Reklam verin!
Yuma Ailə Jurnalı

Nəyə nail olmuşuq?

QardaşyanaYaxin qohumlarımızdan biri həmişə xəbərlər proqramlarını diqqətlə izləməyə çalışırdı. Demək olar ki, heç vaxt bu fürsətləri əlindən qaçırmazdı. Onun bu hərəkəti ilk baxışda müsbət hal kimi dəyərləndirilə bilər. Çünki, bu vətandaş, yaşadığı və onu əhatə edən başqa ölkələrin taleyinə biganə qalmır və bütn bunlar haqqında məlumat toplamağa çalışır və özünü də bu dairə əhatəsində olanlardan biri hesab edir. Lakin, yaxın qohumum xəbərləri qeyd etdiyim prinsip əsasında izləmirdi. Onun bir hədəfi vardı:Sabahı gün izlədiyi bu xəbərləri öz dostlarına danışıb özünü zəmanədən agah, savadlı, dönyagörüşlü bir şəxs kimi tanıtdırsın.


Qeyd etdiyim bu hal yalnız mənim qohum ilə əlaqəli deyil. Cəmiyyətimizdə belə adamlar kifayət qədərdir. Belə şəxslərlə hər bir sahdə rahatlıqla rastlaşmaq mümkündür. Belələri heç bir ulvi hədəf daşımadan, müəyyən sahələrdə özlərni gözə soxuşdurmağa çalışır, lakin özünün məqəddəs vəzifə və məsuliyyətindən xəbərsiz qalırlar. Məsələn, bir dinxadimi öyrəndiyi dini bilgiləri özünün və cəmiyyətinin kamal və səadətə qovuşması naminə yox, yalnız özünəoxşar şəxslərlə heç bir səmərəsi olmayan kəskin müzakirələrdə sərf edir. Hədəf də rəqib gözü ilə baxdığı qarşı tərəfi məglub etmək və özünü savadlı birisi kimi tanıtdırmaqdır.

Yazının bu yerində könlümdən bir anlıq yeniyetməlik çağlarımıza qayıtmaq istəyi keçir. O zamanlarda və hətta o çağdan qabakı dönəmlərdə qəlbimizdə müxtəlif arzular vardı. Kimisi həkim, kimisi rejisor, kimisi fizikaçı və s. olmaq niyyətində bulunmuşdu. Hədəf isə yalnız insanlara xidmət etmək arzusu idi. İndisə zaman ötüb, zəhmət çəkib, dərs oxuyub arzularımızı çin etmişik. Amma təəssüflər olsun ki, bütün potensiyalarımızı keçici həvəslər uğrunda məhv edib özümüzü və cəmiyyətimizi ali hədəflərə qovuşdurmaq sevgisindən vaz keçmişik? Bu məsələyə ayri prizmadan da yanaşmaq olar. Aaramızda çox böyük fitri-istidada malik olan şəxslər var. Lakin, onlar bu istidadı daha da inkişaf etdirib, öz sahələrində yeni-yeni uğurlar əldə edərək həm öz vətəninin adını ucaltmaq, soydaşlarına daha da keyfiyyətli xidmət göstərmək əvəzinə öz sahəsində hansısa ticari əlaqələrə qoşularaq talantını məhv edirlər. Çox primitiv və bizə doğma olan bir misal çəkmək istərdim. Hansısa bir gənc zəhmət çəkib ticarətə qatlaşır və tədriclə bu sahədə yaxşı imkanlara sahib olur. O, gəlir çoxaldığca özünün iş dairəsini genişləndimək, iqtisad aləmində daha da böyük uğurlar əldə etmək haqqında düşünmək və bu addımı ilə ölkəsinin rifahını yaxılaşdırmaq, onun diasporasına dayağ olmaq əvəzinə özünə son model maşın alıb oyan-buyana şütümək, çox möhtəşəm villalar tikmək və yaxud hansısa avropalı müğnnini öz ad gününə gətirib milyonlarla dolları onlara xərcləmək fikrinə düşür

. Mən qeyd etdiklərimin əleyhinə deyiləm. Hər şəxs özünün şəxsi rifahına diqqət yetirməli, ailəsinin normal yaşamasına şərait yaratmalıdır. Lakin, iqtisadi dairə daha da genişləndikdən , zəruri işləri yoluna qoduqdan sonra digər ikinci, üçüncü dərəcəli işlərə də maraq göstərmək olar.

ni maraqlandıran sual isə bdur, insanları yanılış səmtlərə yönəldən səbəblər nədir? Biz niyə böyük zirvələri fəth etmək sevgisini dağətəyi həvəslərlə əvəz edirik? Aldığımız tərbiyə, düşdüyümüz mühitmidir bütün bunlara təsir bağışlayan? Yaxud da tam başqa bir şeylər?

Baxış sayı: 122
Açar sözlər: qardaş 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Admin

"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi (Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur". Qurani-Kərim

Axtarış

Sorğu

Hansı bölmə daha maraqlıdır?





Açar sözlər

maraqlı  imam  şəkillər  islam  gözəl  sevgi  şəkil  ə  hicab  dini  çox  super  din  məscid  oyun  əli  ən  uşaq  comik  iqra  divar  həcc  quran  kağızları  şəkilləri  insan  bayramı  həzrət  aşura  mobil  allah  temalar  hüseyn  mövlud  peyğəmbər  karikatura  qədir  ayətullah  peyğəmbəri  rza  xum  buş  möcüzə  ölüm  danimarka  kitab  qurban  namaz  dua  gülməli 

Sayqaç

İndi blogda: 13
Keçən ayın hiti: 30850
Dünənki hit: 936
Bugünki hit: 374
Ümumi hit: 249646

AddThis Feed Button
Add to Technorati Favorites