli-beyti (ə) ümmətin vəhdət mərkəzi və onları ixtilaf və azğınlıqdan qoruma vasitəsi kimi təqdim edir. Əgər ümmət onların yolu ilə gedərsə, daimi olaraq ixtilaf və təfriqələrdən amanda qalar. Məhz, buna görə də bu hədisin adına «Aman hədisi» deyilmişdir.
Təbərani ibn Abbasdan rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur:
«Ulduzlar yer sakinlərini (gecə çağı çollərdə yolu tapmaqda) qərq və həlak olmaqdan amanda saxlayarlar, mənim Əhli-beytim isə yer üzünün sakinlərini ixtilafdan amanda saxlayır».[8]
Təbəri də Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir:
«Ulduzlar asimanın sakinlərinin əmin-əmanlıq vasitələridir, onlar yox olub getsələr, sakinləri də aradan gedər. Mənim Əhli-beytim (ə) də yer əhlinin əmin-əmanlıq vasitəsidir. Onlar aradan getsə, yer üzünün sakinləri də aradan gedər.»
O daha sonra Hənbəlin də öz «Müsnəd»ində (mənaqib fəslində) bu hədisi nəql etdiyini artırmışdır.[9]
DİGƏR HƏDİSLƏR
Əhli-beyt (ə) barədə daha bir neçə hədisi də nəzərinizə çatdıraraq bu hissəni tamamlayırıq.
1-Peyğəmbər (s) buyurmuşdur:
«Biz Əhli-beytlə heç kəs müqayisə oluna bilməz.»
Göründüyü kimi bu hədisdə Peyğəmbər (s) Əhli-beytinin (ə) ülvü məqamını və nəhayətsiz dərəcələrini göstərərək, ümməti onlara tərəf istiqamətləndirir. Həmçinin, ümmətlə onların arasında olan müqayisəolunmaz fərqləri açıqlayaraq, onları insaniyyət, şərafət, ylviyyət və mədəniyyət xəzinələrinə doğru hərəkət etməyə dəvət edir.
2-Peyğəmbər (s) digər bir hədisdə buyurur:
«Biz elə bir ailəyik ki, Allah bizim üçün axirəti dünyadan (dünyada yaşamaqdan) yüksək bilmişdir. Mənim Əhli-beytim (ə) məndən sonra müxtəlif ədalətsizlik və çətinliklərlə rastlaşacaq. Bu vəziyyət bu tərəfdən (şərq tərəfinə işarə edərək) qara bayraqlı insanlar gələnə qədər davam edəcək... Onlar həqiqət yolunda müharibə edib zəfər qazanarlar... Lakin onlar o (zəfər) bayrağını mənim Əhli-beytimin (ə) bir nümayəndəsinə və yer üzünü bürüyən zülmü ədalətlə əvəz edən şəxsə çatdıracaqlar. Hər kim o zaman həyatda olsa və (ayaq üstə durmağa imkanı olmasa) üzü üstündə yol getməyə məcbur olsa belə, özünü o insanlara yetirsin.»
3-Deyləmi Əbu Səiddən Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir:
«Hər kim mənim Əhli-beytimlə (pis) rəftar etməklə məni narahat etsə, Allahın qəzəbi o adam üçün şiddətli olar.»
4-Həzrət Əli (ə) Peyğəmbərdən (s) belə rəvayət etmişdir:
«(Ey müsəlmanlar!) Övladlarınıza üç keyfiyyəti öyrədib, tərbiyələndirin; Peyğəmbərimizi sevmək, Əhli-beytini sevmək və Quran oxumaq. Şübhəsiz, Quran daşıyanlar (onu öyrənib əməl edənlər) qiyamət günündə heç bir kölgə olmayan zaman, Allahın sayəsində kölgələnərlər. (Onlar) Allahın Peyğəmbərləri və digər seçilmiş bəndələri ilə birlikdə məhşur olarlar.»
5-Təbərani ibn Abbasdan, o da Peyğəmbərdən (s) belə rəvayət edir:
«(Qiyamət günü) bütün bəndələrdən bu dörd sual soruşular: Ömrünü hansı yolda fənaya verdin? Bədənini hansı qyolda qocaltdın? Mal-dövləti haradan qazandıb, harada xərclədin? Və (nəhayət) biz Əhli-beytin (ə) məhəbbət və dostluğundan.»
6-Təbərani Mütəllib ibn Abdullahdan, o da babasından belə nəql edir:
Bir gün Peyğəmbər (s) Cöhfə məntəqəsində xütbə oxuyaraq buyurdu:
«(Ey müsəlmanlar!) Mən sizə özünüzdən yaxın deyiləmmi? (Sizin ixtiyar sahibiniz deyiləmmi?)»
Dedilər: «Bəli, ey Allahın Peyğəmbəri! Sən bizə özümüzdən yaxınsan.» O Həzrət buyurdu:
«Bilin ki, (Qiyamət günü) mən iki şeyin haqqında sizdən mütləq soruşacağam. O iki şeyin biri Quran, digəri isə Əhli-beytimdir.»
7-Bir gün Əbuzər Kəbənin astanasına çıxdı və qapının halqasını tutub özünə tərəf çəkdi və belə dedi: Ay camaat! Hər kim məni tanıyırsa tanıyıb, tanımayanlar bilsinlər ki, mən Əbuzərəm! Mən Peyğəmbərdən (s) eşitdim ki, O, buyururdu:
«Mənim Əhli-beytimi bir bədəndə baş və yaxud bir başda gözün yerində fərz edin. Şübhəsiz bədən başsız və baş da gözsüz heç bir zaman iş görməyə qadir deyildir».[10]
8-Təbərani «Möcəmul-ovsət» kitabında Cabir ibn Abdullah Ənsaridən, o da Peyğəmbərdən (s) belə nəql etmişdir:
«Ey insanlar! Hər kim biz Əhlibeytlə düşmən olsa, Allah-taala qiyamət günü onu yəhudi şəklində məhşur edər.»[11]
9-Müslim, Termezi və Nisai, Zeyd ibn Ərqəmdən Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişlər.
«(Ey müsəlmanlar!) Əhli-beytimin haqqında (düşünərkən) Allahı yaddan çıxarmayın.»[12]
10-Xətib Bağdadi öz tarixində həzrət Əli (ə) vasitəsilə Peyğəmbərdən (s) belə rəvayət etmişdir:
Mənim şəfaətim ümmətimdən Əhli-beytimi sevən şəxslərə yetişəcək.[13]
11-Təbərani «Möcəmul-ovsət» kitabında ibn Həcərdən nəql etmişdir:
«Peyğəmbərin (s) ömrünün son anlarında söylədiyi sözlər bunlar idi: Məndən sonra Əhli-beytimin (hüquqlarını) riayət edin.»[14]
İlahi! Bircə anda bizi müqəddəs Quran və Əhli-beytdən ayrı salma!
Amin ya Rəbbəl-aləmin.
[1] -Bu hədisi Termezi öz «Səhihində» (2-ci cild, səh-380, «Əhli-beytin mənaqibində» fəsli) öz sənədi ilə Zeyd ibn Ərqəmdən nəql etmişdir və axırda artırmışdır: Bu hədisi Hakim öz «Müstədrək»ində (3-cü cild, səh-109) Zeyd ibn Ərqəmdən nəql etmişdir. Əhməd ibn Hənbəl də öz «Müsnəd»ində (3-cü cild, səh-17) onu Əbi Səid Xüdridən nəql etmişdir. Həmin rəvayəti Təbərani «Möcəmül-kəbir» (1-ci cild, səh-129. əlyazma) və Təbəri «Zəxairul-üqba»da (səh-16) Əhməddən rəvayət etmişlər.
[2] -Əl-İthaf bihubbil-əşraf, Şafei, səh-22.
[3] -Әl-Camius-Sәhih (Sunәni Termezi), 5 /662, hәdis /3786, Yәnabiul-mәvәddәt, 4-cü bab, 1/37 vә s.
[4] -Alaur-Rəhman, (səh-43. İkinci çap).
[5] -Bu hədisin nəql olunduğu kitabların bəziləri aşağıdakılardan ibarətdir: Hilyətul-övliya (4-cü cild, səh-306), Zəvaidu müsnədil-Bəzar, (Əhli-beyt vəl-ərvah) fəsli, (səh-277), Məcməüz-zəvaid (9-cu cild, səh-163), Möcəmül-kəbir Təbərani (1-ci cild, səh-125) Müsnəd əl-İmam əl-Həsən (ə), Zəxariul-uqba (səh-20), Müstədrəki-Hakim (2-ci cild, səh-343), Kənzül-ümmal (6-cı cild, səh-216) və s.
[6] -Bəqərə surəsi, 58-ci ayə.
[7] -Fəzailul-xəmsə fis-sihahis-sittə (2-ci cild, səh-64).
[8] -Bu hədisi Şafeyi «əl-İthaf bihubbil-əşraf» kitabında (səh-200) nəql edərək, onun səhih olduğunu qeyd etmişdir. Həmçinin, Hakim «Müstədrəküs-səhihəyn» kitabında, Müttəqi «Kənzül-ümmal» kitabında (6-cı cild, səh-217) və İbn Həcər «əs-Səvaiqul-məhrəqə»də (səh-140) onu rəvayət etmişlər.
[9] -«Fəzailul-xəmsə fis-sihahis-sittə» (2-ci cild, səh-68).
[10] -Əl-İthaf bihubbil-əşraf (Şafei), Müəllifin öz sözü, səh-26.
[11] -Bu hədisi Süyuti Ehyaul-məyyit (səh-22), Heysəmi isə Məcməüz-zəvaiddə (9-cu cild, səh-173) Təbəranidən nəql etmişlər.
[12] -Səhihi-Müslim (4-cü cild səh-1873), Fəzailus-səhabə, (Əlinin (ə) fəzilətləri fəsli), Müsnədi-Əhməd (4-cü cild, səh-366), Ehyaul-məyyit (səh-11).
[13] -Bu hədis Xətib Bəğdadinin tarixində (2-ci cild, səh-146) bir qədər geniş şəkildə nəql edilmişdir. Eləcə də Kənzül-ümmal (6-cı cild, səh-217, 3800-cü hədis) və Ehyaül-məyyit kitabında (səh-37) rəvayət etmişlər.
[14] -Bu hədisi Süyuti «Ehyaul-məyyit» (səh-20), Təbərani «əl-Ovsət», Heysəmi «Möcəmüz-zəvaid» (9-cu culd, səh-163), İbn Həcər «əs-Səvaiqul-muhriqə»də (səh-90) nəql etmişlər.


