Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Noyabr 30, 2007 13:09

  «Qara Qarayev - həyat sənədlərdə» adlı kitab hazırlanır

Qara QarayevMusiqi Mədəniyyəti Muzeyi hazırda yeni kitab üzərində işləyir. Həmin kitab görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyinə həsr olunacaq. Muzeyin direktoru Alla Bayramovanın TrendLife-a verdiyi məlumata görə, Qara Qarayevə həsr olunan kitabın siqnal nüsxəsinin hazırlanması işləri başa çatmaq üzrədir

Davamı...
Noyabr 29, 2007 15:50

  AZƏRBAYCAN İNVESTİSİYA ŞİRKƏTİ İSLAM İNKİŞAF BANKI İLƏ ORTAQ SƏNƏDƏ İMZA ATACAQ

İslam bankiAzərbaycan şirkəti İslam bankının strukturu olan İslam inkişaf korporasiyası ilə birlikdə investisiya şirkəti yaradacaq

Bu gün Azərbaycan investisiya şirkəti və İslam inkişaf bankının strukturu olan özəl sektor üzrə İslam inkişaf korporasiyası, birgə investisiya şirkətinin yaradılması barədə memorandum imzalayacaq. Azərbaycan investisiya şirkətinin müşahidə şurasının qərarına əsasən, İslam inkişaf korporasiyası ilə yaradılacaq şirkətdə onun payı 25 % olacaq və bunun üçün 14 milyon dollar pul ödəniləcək.

Davamı...
Noyabr 29, 2007 15:37

  “OĞLANLARI NAMİQ QARAÇUXURLUYA NİFRƏT EDİR”

 NAMİQ QARAÇUXURLUMəşhur meyxanaçının həyat yoldaşı Solmaz Şükürova: “Namiq məni 4 aylıq körpə ilə tək qoyub gedib”
“Dedi Moskvaya gedirəm, sonra eşitdim ki, Aygünün evində yaşayır”
 


Şəxsi həyatı ilə bağlı yayılan xəbərləri Namiq Qaraçuxurlu hələ də təkzib etsə də, nəhayət, əsl həqiqət üzə çıxdı.“Biz+” jurnalına müsahibə verən Solmaz Şükürova Namiq Qaraçuxurlunun onun keçmiş həyat yoldaşı olması ilə bağlı ortaya tutarlı faktlar - foto-şəkillər və rəsmi sənədlər çıxarıb. Müsahibəni ixtisarla dərc edirik.

- Biz Namiq Qaraçuxurlunun evli və iki uşaq atası olması barədə yazmışdıq. Amma sənətçi bunu təkzib etmişdi. Deməli, yazdıqlarımız doğrudur?

Davamı...
Noyabr 28, 2007 21:51

  KOTO

VahabzadeYapon dilində “koto” kəlməsi həm söz, həm də əməl mənasında işlənir.

Sözlə işin bir kəlmədə ifadəsi!
Düzgünlüyün, həqiqətin, haqqın səsi!
Ürək dillə birləşəndə
Xarabalıq cənnət olur...
Söz əməllə birləşəndə
Tayfa dönüb millət olur.

***

Bu məqamda dələ bilməz
Həqiqətin sinəsini ağ yalanlar.
Bu məqamda ola bilməz
İş yerinə söz satanlar, söz alanlar.

***

And içsə də yerə-göyə
“İnanmıram, sözdür”- deyə
Dilimizdə açıq-aşkar,
Sözün yalan rəngi də var.

***

Davamı...
Noyabr 28, 2007 21:28

  Ölkədə "kiçik İnternet inqilabı" hazırlanır

INTERNETBundan sonra İnternetdə Azərbaycanın milli domeni olan ".az"-ın verilməsi qaydaları fərqli olacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyininin informasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədovun dediyinə görə, onun təmsil etdiyi qurum bununla bağlı olaraq yeni təkliflər hazırlayıb.
"Telekommunikasiyalar haqqında" qanuna müvafiq olaraq ".az" domeni dövlət mülkiyyəti sayılır.
"Qanunun qüvvəyə minməsindən sonra domenlərin verilmə prosesi məhdudlaşdırılacaq. Belə ki, coğrafi adlar və müqəddəs məkanların adlarıyla bağlı domenləri hamı ala bilməyəcək. Yeni qaydalar təsdiqlənməzdən əvvəl nazirlik onları ictimaiyyətlə müzakirə edəcək", - R.Gülməmmədov bildirib.
Nazirliyin ".az" domeninin verilməsiylə bağlı qaydalar tətbiq etməyə başlaması isə yeni qalmaqalın əvvəli ola bilər. Belə ki, həmin domenin satışı və qeydiyyatı ilə artıq 11 ildir ki, "Network Technologies" şirkəti məşğul olur.
Həmin domendə qeydiyyata alınmış saytların sayı isə 5 mindən artıqdır. Hazırda ".az" domeni ilə saytın illik qeydiyyatı və ümumiyyətlə, texniki təminatı ilə bağlı işlərin dəyəri 40 AZN-dir.


Davamı...
Noyabr 28, 2007 21:10

  ZƏVVARLAR GƏLƏN HƏFTƏDƏN MƏKKƏYƏ YOLA DÜŞƏCƏK

zavvarAvtobusla gedənlər dekabrın 3-də, təyyarə ilə gedənlər isə dekabrın 9-da səfərə çıxacaq 

Gələn həftədən başlayaraq zəvvarlar Məkkəyə axışacaq. Bu il 5 minə yaxın azərbaycanlı zəvvar müqəddəs torpaqları ziyarət edəcək. Qafqaz Müsəlmanları İdarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. İdarə sədrinin birinci müavini Hacı Salmanın sözlərinə görə, zəvvarlar ziyarətə həmişəki kimi həm avtobusla, həm də təyyarə ilə yola düşəcəklər. Avtobusla gedənlər ölkəni dekabrın 3-dən 5-nə, təyyarə ilə gedənlər isə dekabrın 9-dan 13-nə kimi tərk edəcək.
Qeyd edək ki, ziyarət müddəti 18 gündür. Zəvvarlar bu müddət ərzində həm Məkkə, həm də Mədinə şəhərlərini ziyarət edəcəklər. ANS-in məlumatına görə, avtobusla getmək 1460 manata başa gəlir. Təyyarə ilə ziyarət isə bundan bir qədər bahadır - təxminən 2280 manat. Bu pula əsasən yol və mehmanxana xərcləri daxildir.
Davamı...
Noyabr 27, 2007 23:30

  “DİLBƏRİM” MAHNISINI DA KÜRDLƏR MƏNİMSƏDİ

ibrahimİbrahim Tatlısəs bu mahnını Belçikada “Rinda min” adı ilə kürd dilində oxuyur 

Dünən qəzetimizin baş redaktoru Rauf Arifoğlunun elektron poçtuna Belçikadan bir məktub gəlib. Həmin ölkənin paytaxtı Brüsseldə yaşayan Mübariz Əhmədoğlu adlı soydaşımız yazır ki, Azərbaycanın qədim milli mahnısı orada kürd mahnısı kimi təqdim olunur və kürd dilində ifa edilir. Həmin məktubu olduğu kimi təqdim edirik.
“www.youtube.com saytında İbrahim Tatlısəsə aid bölmədə (ikinci sırada) Azərbaycanın çox qədim milli mahnılarından biri “Dilbərim” mahnısı onun ifasında “Rinda min” adı altında kürdcə oxunur. Bizim müraciətlərimizə baxmayaraq bu mahnının Azərbaycana aid olduğunu nəinki yazmırlar, bunu hətta inkar edirlər. Onlar bu mahnının kürdlərə məxsus olduğunu iddia edir. Kürdlər bu mahnıya hətta Beytocan adında kürd bəstəkar da “tapıb”.
Davamı...
Noyabr 27, 2007 23:25

  Alimlərin fikrincə aclıq orqanizmin ömrünü uzadır

qurdAntidepressantlar insan ömrünü uzadır?

Ruh düşkünlüyünə qarşı dərman preparatları qurdların ömrünü uzadır və alimlər ümid edirlər ki, bu üsulu insanlara da şamil etmək olar.

"Nature" jurnalında təsvir olunan bu tədqiqat zamanı yumru qurdlara 88 min ən müxtəlif maddələrlə təsir edilib.

Məlum olub ki, onlardan biri – mianserin ömrü azı üçdə bir dəfə uzadır.
Görünür, bu dərmanın orqanizmə təsiri ömrü uzatmaq üçün ən effiktli üsul olan aclıq kimidir.

Davamı...
Noyabr 26, 2007 21:04

  ƏSMA ƏBDÜL HƏMİD: «MƏN DANİMARKALILARA İSLAMIN NƏ DEMƏK OLDUĞUNU GÖSTƏRMƏK İSTƏRDİM»

«Əgər 30 qram çəkisi olan bir parça tikəsinin bağlanması parlamentə seçilmək imkanlarını müəyyən edirsə, onda bu – Danimarkada bu gün ciddi problemlərin mövcud olmasını nümayiş etdirir» Danimarkada keçirilmiş parlament seçkilərində iştirak etmiş və seçilməyə böyük şansları olmuş siyasətçi müsəlman xanım Əsma Əbdül Həmid (Asmaa Abdol Hamid), parlamentə seçilə bilməməsində ölkədə artmaqda olan islamofobiyanı ittiham etmişdir. O, qeyd etmişdir ki, islamofob təşviqatın nəticəsində Danimarka seçiciləri parlamentdə hiçab bağlayan qadın deputatı görməkdən imtina etmişlər. Davamı...
Noyabr 26, 2007 21:00

  KiTAB OXUyaq

Kitab, qəzet, dərgi, radio, İnternet və televiziya həyatımıza girən, özlərinə çox möhkəm yer tutmuş informasiya və əyləncə vasitələridir. Azərbaycanda çox az adamın gündəlik yaşamında sadalanan vasitələr düşünməyə vadar edən, ona xəbər və ya bilik verən nəsnələrdir indi. Bu gün kitablardan bəhs edəcəyik. İş otağımda onlarladır belə nəşrlər. Hər gün artırlar. Hamamböcəkləri təkidir - mübarizə effekt vermir. Hətta bir ara qapıya "Dəyərli oxucular, lütfən, bura bir daha Azərbaycanda çap olunmuş kitab gətirməzdən əvvəl diqqətlə oxuyun, yazılanlara vaqif olun, sonra qoltuğunuza vurub yüyürün üstümə!" elanını yazmaq keçmişdi könlümdən. Çünki kitabla üstümə gələn oxucularım ox ucuna dönürlər. Niyəsi var. Davamı...
Noyabr 25, 2007 17:39

  Səudiyyə Ərəbistanının İordaniyadakı səfirliyi Həccə piyada gedən iki Azərbaycan vətəndaşına viza verməkdən imtina edib

ərəbistan bayrağıAzərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımov Türkiyədən Suriyaya, oradan da İordaniyaya keçiblər. Marafon iştirakçısı Şahid Qurbanovun APA-ya verdiyi məlumata görə, dekabrın 17-nə qədər Məkkəyə - Kəbə evinə çatmağı nəzərdə tutublar. Səudiyyə Ərəbistanına keçmələri ilə bağlı isə problem yaranıb. Səudiyyə Ərəbistanının İordaniyadakı səfirliyi ziyarətə gedən Azərbaycan vətəndaşlarına viza verməkdən imtina edib. Ş. Qurbanov problemin həll olunacağına ümid etdiyini də qeyd edib.

Davamı...
Noyabr 25, 2007 16:47

  Öz tüklərini yedi

saçQızın qarnından 4,5 kq saç çıxarıldı

Amerikalı cərrahlar unikal əməliyyat keçiriblər. ABŞ-ın İllinoys ştatındakı Raş Universitetinin Tibb Mərkəzində həmin əməliyyatı aparan cərrahlar Ronald Levi və Şrinad Komandurinin sözlərinə görə, bir gənc qız klinikaya qarnında davamlı ağrılar, ürəkbulanma və sürətli çəki itkisi diaqnozu ilə daxil olmuşdu.
Kompüter tomoqrafında aparılan müayinə zamanı bəlli olub ki, qızın mədəsi demək olar ki, bütünlüklə naməlum mənşəli sıx maddə ilə tutulub. Bu maddə topası böyük olduğundan, onu boğaz və ya bağırsaqdan çıxarmaq mümkün olmayıb. Cərrahların endoskopik əməliyyat cəhdləri də bir nəticə verməyəndə, əlac onun qarnını kəsib həmin topanı çıxarmağa qalıb. Oradansa 4,5 kq-lıq saç topası çıxarılıb.

Davamı...
Noyabr 25, 2007 16:44

  Azərbaycan ədəbi dili inkişafdan geri qalıb

Ana diliƏcnəbi sözlərə ifrat meyillik bunun göstəricisidir
Bəri başdan qeyd edim ki, təkcə bizim nəzərimizcə deyil, digər хalqların ziyalıları da   Azərbaycan dilini türk və eləcə də Qafqaz dilləri arasında    qrammatik cəhətdən daha çoх formalaşmış, ən gözəl   dil sayırlar. Peşəkar nöqteyi-nəzərlə yanaşdıqda bir çoхumuz əslində   heç də belə düşünmürüksə, gör bir zəif hesab olunan digər dillər nə gündədir! Şimali Azərbaycan хalqının bu gözəl dili təsadüflərin məhsulu deyil.

Davamı...
Noyabr 25, 2007 16:34

  MƏTBUATDA DƏRC OLUNAN DİNİ YAZILARIN MONİTORİNQİ KEÇİRİLİB

dinlərAraşdırmanın nəticələrinə görə, dini təriqətdən bəhs edən məqalələrin 90 faizi vəhhabiliklə bağlıdır 

Dünən Mətbuat Şurasının təşkilatçılığı ilə "Din və mətbuat" mövzusunda "dəyirmi masa" keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qurum Azərbaycan mətbuatında dini mövzuların işıqlandırılması ilə bağlı monitorinq keçirib (APA). Onun sözlərinə görə, monitorinq bu il oktyabrın 1-dən başlayaraq noyabrın 15-dək olan dövrü əhatə edib. Monitorinq zamanı bəlli olub ki, bu müddət ərzində ölkə mətbuatında dini mövzuda 645 yazı dərc edilib. Şura sədri deyib ki, məqalələrin 96 faizi islam dini, 3,5 faizi başqa dinlər, kiçik bir hissəsi isə dinin başqa sahələri ilə bağlı yazılıb.

Davamı...
Noyabr 25, 2007 13:54

  İran viza rejiminin sərbəstləşdirilməsinə çağırır

Qulaməli Həddad AdilAzərbaycanda səfərdə olan İran parlamentinin sədri Qulaməli Həddad Adil bu gün Bakıda görüşlərini davam etdirib.

İran rəsmisi bu gün Bakı Dövlət Universiteinin fəxri doktor adı ilə təltif edilib.

İran parlamentinin sədri Qulaməli Həddad Adil BDU-da etdiyi çıxışında iki ölkə arasında münasibətlərdən məmnun qaldığını qeyd etdi.

 

Davamı...
Noyabr 24, 2007 20:55

  ZORLA ƏRƏ VERMƏK!

qadınSual: Mənim on dörd yaşlı bir şagirdim var. Orta məktəbin səkkizinci sinifində oxuyur. O, sinifin əlaçı şagirdlərindən biridir. Atası onu iki arvadı olan qırx beş yaşlı bir kişiyə ərə vermək istəyir. Qızın isə atasına etiraz etməyə cürəti çatmır. İslam baxımından atanın belə bir haqqı varmı? Davamı...
Noyabr 24, 2007 20:44

  NAMAZIN HƏQİQƏTİ

namazMüəllim: Həqiqətən xalqın çoxu namazın əhəmiyyətini dərk etmir və ona görə də onun qədrini bilmirlər. Bə`zi şəxslər doğrudan da namaz haqqında çox az mə`lumat əldə edirlər, amma elə insanlar da var ki, bu haqda kifayət qədər mə`lumatlı olduğu halda haqqa boyun əymək istəmir, tənbəllik və səhlənkarlıq ucbatından mehriban Rəbbimizə ibadət etməkdən yayınırlar.

Şagirdlər: Nə üçün?

Davamı...
Noyabr 24, 2007 20:28

  Sizi Tari, uşaqları incitməyin!

Kövrək qəlbli insanlar şəkillərin davamına baxmasın!

Davamı...
Noyabr 24, 2007 16:07

  Ərdoğanın həyat yoldaşı hərbi xəstəxanaya buraxılmayıb

Əminə Ərdoğandan xəstəxanaya daxil olması üçün baş qərargahdan xüsusi icazə tələb edilib.

Xazar.infoTürkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan hərbi xəstəxanaya buraxılmayıb. Doğan xəbər agentliyinin (DHA) verdiyi məlumata görə, Türkiyənin tanınmış teatr aktyorı Nejat Uyqur Gülhane akademiyasına gətirilib. Baş nazirin xanımı aktyorun həyat yoldaşı Necla Uyqura zəng vuraraq xəstəxanaya ziyarətə gəlmək istədiyini deyib. Necla Uygur bu istəyi müsbət qarşılayıb. Ancaq daha sonra xanım Uygur Əminə xanıma zəng vuraraq ziyarətin mümkün olmadığını deyib.

Davamı...
Noyabr 24, 2007 11:21

  NASİRLƏRİMİZİN ƏSƏRLƏRİ TÜRKİYƏDƏ ÇAP EDİLİB

Aslan Quliyev“Dörd dördlük”. Bu günlərdə Türkiyədə işıq üzü görən Azərbaycan nasirlərinin əsərlərindən ibarət toplu belə adlanır. Türkiyə türkcəsində “mükəmməl dördlük ” anlamına gələn kitaba 80-90-cı illər Azərbaycan poeziyasını təmsil edən nasirlərdən Əlabbasın, Aslan Quliyevin, Nəriman Əbdülrəhmanlının və Fəxri Uğurlunun hekayə və povestləri daxil edilib.
Bunlar Azərbaycan oxucusuna da yaxşı tanış olan “Mərənd ölüsü”, “Gəlin”, “Gözəl”, “Həbsxanadan qaçmış cani”, “Keçmiş döyüşçü və oğlan”, “Dönəlgə”,"Şeyx Sənan", “Leylinin məcnunuğu” və digər nəsir nümunələridir.

Davamı...


Yazılar cəmi: 156    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com